SAXLANC
SAXLANILMAQ
OBASTAN VİKİ
Nüvə silahı saxlanılmayan zona
Nüvə silahı saxlanılmayan zona (NSSZ; daha çox NWFZ; ing. Nuclear-weapon-free zone) — beynəlxalq hüquqda atom və nüvə silahı saxlanılmayan ərazi. Nüvə silahlı saxlanılmayan zona beynəlxalq sülh və təhlükəsizliyi müdafiə formalarından biridir. Bu, BMT Nizamnaməsinin prinsip və tələblərinə uyğundur. Təcrübədə nüvə silahı saxlanılmayan zona ideyası ilk dəfə Antarktika haqqında beynəlxalq müqavilədə (1959-cu il) həyata keçirilmişdir. Aland adaları, Şpitsbergen arxipelaqı, Aralıq dənizində bəzi adalar və kosmik fəza nüvə silahı saxlanılmayan zona hesab edilməsi haqqında qətnamə (1961-ci il), Latın Amerikasının nüvə silahı saxlanılmayan zona elan edilməsi haqqında qətnamə (1967), dəniz və okeanların divində nüvə silahlarının yerləşdirilməsinin qadağan olunması haqqında qətnamə (1971) qəbul edilmişdir. 1978-ci ildə SSRİ Latın Amerikasının nüvə silahı saxlanılmayan zonaya çevirməsi haqqında Tlatelolko müqaviləsinin zamini olmuşdur. 2009-cu il üçün nüvə silahı saxlanılmayan zona elan edilən ərazilər: Antarktida (1959-cu il müqaviləsi); Latın Amerikası (Tlatelolko müqaviləsi 1967); Cənubi Sakit okean (1985 Rarotonqa müqaviləsi); Cənub-Şərqi Asiya (Banqkok müqaviləsi 1995); Afrika (1996 Pelindaba müqaviləsi); Mərkəzi Asiya (2007 Semipalatinsk müqaviləsi). 1984-cü ildən Yeni Zelandiya özünü nüvə silahı saxlanılmayan dövlət elan etdi. Monqolustan və Belarus nüvə silahı saxlanılmayan dövlət statusuna malikdir.
Türkiyədə saxlanılmalar (1927)
1927-ci ildə Türkiyədə saxlanılmalar — 1927-ci ilin payızında Türkiyədə gizli fəaliyyət göstərən Türkiyə Kommunist Partiyası üzvlərinə qarşı həyata keçirilən genişmiqyaslı həbslər. Dövrün TKP MK baş katibi Vədət Nədim Tör partiyanın gizli sənədlərini və üzvlük siyahılarını polisə təhvil verdikdən sonra Türkiyədə Kominterndən məsul olan Şəfik Hüsnünün də daxil olduğu, həmçinin TKP MK üzvlərini də əhatə edən böyük bir həbs kampaniyasına start verilmişdir. 1928-ci ildə TKP işi başladılmışdır. Bu həbslər zamanı Mərkəzi Komitənin üzvü Şövkət Sürəyya Aydəmir Vədət Nədim Törlə birlikdə fəaliyyət göstərmiş və daha sonra "Kadro" jurnalını təsis etmişdir. Bir çox kommunist, o cümlədən yüksək səviyyəli partiya liderləri həbslər zamanı saxlanılmışdılar: Şəfik Hüsnü 3 ay müddətinə azadlıqdan məhrum edilib. Vədət Nedim Tör bəraət almışdır. Şövkət Sürəyya Aydəmir bəraət almışdır. Nazım Hikmət xaricdə olduğu üçün 3 ay qiyabi həbs cəzası almışdır. Hikmət Qıvılcımlı 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.

Digər lüğətlərdə