SIĞINACAQ

is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq.
Partizanlar … özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn.
[Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı.
Nəriman zirzəminin sığınacaq olduğunu görüb sevindi. Mir Cəlal.

// xüs. Bombadan, mərmidən, güllədən və ya zəhərləyici maddələrdən qorunmaq üçün xüsusi surətdə düzəldilib təchiz edilmiş yer, bina və s. Bomba sığınağı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SIĞINACAQ SIĞINACAQ [Turab:] Orada mənim bir dostum var, sənə öz yanında sığınacaq verər... (H.Abbaszadə); DALDA Mahmud: Bəy də beş-on nökərləri ilə daldaya gir

Etimologiya

  • SIĞINACAQ Bu söz sığ (sıx) kəlməsi ilə qohumdur, “sığınmaq üçün yer” anlamını verir. Sığınc mənbələrdə ruscaya “сжатие” kimi tərcümə olunub
SIĞALLI
SIĞINAQ

Digər lüğətlərdə