1. “Saçmaq”dan f.is.
2. bax qırma 2-ci mənada.
Xəlil isə atdığı saçmanın gilizini çıxardıb üflədi.
Tək bir saçma [quşun] sol qanadının ucunu dəlib keçmiş, sümüyü sındırmamışdı.
Məmmədxanla Yusifəli başqa şeylərlə, qızılquşla, ov tulası ilə, saçma, barıt və varlı uşaqlarına məxsus şeylərlə maraqlanırdılar.
3. Boş, yersiz, mənasız, rabitəsiz, məntiqsiz söz; hədyan.
[Orxan:] O məcnundur, ondan bir şey umulmaz; Saçmadır hər sözü, əsla tutulmaz.
[Məhərrəm] yenə arabir saçma sözlər söyləyirdi.