Fransa Senatı
Senat (fr. Sénat) — müasir Fransa parlamentinin yuxarı palatası, Fransa qanunverici orqanının qollarından biri. Parlamentin aşağı palatası - Milli Assambleyadan fərqli olaraq, Senat qızğın müzakirələrin olmaması və daim KİV-lərin yaxın diqqət mərkəzində olması ilə seçilir.
Senat həm də 1799-1804-cü illərdə Fransa inqilabı zamanı Parlament Palatasına verilən ad idi.
== Tərkibi və seçkilər ==
Senat Fransa parlamentinin yuxarı palatasıdır. Fransa Konstitusiyasının 24-cü maddəsinə əsasən, Senat ümumi səsvermə yolu ilə seçilir və Fransanın yerli ərazi icmalarının parlamentində təmsil olunmasını təmin etməlidir.
Hazırkı Senat 348 senatordan ibarətdir. Senatorlar ən azı 18 yaşında olmalıdır (2011-ci ildən) və departament səviyyəsində (Fransa ərazisi 101 departamentə bölünüb) 6 il müddətinə (2003-cü ildə edilən dəyişikliklərə əsasən, müddət 9 ildən 6 ilə endirilib) aşağıdakılardan ibarət olan seçki kollegiyası tərəfindən seçilirlər:
regional və departament məsləhətçiləri;
bələdiyyə şuralarının nümayəndələri;
Sistem elə qurulub ki, kənd təsərrüfatı idarələrinə üstünlük verilir. Bu ona gətirib çıxarır ki, Beşinci Respublika Senatı yaranandan bəri mühafizəkar qalıb. Fransa İnqilabından bəri formalaşmış ənənəyə görə, iclas zalında sağ partiyalar, sol partiyalar isə sol yerləri tutur.