SADIX

dost; sədaqətli, vəfalı; doğru, düzgün.
SADƏTDİN
SADIQ
OBASTAN VİKİ
Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov
Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov (az. Sadıx bəy Fərhad bəy oğlu Məlik-Aslanov; 1855, Tuğ , Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – ?) — dövlət qulluqçusu, kollec katibi mülki çinini daşıyırdı, maarifçi, xeyriyyəçi, mülkədar. Sadıx bəy 1855-ci ildə Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir. Qarabağda və Zəngəzur mahalında nüfuzlu şəxs olub. İlk təhsilini kənd mollaxanasında almışdı. Sonra rus-müsəlman məktəbində təhsilini davam etdirmişdi. ● 1883-cü ildə (bəzi mənbələrdə 1885-ci il göstərilir) qardaşı Mehdi bəy Məlik-Aslanov ilə birlikdə o dövr üçün müasir hesab edilən Rus-Avropa tipli məktəbi Tuğ kəndində yaradıb açılar. Həmin məktəb Sadıx bəyin evində yerləşirdi və binanın girəcəyində daş lövhənin üzərində "1883 год" ("1883 il") yazısı var idi. Təəssüf ki, işğal zamanı bu ev tamamilə dağıdılıb.
Altay Sadıxzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Emin Sadıxov
Emin Sadıxov və ya Əmin Sadıqzadə (təxəllüsü: Əmin Sadıq; 1905, Bakı – 1975, Bakı) — şair, jurnalist, tərcüməçi. "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri, "Vətən uğrunda" qəzetinin baş redaktoru olmuşdur. == Həyatı == Emin Sadıx oğlu Sadıxov 1905-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan dilində çap edilən "Kommunist" qəzetinin müxtəlif şöbələrində şöbə müdiri, 1939-cu ildə Azərbaycan Radio Komitəsində baş redaktor vəzifələrində çalışmışdır. Emin Sadıxov 1941-ci ildə Azərbaycan Kommunist Partiyasının mərkəzi komitəsində Təbliğat və təşviqat şöbəsində işləmişdir. 1942-ci ildə Qızıl Ordu sıralarına daxil olaraq, 1945-ci ilin avqust ayına qədər "Vətən uğrunda" diviziya qəzetinin baş redaktoru vəzifəsində (baş leytenant rütbəsində) çalışmış, Qafqaz uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Emin Sadıxov Böyük Vətən Müharibəsində "Almaniya üzərində qələbə uğrunda" medalı ilə təltif edilmişdir. Emin Sadıxov müharibədən sonra 1945-1946 illərdə Azərbaycan Kommunist Partiyasının orqanı olan "Təbliğatçı" jurnalında məsul katib və redaktor müavini vəzifələrində çalışmışdır. O, 1948-ci ildə AK(b)P Bakı Şəhər Komitəsində sovet mədəni-maarif şöbəsinin müdiri vəzifəsində işləmişdir. Emin Sadıxov 1950-1951 illərdə "Kommunist" qəzetinin Xarici xəbərlər şöbəsinin müdiri vəzifəsini icra edilmiş, 1952-ci ildə Azərbaycan Teleqraf Agentliyində Tərcümələr şöbəsinə redaktor vəzifəsinə keçirilmişdir.
