SƏCCADƏ

is. [ ər. ] din. Mömin müsəlmanların namaz qılanda istifadə etdikləri kiçik xalça və ya parçadan tikilmiş döşənək; canamaz.
Bununla bərabər hacı dayım o qədər mömin və o qədər namaz qılan idi ki, səhərdən axşamadək səccadə qabağında namaz qılardı. C.Məmmədquluzadə.
Hacının dəstəmaz suyu hələ qurumamışdı ki, səccadəni [sərib] müqəddəs əqidə ilə namaza şüru etdi. Çəmənzəminli.
Bütün varım-yoxum bir əba, bir səccadə, bir kəşkül və bir də nacaqdan (təbərzindən) ibarətdir. N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏCCADƏ səccadə bax canamaz
SƏBZİYYAT
SƏCDƏ

Digər lüğətlərdə