SAZLAMAQ

f. Saz hala salmaq, düzəltmək, təmir edib işləmək üçün hazır hala salmaq. Maşınları sazlamaq.
// Hazır vəziyyətə gətirmək.
Nəbi [Məmmədəli bəyi] vurmaq istəmirsə də, amma yenə keçmişi yadına salıb aynalını sazlayır. Qaçaq Nəbi”.
Tez aç qatarını, sazla tüfəngi; Başlayaq könlümüz sevdiyi cəngi. H.K.Sanılı.

// Qaydaya salmaq, sahmana salmaq, hazırlamaq, qayırmaq.
[Hacı Həsən:] Kabla Fatma, dəxi durmaq vaxtı deyil, ev-eşiyi sazla. C.Məmmədquluzadə.
[Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov.
O, maxorka papiros sazladı, səngərin rütubətli divarına söykənərək … papirosunu dumanlatmağa başladı. H.Nəzərli.

// Təşkil etmək, düzəltmək.
O vaxt mən görürdüm ki, bu on səkkiz manat qəzetə üçün xüsusi bir mətbəə sazlamağa sərf olunur. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAZLAMAQ düzəltmək — sahmanlamaq — kökləmək

Etimologiya

  • SAZLAMAQ Saz farsca saxtən (düzəltmək) feilinin əsasıdır, şəkilçilər bizimdir. Saxta sözü də bununla bağlıdır
SAZLAMA
SAZLANMA

Digər lüğətlərdə