1. Saçaqları olan, saçaq salınmış, saçaq qoyulmuş. Saçaqlı xalı. Saçaqlı süfrə. Saçaqlı yaylıq. Saçaqlı pərdə.
– [Qadın] başına nə qədər sığal vurdusa da, kirpi saçlarını yatırda bilmədi, əlindəki saçaqlı dəsmalı başına dolamalı oldu.
Nazlı əlində bağlama, başında saçaqlı şal yüyürüb gəlir.
□ Saçaqlı konfet – keçmişdə: saçaqlı kağıza bükülmüş konfet növü.
Teybə … evə yolu düşəndə Bahadır üçün həmişə fındıq, qoz, saçaqlı konfet, iydə və bəzən xurma gətirərdi.
[Çərçi] bəzi vaxt saçaqlı konfet də gətirərdi.
2. Saçaq kimi sallanmış uzun tükləri olan. Saçaqlı qoyun. Saçaqlı it.
3. bot. Kökü saçaq şəklində (tel-tel) olan. Saçaqlı köklər.
– Eyvaz dayı da saçaqlı tütündən papiros çəkə-çəkə başlayırdı kolxozu tərifləməyə.