SƏSİ SONRA ÇIXACAQ

səs-küy yaradacaq bir hadisə, hərəkət haqqında işlədilən ifadə; ~ zurnası sonraya qalıb.

SƏSİ ÖZÜNƏ XOŞ GƏLİR
SƏSİNƏ SƏS VERMƏK
OBASTAN VİKİ
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Amerikanın Səsi
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." == Tarixi == Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. == Azərbaycanca == Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
Arazın səsi
Koreyanın Səsi
Koreyanın səsi (kor. 조선의 소리 방송) — radiostansiyası Koreya Xalq Demokratik Respublikasının rəsmi kütləvi informasiya vasitəsidir, KXDR-nın Mərkəzi Komitəsinin televiziya və radio verilişləri üzrə struktur bölməsidir. Radiostansiyanın çağırış siqnalı "Sərkərdə Kim İr Sen haqqında mahnı"nın ilk misrasıdır. == Tarixi == Radiostansiya əvvəllər "Pxenyan radiosu", "Mərkəzi Koreya radiosu", 1982-ci ildən "Koreyanın səsi" adlandırılmışdır. Radiostansiya ilk dəfə olaraq 1945-ci ilin 14 oktyabrında "Pxenyan radiosu" kimi fəaliyyətə başlamışdır, 2002-ci ildən "Koreyanın səsi" adlandırılır. Radiostansiyada ilk xarici dildə verilişlər 1947-ci il 16 martdan yayımlanan Çin dilində olmuşdur. Yapon dilində verilişlər 1950-ci ildən, İngilis dilində 1951-ci ildən, Fransız və Rus dillərində 1963-cü ildən, İspan dilində 1965-ci ildən, Ərəb dilində 1970-ci ildən, Alman dilində 1983-cü ildən yayımlanmağa başlanmışdır Həftəlik yayımlanan verilişlərin həcmi 1960-cı ildə 159 saat, 1970-ci ildə 330 saat, 1980-ci ildə 597 saat, 1990-cı ildə 534 saat, 1994-cü ildə 529 saat, 1996-cı ildə 364 saat təşkil edirdi. 15 aprel 2011-ci ildə "Koreyanın səsi" radio stansiyasının internet saytı fəaliyyətə başlamışdır.
Naxçıvanın səsi
Naxçıvanın səsi - 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamış radio. “Naxçıvanın Səsi” Radiosu: “Naxçıvanın səsi” radiosu 2001-ci ilin sentyabr ayının 19-da fəaliyyətə başlamışdır. Yarandığı ilk günlərdə radio yalnız Naxçıvan şəhərində və şəhərətrafı kəndlərdə yayımlanırdı. Radio hazırda muxtar respublika ərazisində 100.3 FM tezliyində yayımlanır. “Naxçıvanın səsi” radiosu hər gün səhər saat 08:00-dan gecə saat 00:00-dək 16 saat efirdə yayım həyata keçirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Naxçıvanın səsi” radiosu təhsillə bağlı radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərir. "Naxçıvanın səsi" radiosuna fəaliyyətinin 7-ci ilində - 31 iyul 2008-ci il tarixdə Naxçıvan MR Televiziya və Radio Şurası tərəfındən müsabiqədənkənar xüsusi razılıq lisenziyası verilmişdir.
Vyetnamın Səsi
"Vyetnamın Səsi" (vyet. Đài Tiếng nói Việt Nam; ing. Voice of Vietnam, VOV) — Vyetnam Dövlət Radio kompaniyası. "Vyetnamın Səsi" radiosu 1945-ci ildə yaradılmışdır. 1990-cı ildə VOV3 radio stansiyası, 2004-cü ildə VOV4 radio stansiyası fəaliyyətə başlamışdır. Vyetnamın digər kütləvi informasiya vasitələri kimi "Vyetnamın Səsi" radiosu da dövlət sektoruna daxildir.. Radio stansiyanın baş direktoru — Nquen Danq Tendir.. "Vyetnamın Səsi" radiosu dinləyicilərinin 90%-i ölkədaxili evdar qadınlardır..
