SALLAMA


1.Sallamaq”dan f.is.
2. zərf Bir ucunu aşağı salladaraq, uzadaraq. Belbağını sallama bağlamaq. Kəlağayını sallama örtmək.
– Zərnigar xanım uzun donunun ətəyi ilə gözlərini silə-silə Şamxalın arxasınca cığıra düşdü və oğlunun enli kürəyinə yapışmış tərli köynəyinə, belindəki sallama kəmərinə … baxdı. İ.Şıxlı.

3. bax çobanbayatısı.
[Cəbi:] İndi sən bir sallama bayatı çal, gör mən necə oyadıram. S.S.Axundov.

4. Sırğadan, çilçıraqdan və s.-dən bəzək kimi sallanan hissəciklər. Sallama sırğa taxmaq. Sallama çilçıraq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SALLAMA yatırtma
  • SALLAMA asma
  • SALLAMA endirmə — düşürtmə — buraxma
SALLAQLIQ₂
SALLAMAQ

Digər lüğətlərdə