SEVİNDİRMƏK

f. Sevinməsinə səbəb olmaq, şad etmək, fərəhləndirmək, şadlandırmaq. Şad xəbər hamını sevindirdi.
– Tahirin bu cür düşüncəli və ciddi bir əda ilə danışmağı Lətifəni sevindirdi. M.Hüseyn.
Bilirəm, ən xoşbəxt, gözəl günlərim; Bu evdə hamını sevindirəcək. Ə.Kürçaylı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEVİNDİRMƏK sevindirmək bax Şadlandırmaq
SEVİNDİRMƏ
SEVİNƏ-SEVİNƏ

Digər lüğətlərdə