Firuz Sadıxzadə
Kamil Sadıxov
Kamil İsmayıl oğlu Sadıxov (27 fevral 1927, Vladiqafqaz, Şimali Qafqaz diyarı[d] – 8 iyul 2016, Bakı) — Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü(2001). == Həyatı == Sadıxov Kamil İsmayıl oğlu 1927-ci il 27 fevral SSRİ, Şimali Osetiya MR Orcenikidze şəhərində anadan olub. O, Azərbaycan kimyaçısı və texnoloqdur, əslən Azərbaycanlıdır. 1934-cü ildə Bakı şəhərindəki 13 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1940-cı ildə həmin məktəbdə 7 illik təhsili bitirdikdən sonra 1941–1944-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində ali təhsil almışdır. Hələ beşinci kursda oxuyarkən keçmiş V. V.kuybışev adına AETNEİ-də (indiki Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu) laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirib. Universiteti bitirdikdən sonra həmin institutda mühəndis vəzifəsində işləmiş və 1953–1956-cı illərdə aspiranturada oxumuşdur. 1956-cı ildə "Avtotraktor yağlarına silfonat aşqarların sintezi və tədqiqi" namizədlik və 1967-ci ildə "Avtotraktor yağları üçün yuyucu və oksidləşməyə qarşı aşqaerların sintezi, texnologiyaların işlənməsi və sənayedə tətbiqi sahəsində tədqiqatlar" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Texnika üzrə elmlər doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü K. Sadıxov neft kimyası sahəsində görkəmli alimlərdən biri olub, keçmiş Sovetlər İttifaqında aşqarlar sahəsində yeganə ixtisaslaşmış institut — Aşqarlar Kimyası İnstitutunun əsasını qoyanlardandır. Akademik K. İ. Sadıxov şərəfli yaradıcılıq yolu keçərək, sıravi laborantdan görkəmli alim səviyyəsinə kimi yüksəlmişdir.
Kazım Sadıxzadə
Kazım Sadıxzadə (23 aprel 1942, Təbriz – 2023) — əslən azərbaycanlı, tibbin analitik filosofu. Tibbi və fəlsəfəni Münhen, Berlin və Gettingen universitetlərində 1967-1971-ci illərdə öyrənib. Myunster universitetində 1982-2004-cü illərdə tibbi fəlsəfə professoru olub.
Mirzə Sadıxov
Mirzə Sadıxov (1896 – 1970) — Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki (1958). SSRİ dövlət mükafatı laureatı. Mirzə Hüseyn oğlu Sadıxov 1896-cı ildə Yelizavetpol quberniyasının Miskinli kəndində kasıb ailədə anadan olub. İlk təhsilini Miskinli kəndində alan Mirzə Sadıxov 1913-cü ildən Simens qardaşlarına məxsus misəritmə zavodunda fəhlə işləyib. 1920-ci ildən 1923-cü ilədək siyasi işlərdə çalışan Mirzə Sadıxov 1923-cü ildə Bakıdakı Politexnik İnstitutuna daxil olub, 1927-ci ildə ali təhsil alıb. O, 1970-ci ilin fevralında qəflətən vəfat etdi. Doğma yurduna, elinə, obasına qəlbən bağlı olan görkəmli alim hər il məzuniyyətini doğma kəndində — Soyuqbulaqda (keçmiş Komintern) keçirər, sadə xalq arasinda olmaqdan həzz alar, kəndlilərlə unsiyyətdən doymazdı. Sonuncu dəfə 1996-cı ildə doğma vətəni Gədəbəydə görkəmli alimin 100 illik yubileyi təntənəylə qeyd olundu. Mirzə Sadıxovun tələbələri olmuş kəndimizin professorları Müseyyib Əliyev və İsmayıl Sadıqov da etiraf edirlər ki, onların alim kimi yetişməsində Mirzə Sadıxovun böyük zəhməti olub. Soyuqbulaqdakı dəyirman və hamam onun göstərişi və yaxından köməyi ilə inşa edilib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Nüşabə Sadıxlı
Sadıxlı Nüşabə Ağabala qızı — filologiya üzrə fəlsəfə doktoru, Müsavat Partiyası Məclisinin sədri. Nüşabə Sadıxlı 1949-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri 190 N-li məktəbdə alıb. 1972-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 1984-cü ildə həmin fakültənin aspiranturasının əyani şöbəsini bitirib. 1972-ci ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində çalışır. Fəaliyyəti dövründə fakültə elmi şurasının üzvü olub və universitetin elmi, ictimai həyatında yaxından iştirak edib. Bu fəaliyyətinə görə BDU-nun rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Dünya ədəbiyyatı kafedrasının dosentidir. Dünya ədəbiyyatı fənnini Filologiya və Jurnalistika fakültələrində tədris edir. 1984-cü ildə "Azərbaycan-Bolqarıstan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
