SIĞINAQ

is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq.
Partizanlar … özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn.
[Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı.
Nəriman zirzəminin sığınacaq olduğunu görüb sevindi. Mir Cəlal.

// xüs. Bombadan, mərmidən, güllədən və ya zəhərləyici maddələrdən qorunmaq üçün xüsusi surətdə düzəldilib təchiz edilmiş yer, bina və s. Bomba sığınağı.
SIĞINACAQ
SIĞINCAQ

Digər lüğətlərdə