SAYĞISIZLIQ

is.
1. Ehtiramsızlıq, saya almama, saymazlıq.
2. Ehtiyatsızlıq, diqqətsizlik, saymazlıq, laqeydlik, fikir verməmə, aldırmama, vecinə almama.
Bir zamanlar təkcə gecələrin qaranlığından vahimələnən Ulduz, indi zülmət gecələrdə canavar kimi ağzını açıb od püskürən topların üstünə bir sayğısızlıq və həqarətlə getməkdə idi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAYĞISIZLIQ sayğısızlıq bax 1. hörmətsizlik; 2. etinasızlıq; 3. laqeydlik
SAYĞISIZ
SAYXAŞ

Digər lüğətlərdə