Nəcməddin Sadıxov
Nəcməddin Hüseyn oğlu Sadıkov və ya Sadıqov (24 may 1956, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik (2005). Nəcməddin Hüseyn oğlu Sadıkov 24 may 1956-cı ildə Dərbənd şəhərində anadan olub. Birinci Qarabağ müharibəsi başlayanda ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Ailəlidir, 3 övladı var. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini "Qızıl medalla" bitirib; 1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib; 1991-ci ildə Sovet İttifaqı Marşalı B. M. Şapoşnikov adına "Vıstrel" ("Atəş") Ali Zabit Hazırlığı kursunu bitirib; 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib; 1 fevral 1992-ci ildə Azərbaycan Ordusuna gəlmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət edib; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb; Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib; Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrinası ilə bağlı sənədlər hazırlayan və Milli Təhlükəsizlik Siyasəti Komissiyasının üzvü. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 858 nömrəli Sərəncamı ilə N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin iyulunda Müdafiə Nazirliyi Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması iddiası barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. 2020-ci ilin oktyabrında İkinci Qarabağ müharibəsi zamanı adı Müdafiə Nazirliyinin rəsmi saytının struktur bölməsindən çıxarılıb. 2021-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.
Rahid Sadıxov
Rövşən Sadıxov
Sadıxov Rövşən Oqtay oğlu — Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 1-ci müavini. Rövşən Sadıxov 26 iyun 1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1977-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Heydər Əliyevin göndərişi ilə 1977-ci ildə S. Orconikidze adına Moskva İdarəetmə İnstitutuna daxil olmuşdur. 1982-ci ildə həmin institutu bitirmişdir. 1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1999-cu ildə həmin universiteti bitirmişdir. 1982-ci ilin noyabr ayından 1986-cı ilin fevral ayına kimi Azərbaycan Sənayetikinti Nazirliyi "Sənayetikintimexanizasiya" trestinin 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsində usta, iş icraçısı vəzifələrində çalışmış. 1986–1994-cü illərdə 1 saylı Xüsusiləşdirilmiş Mexanizasiya İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri, "Azərtəmirtikintiməişət" trestinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Azərbaycan Respublikası Tikinti Materialları Sənayesi nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində işləmişdir. 1994–2000-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində, Kassa Aparatlarının Nəzarəti və Tətbiqi şöbəsinin rəisi, İnzibati və Maliyyə Təminatı İdarəsinin rəis müavini, sonradan isə Nağd Hesablaşmaların Aparılması Qaydalarına Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Rəhim Sadıxov
Rəhim Sadıxov (18 iyul 1996, Moskva) — Azərbaycan futbolçusu. Moskva "Spartak"ının yetirməsi olan Rəhim Sadıxov isə peşəkar karyerası ərzində paytaxtın "Solyaris" (16 oyun) və "Torpedo" (71 oyun, 23 qol) klublarında çıxış edib.
Teymur Sadıxov
Vaqif Sadıxov
Vaqif Sadıqov və ya Vaqif Sadıxov; Vaqif Sadıqov (məşqçi) — azərbaycanlı futbol mütəxəssisi. Vaqif Sadıqov (diplomat) — Azərbaycan diplomatı, Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri. Vaqif Sadıxov (cazmen) — Azərbaycan cazmeni.
