SAÇMA


1.Saçmaq”dan f.is.
2. bax qırma 2-ci mənada.
Xəlil isə atdığı saçmanın gilizini çıxardıb üflədi. M.Hüseyn.
Tək bir saçma [quşun] sol qanadının ucunu dəlib keçmiş, sümüyü sındırmamışdı. M.Rzaquluzadə.
Məmmədxanla Yusifəli başqa şeylərlə, qızılquşla, ov tulası ilə, saçma, barıt və varlı uşaqlarına məxsus şeylərlə maraqlanırdılar. P.Makulu.

3. Boş, yersiz, mənasız, rabitəsiz, məntiqsiz söz; hədyan.
[Orxan:] O məcnundur, ondan bir şey umulmaz; Saçmadır hər sözü, əsla tutulmaz. H.Cavid.
[Məhərrəm] yenə arabir saçma sözlər söyləyirdi. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SAÇMA səpələmə — yayma — tökmə
  • SAÇMA 1. SAÇMA Saçmalar yazıq dovşanın; Lap başına yaxın keçdi.. (M.Rzaquluzadə); QIRMA Atma qırma başqa küçələrə keçmişdi (S
SAÇLI-SAQQALLI
SAÇMAQ

Digər lüğətlərdə