1. Rəngi qaçmış, rəngi solmuş, soluq. Solğun çöhrə.
– [Ovçunun] solğun dodaqları əsir, bir-birindən xeyli aralı olan qövsəbənzər qaşları çatılmışdı.
[Mahmudun] solğun sifəti qızarmışdı.
// Təravəti getmiş, təravətini itirmiş, solmuş, saralmış, ölgün. Solğun çiçək. Solğun yarpaq.
// məc. Pəjmürdə, tutqun, pərişan, dilxor.
[Gülüş:] Sevil, nə üçün belə solğunsan, yoxsa bir yerin ağrıyır?
2. Rəngi yaxşı bilinməyən, parıltısı nəzəri cəlb etməyən, ölgün. Solğun parça. Solğun pərdə.
– [Hacı Qara:] Rus malı alıram, solğun (z.) çıxır, qızılbaş malı alıram, çürük çıxır.
// Ağarmış, bozarmış, rəngi getmiş.
Orada-burada solğun paltarlı qocalar və arvadlar gözə çarpırdı.
Kosa iki əli ilə öz başına bərk bir qapaz vurdu. Onun solğun kepkasının burnu öz burnu ilə qoşalaşdı.
// Parıltısız, tutqun, işığı zəifləmiş, ölgün. Solğun şəfəq. Solğun işıq.
– Bəzən də göyləri gəzən solğun ay; Yarıb buludları hücuma çıxır.
Günəş solğun, üfüq də tutulmuş kimi dərdə; Orda sarı buludlar sallanır pərdə-pərdə.
3. məc. Dili, üslubu təsirli, ifadəli olmayan; çox zəif. Solğun tərcümə. Əsərin solğun dili var.