SEMİNÁRİYA

[ lat. seminarium – ocaq]
1. Keçmişdə: orta pedaqoji məktəb. Müəllimlər seminariyası.
[Musanın nəvəsi] Qori seminariyasının pansionunda bircə il yaşadıqdan sonra mədəniyyət aləmində bu qədər tərəqqi etmişdi. Qantəmir.

2. Orta ruhani məktəbi.

Etimologiya

  • SEMİNARİYA Rus dilindəki семена (toxum) sözü ilə qohumdur, latınca “şitillik” deməkdir, toxum əkilən yerdir. Məşğələ növü kimi burada bilik toxumu əkilir
SEMİNARİ́ST
SEMİTLƏR
OBASTAN VİKİ
Seminariya
Seminariya — Orta səviyyəli təhsil ocağı. fransız sözü olub təlim-tərbiyə müəssisəsi deməkdir. İlk dəfə 1684-cü ildə Fransanın Reyms, daha sonra 1695-ci ildə Almaniyanın Halle şəhərində yaradılmışdır. Tarixə nəzər salsaq, seminariya Qərbi Avropada və Rusiyada xüsusi orta ixtisas məktəblərindən biri olub və əsasən dini təhsil verib. Sonralar ibtidai sinif müəllimi hazırlamaq üçün seminariyalar yaradılıb. Rusiyada ilk müəllimlər seminariyası XVIII əsrin axırlarında – 1779-cu ildə Moskvada açılmışdır. 1876-cı ildə yaradılmış Qori Seminariyası Zaqafqaziyada, o cümlədən Azərbaycanda təhsilin, elm və mədəniyyətin inkişafına güclü təsir göstərmişdir.
Bakı Ali Pedaqoji Qızlar Seminariyası
Bakı Qızlar Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin tarixi 1992-ci ildən başlayır. Həmin il Bakı Ali Pedaqoji Qızlar Seminariyası təsdiq edilmişdir. Professor Ağarəhim Nüsrət oğlu Rəhimovun sədrliyi ilə tələbə qəbulu komissiyası yaradılmış və həmin ilin 27 iyul tarixində Azərbaycan Televiziyasında Bakı Ali Pedaqoji Qızlar Seminariyasına "Pedaqogika və psixologiya", "Pedaqogika və ibtidai təhsilin pedaqogikası" ixtisasları üzrə tələbə qəbuluna dair elan verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 08 iyul 2005-ci il tarixli Dövlət Qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi ilə Bakı Ali Pedaqoji Qızlar Seminariyası Bakı Qızlar Universiteti adlandırılmışdır. == Tədris == Tədris işlərinə rəhbərlik etmək ilk dəfə 1992-ci ildə Nazim Abbasova həvalə edilmişdir. Bakı Qızlar Universitetində tədris özünəməxsus sistem üzrə təşkil olunub. Burada Elmi Şura, Tədris, elmi və tərbiyə işləri üzrə prorektorluq, "Sosial-pedaqoji" və "Filologiya-tarix" fakültələtinin dekanlıqları, 6 kafedra, Tələbə Şurası, Tələbə Elmi Cəmiyyəti, bədii yaradıcılıq studiyası, Kompüter mərkəzi, Tələbə Gənclər Təşkilatı, Ekoloji mərkəz, kitabxana fəaliyyət göstərir. Bakı Qızlar Universitetinin əyani şöbəsində təhsil müddəti 4 il, qiyabi şöbəsində 4 il 6 aydır. Universitetdə "Dillər", "Ədəbiyyat", "Tarix", "Təbiət fənləri", "Psixologiya", "Pedaqogika", "İctimai elmlər" kafedraları fəaliyyət göstərir.
Gəncə Müəllimlər Seminariyası
Gəncə Müəllimlər Seminariyası — Azərbaycanda müəllim kadrları hazırlayan ilk seminariya (1914). İki il sonra belə bir seminariya Bakıda da fəaliyyətə başlamışdı. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sorğusuna cavabında xalq maarifi nazirliyi bildirdi ki, Cümhuriyyət hakimiyyəti yaranana qədər Azərbaycanda yeganə olaraq Gəncə şəhərində müəllimlər seminariyası fəaliyyət göstərmişdir. Cümhuriyyət Hökuməti həmin müəllimlər seminariyasını milliləşdirmişdi. Xalq maarifi nazirliyinin 1919-cu il üçün məlumatında nazirlik sistemində üç müəllimlər seminariyasının - Gəncə və Qazaxda kişi, Bakıda isə qadın seminariyalarının olduğu bildirilirdi. Gəncə müəllimlər seminariyasında azərbaycanlılarla yanaşı, Daşkənd və Səmərqənd şəhərlərindən gəlmiş özbək gəncləri də təhsil alırdı. Yusif Məmmədəliyev, Mikayıl Rzaquluzadə, Əhməd Cavad Gəncə seminariyasında dərs demiş, Həmid Araslı, Mir Cəlal və b. görkəmli ziyalılar bu seminariyanı bitirmişlər. Seminariya 1927-ci ildə qız seminariyası ilə birləşdirilmiş və Gəncə Pedaqoji Texnikumu adlandırılmışdı. == Direktirları == V.Y. Vasilyev Həsən bəy Bağırbəyov 12 avqust 1919-dan Gəncə Müəllimlər Seminariyasının direktoru vəzifəsində çalışmışdı.
Qazax Müəllimlər Seminariyası
Qazax Müəllimlər Seminariyası — 1918-ci ildə Qori Seminariyasının Azərbaycan bölməsi ilk Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülür və sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərir. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərlinin çox böyük xidmətləri olmuşdur. Qazax Seminariyasının yetirmələri — Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, Mirqasım Əfəndiyev, Möhsün Poladov, Yusif Yusifov, Əhməd Seyidov, Abbas Vəfadağlı, Barat Qaravəliyev və s. Qori Seminariyasının Azərbaycan şöbəsinin bazasında Müstəqil Qazax Seminariyasının təntənəli açılışı olur. Açılışda Qazaxda yerləşən türk ordusunun komandanı Səbri bəy, Türk Qarnizonunun rəisi Camal bəy, Qazaxın rəisi H. Şıxlınski və yerli hökumətin məmurları iştirak edirdilər. Bundan başqa Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli seminariyaya başçılıq etməklə yanaşı, Qazaxda yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Lakin 1920-ci ildə Firudin bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir. Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi.
Qori Müəllimlər Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Qori Seminariyası

Zaqafqaziya Müəllimlər Seminariyası

Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarının siyahısı

İrəvan Müəllimlər Seminariyası
İrəvan Müəllimlər Seminariyası (rus. Эриванская учительская семинария) — XIX əsrin axırları — XX əsrin əvvəllərində İrəvan şəhərində fəaliyyət göstərən təhsil ocağı. Müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən "Müəllimlər seminariyaları haqqında təlimat"da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır. Rusiya İmperiyası Dövlət Şurasının üç maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-ci il tarixli qərarında qeyd edilirdi: İrəvan Müəllimlər Seminariyasının təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub. Seminariyada digər elmi fənlərlə yanaşı Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş və Qafqaza aid statistik, sorğu və adres məlumatları toplanmış "Kavkazski kalendar"da dərc olunmuş məlumatlara görə, Axund Məhəmmədbağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris etmişdir. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanmışdır. İmperiya ərazisində fəaliyyət göstərən digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi.

Digər lüğətlərdə