Xaqani Sadıxov
Xaqani Sadıxov (10 aprel 2000-ci ildə Azərbaycanda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Qarabağ-2 klubunda hücumçu kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. Sadıxov Xəzər Lənkəran akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 11 may 2016-cı ildə İnter Bakı klubuna qarşı oyunda etmişdir. O, 87-ci dəqiqədə Orxan Səfiyaroğlunu əvəz etmişdir. Azərbaycan Premyer Liqası görüşündə Xəzər Lənkəran rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. Sadıxov 2017-ci ilin iyul ayında Qarabağ klubu ilə müqavilə imzalamışdır. O, Qarabağ-2 klubu ilə debütünü 27 avqust 2018-ci ildə Turan Tovuz klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Nicat Süleymanovu əvəz etmiş və 67-ci dəqiqə qolla yadda qalmışdır. Azərbaycan Birinci Liqası görüşündə Qarabağ-2 rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. 28 avqust 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Zemfira Sadıxova
Zemfira Emin qızı Sadıxova (17 iyun 1939, Bakı) — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007). Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Zemfira Sadıxova 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış və burada 30-dan çox filmdə rollar yaratmışdır. Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1 avqust 2007 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 31 iyul 2019 İnsan məskən salır (film, 1967) (tammetrajlı bədii film) (rol: tibb bacısı) Torpaq. Dəniz. Od. Səma (film, 1967) (tammetrajlı bədii film) (rol: Fatma) Dəli Kür (film, 1969) (tammetrajlı bədii film) (rol: Mələk) Noktürn (film, 1970) (rol: Rəna) Gecə söhbəti (film, 1971) (qısametrajlı sənədli-bədii film) (rol: ana) Ulduzlar sönmür (film, 1971) (tammetrajlı bədii film) (rol: Firuzə) Xatirələr sahili (film, 1972) (tammetrajlı bədii film) (rol: Əminə) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) (rol: Haşımın arvadı) Dörd bazar günü (film, 1975) (tammetrajlı bədii film) (rol: Sevda) Tütək səsi (film, 1975) (tammetrajlı bədii film) (rol: Xədicə) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) (rol: Firəngiz bacı) Dünən, bu gün, sabah (film, 1977) (rol: Dolores) Şir evdən getdi (film, 1977) (tammetrajlı bədii film) (rol: şəhər sakini) Üzü küləyə (film, 1977) (tammetrajlı bədii film) (rol: Nazlı xanım) Vulkana doğru (film, 1977) (üçseriyalı bədii film) (rol: Nisə) Dantenin yubileyi (film, 1978) (tammetrajlı bədii film) (rol: Anaxanım) Evin kişisi (film, 1978) (tammetrajlı bədii film) (rol: ana) Bizi bağışlayın (film, 1979) (tammetrajlı bədii film) (rol: Nərimanın anası) Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Eyvazın arvadı) Anlamaq istəyirəm (film, 1980) (tammetrajlı bədii film) (rol: Fəridə) İşgüzar səfər (film, 1982) (tammetrajlı bədii film) (rol: Gülsüm) Asif, Vasif, Ağasif (film, 1983) (tammetrajlı bədii film) (rol: bağça müdirəsi) Evlənmək istəyirəm (film, 1983) (tammetrajlı bədii film) (rol: Gülsümün anası) Park (film, 1983) (tammetrajlı bədii film) (rol: katibə) Qara gölün cəngavərləri (film, 1984) (tammetrajlı bədii film) (rol: Fatma) Arşınmalçı (film, 1985) Bağ mövsümü (film, 1985) (tammetrajlı bədii film) (rol: Ağabacı) Yataqda siqaret çəkməyin (film, 1986) (qısametrajlı sənədli-bədii film) Don Kixot (film, 1988) (tammetrajlı bədii film) (rol: Qulluqçu) Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Zəminə) Tələ (film, 1990) (tammetrajlı bədii film) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) (rol: hakim) Girişmə, öldürər!
Çingiz Sadıxov
Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı – 30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994) Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir. Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir. 1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur. Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir. Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir. "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009 Onu bağışlamaq olarmı?
