SANCILMAQ

məch.
1. Batırılmaq, qaxılmaq.
Külünglər torpağa sancıldı. Ə.Vəliyev.

2. Taxılmaq, asılmaq, bənd edilmək, keçirilmək.
3. Batmaq, keçmək, girmək.
[Canbalayev:] …Necə olursa stəkan qırığının bir parçası dabanına sancılır. İ.Hüseynov.

4. Qürub etmək, batmaq.
Axşam gün sancılanda Qədim dayı özünü şəhərə çatdırdı. S.Rəhimov.

5. Dikilmək.
Hamının nəzəri Şərifzadənin dodaqlarına sancıldı. M.Hüseyn.
…Sultanın gözləri qəribə parıltılı bir nəzərlə qardaşı oğlunun üzünə sancıldı. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SANCILMAQ sancılmaq bax batmaq 1, 4
SANCILMA
SANCILMIŞ

Digər lüğətlərdə