1. Yüngülcə ağrımaq, sızı vermək. Sümüklərim sızıldayır. Dişi sızıldamaq. – Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu.
Qıçları ağrıyıb sızıldayırdı.
[Firuzun] sümükləri sızıldayır.
2. məc. Halından, həyatından şikayətlənmək, ağlayıb-sızlamaq.
Ey sevdiyim, səndən cüda düşəli; Qan-yaş töküb sızıldaram, yanaram.
[Mirzə Bağır Mirzə Həsənə:] Sızıldamaq elə sənin köhnə peşəndir.
// Zarımaq, inildəmək, ağlamaq.
[Uşaq] neçə dəfə sızıldayıb anasını çağırdı.
[Camal] sızıldayır, arvadı Tükəzban da başına-gözünə vura-vura şivən qoparırdı.
Qapı ağzında xəstə, arıq, sarıbəniz bir uşaq yerə yıxılıb sızıldayırdı.