SİS-DUMAN

is. Yerə çökmüş buluddan ibarət olan rütubətli duman; çən.
Dağ başına sis gəldi; Ocaq yandı, his gəldi. (Bayatı).
Gilanın üzərində qalın bir sis, günəşin ziyasına mane ola biləcək kəsif bir kölgə vardı. S.Hüseyn.
Uca dağların almaz kimi parıldayan qarlı-buzlu təpələrindən sis-duman çəkilir. M.Rzaquluzadə.

SİS
SİSLİ
OBASTAN VİKİ
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Sis (dəqiqləşdirmə)

Sis (Şamaxı)
Sis — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunun Qəleybuğurd inzibati ərazi dairəsində kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayının hövzəsinə məxsus Sis çayının yaxınlığında yerləşir. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur. Əvvəllər Bakı quberniyasının Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qəleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kimi formalaşmışdır. Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir. Əhalisi 362 nəfərdir (2009), 79 təsərrüfatı var.
Sis (Şəbistər)
Sis — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,127 nəfər və 1,391 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Advektiv duman
Duman — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Böyük duman
London sakinləri üçün ən dəhşətli duman 1952-ci ilin dekabrında baş vermişdi. Dumanda mədənlərdən çıxan turş kömür hisi qarışmışdı. Hava bozarırdı, görüntü get-gedə pisləşirdi. Gözlənilmədən, yüzlərlə insan zəhərlənmişdi. Xəstəxanalar dolurdu, lakin qurbanları sayı bitmək bilmirdi. Ən qəribəsi isə o idi ki, həkimlər xəstələrə demək olar ki, heç nə ilə kömək edə bilmirdilər. 8 Dekabrda dumanın qurbanı olan körpə uşaqlar, qocalar və nəfəs xəstəliklərindən əziyyət çəkənlərin sayı dörd minə çatdı. Yüz mindən çox insan xəstələnmişdi. Son araşdırmalar göstərir ki, ümumi dünyasını dəyişənlərin sayı 12.000dən artıq idi Duman o qədər qatı idi ki, avtomobillər hərəkət edə bilmirdi, evlərindən çıxan insanlar geri dönə bilmirdilər. İnsanlar yalnız yaxın evlərdən tutaraq hərəkət edirdilər.
Gülər ​​Duman
Gülər ​​Duman (30 iyun 1967, İstanbul) — Türkiyə xalq musiqisi sənətkarı. Müğənni, mahnı yazarı, bəstəkar, teleaparıcı və musiqi müəllimi. İlk albomunu 1980-ci ildə buraxdı. 1980-ci illərdə doqquz albom buraxdı. Öz albomlarından başqa kollektiv albomlarda da meydana çıxdı. 1990-cı illərin əvvəllərində dörd albom çıxdı. İlk musiqi videosunu 1991-ci ildə yayımladı. 1994-cü ildə ən çox satılan albomlarından biri olan Gülər ​​Duman'94'ü buraxdı. 1995-ci ildə Bu Devran albomunu buraxdı. 1997-ci ildə Öl Deseydin Ölmez miydim?
Duman (film)
Duman (ing. The Mist) — Frenk Darabontun rejissorluğu ilə 2007-ci ildə çəkilmiş amerikan elmi fantastik, qorxu filmi. Film Stiven Kinqin müəllifi olduğu eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Devid Drayton və onun oğlu Billi şəhəri müəmmalı dumanın basmasından sonra təlaş içində supermarketə sığınırlar. Onlar qaranlıq və sirli dumanın içərisində qəribə bədheybətlər gizləndiyini görürlər. == İstinadlar == == Xarici keçidlər == Duman — Internet Movie Database saytında Duman Box Office Mojo-da Duman (film) Rotten Tomatoes saytında (ing.) "Monsters in the Mist". MonsterLegacy.net. September 9, 2015.
Besra Duman
Besra Duman (10 yanvar 2001) ― 55 kq çəki dərəcəsində mübarizə aparan türk paralimpiyaçı para-pauerliftinqçi. O, 2024-cü il Paris Paralimpiya Oyunlarında gümüş medal qazanıb. == İdman karyerası == Duman para-pauerliftinqlə məşğul olmağa 2012-ci ildə ağır atletika məşqçisi Emin Görmüşün təşviqi ilə başlayıb. O, Arif Kıranın baş məşqçisi olduğu "Konya Meram Belediyesi" idman klubunun üzvüdür. === 2024 === Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 2024 Dünya Kubokunda o, 55 kq çəki dərəcəsində 120 kq qaldıraraq bürünc medal qazanıb. Duman 2024-cü il Dünya Kubokunun Misirin Şərm əl-Şeyx şəhərində keçirilən görüşündə ümumi qaldırmada 110, 113 və 115 kq çəki dərəcəsində qızıl, eləcə də fərdi hesabda 115 kq ilə gümüş medal qazanıb. Duman son Dünya Kubokunda qazandığı uğurla 2024-cü ildə Paris Paralimpiya Oyunlarına vəsiqə qazanmışdır. O, Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında 113 kq çəki ilə gümüş medalın sahibi olub.
Duman (musiqi qrupu)
Duman - 1999-cu ildə yaradılmış türk rok qrupudur. == Tarixi == === Qurulması === 90-cı illərin əvvəllərində musiqi həyatına başlayan vokalist Kaan Tangöze təhsil almaq məqsədilə Sittla gedir və Türkiyədə çıxarmaq istədiyi albom üçün musiqilər yazırdı. Buna qədər o, Ari Barokas və Yaqub Tranadan ibarət Mad Madame qrupu ilə Sittl və Los-Ancelesdə yayınlanan albomlarda çıxış etmişdi. Türkiyəyə qayıdanda Blu-Bluz-Bənddə (Blue Blues Band) çıxış edən Batuhan Mutlugili Mad Madame qrupuna daxil etdi və beləcə 1999-cu ildə Duman qrupu yaradılmış oldu. Ancaq Yaqub Trana bu qrupa qatılmadı. === İnkişaf === Vokal və gitarada Kaan Tangöze, gitara və geri vokalda Batuhan Mutlugil, bas gitara və geri vokalda Ari Barokas, bateride başda Alen Konakoğlu'dan, sonra Cengiz Baysal'dan ibarət Duman, ilk albomunu çıxartmaq üçün yola düşdülər; ancaq qrupun hələ bir adı yox idi. Bundan sonra qrupun adı "Halimiz Duman" adlı mahnıdan ilhamlanılaraq Duman oldu. Duman, 1999-cu ildə çıxan ilk albomunu Eski Köprünün Altında adı ilə musiqi bazarına daxil etdi. Albomun "Köprüaltı", "Hayatı Yaşa" və "Bebek" parçalarına klip çəkildi. "Bebek" parçasına klip çəkilmədən əvvəl Duman, etdiyi bir reportajda "Halimiz Duman" parçasını akustik olaraq çaldı və bu klip olaraq təşkil edildi; ancaq klip yayınlanmadı.
Duman (rok qrup)

Duman dənizi üzərindəki gəzgin
Duman dənizi üzərindəki gəzgin (almanca: Der Wanderer über dem Nebelmeer) - 1818-ci ildə romantik alman rəssamı Kaspar David Fridrix tərəfindən çəkilmiş rəsm əsəri. Bu, romantizmin şah əsərlərindən biri hesab olunur.

Digər lüğətlərdə