Yunanıstanın Səsi
Yunanıstanın səsi (yun. Η Φωνή της Ελλάδας) — Yunan beynəlxalq ictimai radiostansiyası. ERT-ə (Yunan radio və televiziyası) daxildir. İlk qısadalğalı radio proqramları 1940-cı ilin oktyabr ayında, Yunan-İtalyan müharibəsi zamanı Afinanın mərkəzində və Balkan yarımadası istiqamətində quraşdırılmış kiçik bir ötürücü vasitəsilə yayımlanırdı. 1947-ci ildə ЕIPТ qısa dalğalarla yunan və 12 xarici dildə 7.5 kW ötürücü vasitəsilə Kipr, Misir, Türkiyə, Balkan yarımadası və Sovet İttifaqında beynəlxalq xarici dil radio bloklar şəbəkəsini işə saldı. 1972-ci ildə Avlisdə — Afinanın şimal-şərqində olduqca güclü bir ötürücü mərkəz açıldı. 2000-ci ilin əvvəllərində "Yunanıstanın Səsi" radiostansiyası xəbərləri dünyanın müxtəlif bölgələrinə həm yunan, həm də müvafiq ölkənin dilinə uyğun 50 dəqiqəlik blokları 10 dəqiqəlik əlavələrlə — qısa və orta dalğalı proqramlarla nümayiş etdirirdi. Məsələn, Sovet İttifaqı istiqamətində olan blok Moskva vaxtı ilə 17:00 və 21:00-da, saatın yarsından rus dilində xəbərlər proqramına qoşulurdu. Vaxtın qalan hissəsini isə Yunanıstanda baş verən hadisələr və yunan dilində musiqilər təşkil edirdi. 24 saat fəaliyyət göstərən beynəlxalq ERA 5 adlı radiostansiyanın buraxılışından sonra radiostansiyanın xaricidilli blokları ERA Beynəlxalq Şəbəkəsinə (yun.
Muğanın səsi
"Muğanın səsi" (2020-ci ilə qədər "Suqovuşan") — Sabirabad rayonunda nəşr olunan qəzet. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu veriləndə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul edilib. Qəzetə "Pambıq cəbhəsində" adının verilməsi də dövlət siyasətindən irəli gəlib. Kənd təsərrüfatının kollektivləşdirilməsi siyasətinin ortaya atıldığı bir vaxtda Muğan düzündə pambıqçılığın inkişaf etdirilməsi, bütün qüvvələrin bu strateji əhəmiyyətli məhsulun istehsalının artırılması naminə səfərbərliyə alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsində "Pambıq cəbhəsində" qəzetinin üzərinə mühüm vəzifələr düşürdü. Bir il sonra rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verildi. Qəzet isə hələ də iki səhifə həcmində A-3 formatında çıxır, materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. 1948-ci ilə kimi 777 nömrəsi çıxıb. İndiki İsmət Qayıbov küçəsi 16 (o vaxtkı "İnqilab") yerləşən qəzet kiril əlifbası ilə 1000 tirajla buraxılmışdır. Qəzetin 50-ci illərdə redaktoru olmuş mərhum Paşa Nuriyev qeyd edir ki, 1962-ci ildə "Pambıq cəbhəsində"nin fəaliyyətinə xitam verilib. Azərbaycan KP MK-nın qərarına əsasən yaradılan Sabirabad rayonlararası "Muğan" qəzeti Əli Bayramlı – indiki Şirvan şəhərini və Saatlı rayonunu da əhatə edirdi.
Metalın səsi
Metalın səsi (ing. Sound of Metal) — 2019-cu il ABŞ istehsalı dram filmi. Filmin rejissoru Darius Marderdir. Baş rolda Riz Ahmed çəkilib. Film eşitmə qabiliyyətini itirən musiqiçidən bəhs edir. protagonistpictures.com/film/sound-of-metal/ — Metalın səsinin rəsmi saytı Metalın səsi — Internet Movie Database saytında.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
Günəşdən sonra
Günəşdən sonra (ing. Aftersun) — Şarlotta Vellsin 2022-ci ildə çəkdiyi film. Film atası ilə birlikdə yay tətili üçün Türkiyəyə gedən şotlandiyalı qızdan bəhs edir. Filmin premyerası 21 may 2022-ci ildə Kann kinofestivalında baş tutub.
Arazın səsi (qəzet)
Birlik səsi (dərgi)
Birlik səsi (dərgi) — ədəbi və mədəni dərgi. == Məlumat == 1971-ci ildə Türkmən Ədəbiyyatçılar Birliyi tərəfindən Bağdadda çap edilmiş aylıq dərgi olmuşdur. Nəşrin təsisçisi, baş yazarı Adil Fuad, katibi Abdullətif Bəndəroğludur. Ərəb və türkmən dillərində çıxan "Birlik səsi"nin bəzi sayları 48, bəziləri isə 56 səhifədir. Dərginin əksər sayları "Əl Tazəmin", bəzi sayları isə "Əl Dar Əl Ərəbiyyə" mətbəəsində çap edilib. Dərgi 2003-cü il aprelin 9-dan sonra Səddam rejimi və Bəəs Partiyasının hakimiyyəti dövründə bağlandı.