Şəmistan Sadıxov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əliövsət Sadıxov
Əliövsət Şirəli oğlu Sadıqov (21 dekabr 1906 – 17 noyabr 1970) — 2 dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş muğam operalarında baş rolların mahir ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1943) və xalq artisti (1956). 21 dekabr 1906-cı ildə Nuxa (indiki Şəki) şəhərində doğulub. Səs tembri lirik tenor idi. 1928-1930-cu illərdə konservatoriya təhsili alıb. Təhsilini bitirən ili Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Üzeyir bəy Hacıbəyovun klassik operalarının lirik məhəbbət qəhrəmanlarının partiyaları Əliövsət Sadıqovun yaradıcılığında daha mühüm yer tutur. Əliövsət Sadıqovun ADOBT-də Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Məcnun, İbn Səlam və Zeyd), "Əsli və Kərəm" (Kərəm), "Koroğlu" (Eyvaz), Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" (Qərib), Reynqold Qlierin "Şahsənəm" (Aşıq Qərib və Aşıq Səməd), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Şah İsmayıl), "Nərgiz" (Molla Mütəllim), tərcümə olunmuş "Səfa" (Aşıq Musa) operalarında və Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Süleyman), "Məşədi İbad" (Hambal və Sərvər) operettalarında yaratdığı obrazlar daha diqqətçəkəndir. Yaradıcılıq nailiyyətlərinə görə Əliövsət Sadıqov 17 iyul 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 20 dekabr 1956-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. Sənətkar ömrünün son illərində opera teatrında məsləhətçi pedaqoq kimi çalışıb. 17 noyabr 1970-ci ildə Bakıda vəfat edən Əliövsət Sadıqov ikinci Fəxri xiyabanda dəfn olunub.
Nazim Sadıxov
Nazim Sadıxov — UFC-də çıxış edən Azərbaycan əsilli ABŞ qarışıq döyüş sənəti iştirakçısıdır. Nazim Sadıxov 6 yaşı olanda ailəsi ilə birlikdə Azərbaycanın paytaxtı Bakıdan Bruklin, Nyu-Yorka köçdü. Uşaq yaşlarından karate, daha sonra MMA ilə məşğul olmağa başladı. 16 avqust 2022-ci ildə, Sadıxov əfqan əsilli MMA döyüşçüsü Əhməd Həsənzadə ilə Dana White's Contender Series - Contender Series 2022 yarışmasında yüngül çəkidə qarşılaşdı və UFC prezidentinin qarşısında kifayət qədər təsirli qalibiyyəti sayəsində UFC ilə müqavilə bağladı. Nazim Sadıxov UFC-də ilk görüşünü 18 fevral 2023-cü ildə Evan Elder-ə qarşı keçirib və qalib gəlib. 2023-cü il iyulun 16-da Terrensi Makkenniyə qarşı döyüşdə UFC-dəki ikinci qələbəsini qazanıb.2023-cü il noyabrın 12-si UFC-295-də rusiyalı Veçeslav Borşev ilə heç-heçəyə razılaşdı,həmin döyüş günün ən yaxşı döyüşü seçildi. Sadıxov karyerası boyu 11 görüşdə 9 qələbə,1 məğlubiyyət və 1 heç-heçə yaşayıb.
Zülfi Sadıxov
Zülfi Kazım oğlu Sadıxov (1942, Qarabulaq, Gədəbəy rayonu – 25 mart 2023, Sumqayıt) — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü. Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 25 mart 2023-cü ildə vəfat etmişdir. Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu.
Ələsgər Sadıxov
Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir. Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var.
Samir Sadıxov
Samir Sadıxov (20 iyul 1990, Gəncə) — Azərbaycan avtomobil dizayneri. Samir Sadıxov 20 iyul 1990-cı ildə Azərbaycan SSR-nin Gəncə şəhərində anadan olmuşdur. O, İtaliyanın Turin şəhərindəki Avropa Dizayn Universiteti "Nəqliyyat vasitələrinin dizaynı" fakültəsində bakalavr təhsili almışdır. Sadıxov daga sonra Almaniyanın Pfortshaym şəhərində yerləşən Pfortshaym Universitetində magistr təhsili almışdır. Sadıxov 2011-ci ildə "Ferrari Xezri" konsepti ilə populyarlıq qazanmışdır. Onun konsepsiyası "Ferrari World Design Contest"də ikinci mükafata layiq görülmüşdür. Dizayn "Ferrari 458"dən ilhamlanmışdır. O, "Lamborghini", "Rezvani Motors", "Ford", "Ferrari", "Gensis", "Aston Martin" və s. avtomobil firmaları ilə işləmişdir.