SANKİ

bağl. Elə bil (ki), guya.
Bu ay bizim ölkə sanki bir behişt olur, dağ-daş, dərə-təpə, səhra, çəmən – hamısı yaşıla bürünür, rəngbərəng çiçəklər ilə bəzənir. E.Sultanov.
Rüstəm kişi rayon mərkəzinə gəlib çatanda, sanki sinəsində iyirmi yaşlı bir cavanın ürəyi döyünürdü. M.İbrahimov.
Ana ürəyindən sanki bir tel qırıldı. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SANKİ guya — elə bil
  • SANKİ sanki bax guya

Etimologiya

  • SANKİ Kökü san hissəsidir, “elə bil”, “elə hesab et” mənalarını əks etdirir. Xalis türk sözüdür. Sanmaq (düşünmək, fikirləşmək) sözündən əmələ gəlib
SANİYƏÖLÇƏN
SÁNKSİYA

Digər lüğətlərdə