Gəncənin səsi (qəzet)
"Gəncənin səsi" qəzeti == Tarixi == 1920-ci ildə “Qırmızı Gəncə” adı ilə nəşrə başlayan, sonralar “Zərbə” (1929-1935), “Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Kirovabad kommunisti” və nəhayət, “Gəncənin səsi” adı ilə fəaliyyət göstər 2011-ci ildən böyük və rəngli formada çıxan qəzet bu gün 2000 tirajla ayda bir dəfə olmaqla çap olunur.
Oğuz səsi (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qanımızın səsi (kitab)
Şərurun səsi (qəzet)
Şərurun səsi — Şərur rayonunda nəşr olunan qəzet. "Şərurun səsi" adlanan Şərur rayon qəzeti 1931-ci ilin oktyabrında ilk sayı ilə oxucularla görüşmüşdür. Qəzetin ilk adı "Pambığa doğru" olmuşdur. Qəzetin nəşrə başladığı ilk vaxtlar Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi idi. Bir neçə nömrə çapdan çıxandan sonra Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər. Boş qalan redaktor vəzifəsinə isə Qarabağlar kəndinin sakini olan Nemət Əhmədov təyin edilir. Qəzetin birinci nömrəsində "Qəzetin qarşısında duran vəzifələr", "Su kanalı çəkilişi işini sürətləndirməli", "Rayon İcraiyyə Komitəsi sessiyasının qərarı" və başqa sərlövhəli yazılar verilmişdi. Bu yazılar qəzetin məqsəd və vəzifələrini, hansı məsələlərdən daha ətraflı yazacağını çox aydın göstərirdi. Rayon həyatının elə bir sahəsi yox idi ki, "Pambığa doğru" qəzeti ora yol açmamış olsun. Qəzet sosializm quruculuğundakı müvəffəqiyyətləri işıqlandırmaqla yanaşı israfçılığa, bürokratizmə, bir sözlə bütün mənfi hallara qarşı kəskin mübarizə aparırdı.
Tütək səsi (film)
Tütək səsi — rejissor Rasim Ocaqovun filmi. 1976-cı ildə premyerası baş tutan "Tütək səsi" İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərlərinin əsasında ekranlaşdırılıb. Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da, məhəbbət də, sarsıntı da, sevinc də var. 1976-cı ildə Frunzedə (indiki Bişkek) IX Ümumittifaq kinofestivalı Ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomu və prizi verilmişdir. Film qrim rəssamı Elbrus Vahidovun kinoda ilk müstəqil işidir. Film aktyor Ötkəm İsgəndərovun kinoda ilk işidir. Film yazıçı İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır.
Sonra (film, 2012)
Sonra (ing. — After) 2012-ci il fastastik-gerilim filmi.
Yaponiya işqaldan sonra
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı. "Təhlükəsizlik müqavilələri" İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır.ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı. 1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı.
Yaponiya işğaldan sonra
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı. "Təhlükəsizlik müqavilələri" İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır.ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı. 1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı.
Ölümdən sonra evlilik
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Ölümdən sonra edam
Ölümdən sonra edam — artıq vəfat etmiş və dəfn olunmuş şəxsin edam cəzası kimi mutilyasiya proseduru. Bu, cəsədin eksqumasiyası və ritual "edamı" ilə əlaqələndirilir. Bu akt bəzən mərhumun dirilməsi ehtimalına maneə kimi, bəzən məğlub olmuş düşmənin cəsədini ələ salmaq, bəzi hallarda isə cinayətkarın artıq öldüyü halda cəzanın "gecikmiş" formada icrası kimi tətbiq olunurdu. Bəzi xristianlar hesab edirdilər ki, qiyamət günü ölülərin dirilməsi üçün cəsədin bütövlükdə şərqə – tarnıya tərəf baxaraq dəfn edilməsi lazımdır. Əgər bədənin parçalanması bütöv bir cəsədin dirilməsi ehtimalını dayandırırdısa, ölümdən sonra edam cinayətkarı cəzalandırmağın effektiv bir yolu hesab edilirdi. Henderson, Thomas Finlayson (1897). "Ruthven, John" . In Lee, Sidney (ed.). Dictionary of National Biography. Vol.
Ölümdən sonra həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir. Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır. Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir.
12 əsr sonra
12 əsr sonra qısametrajlı sənədli televiziya filminin müəllifi Ramal Məmişovdur. Film rejissor Fərhad Zamanbəyov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Naxçıvan televiziyasında istehsal edilmişdir. Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir. == Məzmun == Film Babək rayonunun təşkil olunması tarixindən, onun dünənindən və bu günündən ətraflı bəhs edir. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq Babək adının verilməsi Heydər Əliyevin qətiyyətinin nəticəsi idi. Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir. Babək rayonunda Elektrik şəbəkəsi, Yol Təmir istismar sahəsi, Rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, "Şərab-2" Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir.