SİYİRMƏQILINC

zərf Qınından çıxarılmış halda, qılıncla, yalınqılınc. Siyirməqılınc hücuma keçmək.
– Fəxrəddin əlində siyirməqılınc atlının qabağında göründü. M.S.Ordubadi.
Karetadan siyirməqılınc iki soldat çıxdı. M.İbrahimov.

◊ Siyirməqılınc eləmək – aradakı düşmənçiliyi, ədavəti, ziddiyyəti daha da kəskinləşdirmək; düşmən etmək.
Gədə, niyə bunları mənimlə siyirməqılınc eləyirsən? M.İbrahimov.

SİYİRMƏK
SİYİTMƏK

Digər lüğətlərdə