1. Çox güclü, çox ağır, dağıdıcı, məhvedici. Sarsıdıcı zərbə endirmək.
– Sarsıdıcı zərbə altında dayanmayan düşmən təyyarələri geri qaçırdı.
2. məc. Çox təsirli, çox həyəcanlı, çox güclü, adamı sarsıdan. Sarsıdıcı mənzərə. Sarsıdıcı hadisə.
– Mahrunun gətirdiyi xəbər sarsıdıcı bir xəbər idi.
Rəisin sözləri həkim üçün nə qədər gözlənilməzdisə, bir o qədər də sarsıdıcı idi.