SSENARİST

is. Ssenari yazan, ssenari müəllifi.
SSENARİÇİ
SSRİ
OBASTAN VİKİ
Ssenarist
Ssenari müəllifi və ya ssenarist — hər uzunluqda, izlənilə bilən film üçün, özünün meydana gətirdiyi, ya da var olan qaynaqları vizual dilə çevirərək, müəyyən bir sistem içində vizual izahat meydana gətirərək mətnlər (ssenari) yazan şəxsə deyilir.
Kübra Əliyeva (ssenarist)
Kübra Əliyeva — Görkəmli sənətşünas. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2014). Sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası «İncəsənət tarixi» kafedrasının professoru == Həyatı == Azərbaycanın nəşriyyat tarixində görkəmli yeri olan bərdəli Orucov qardaşlarından Abuzər Orucovun qız nəvəsi olan Əliyeva Kübra Muxtar qızı 1944-cü ildə Ağdam rayonunda ziyalı ailəsində anadan olub. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsinə daxil olub, 1967-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, 1 övladı var. == Yaradıcılığı == 1967-ci ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun "Dekorativ tətbiqi sənət" şöbəsində baş laborant, elmi işçi vəzifəsində çalışıb. Hal-hazırda həmin institutda "Təsviri və dekorativ-tətbiqi sənət" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləyir. 1978-1980-ci illərdə Moskva şəhərində Lomonosov adına Universitetin Tarix fakültəsində professor V.M.Vasilenkonun yanında təcrübə keçmiş, universitetdə mütəmadi olaraq mühazirələrdə çıxış etmişdir. Həmin illər ərzində Moskvada namizədlik dissertasiyasını təkmilləşdirmişdir. 1984-cü ildə Moskvada SSRİ Rəssamlıq Akademiyasının nəzdində olan "Təsviri sənətin nəzəriyyə və tarixi" Elmi tədqiqat İnstitutunda "Azərbaycanın xovsuz xalçaları" adlı dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsini almışdır.
Vaqif Məmmədov (ssenarist)
Vaqif Məmmədov (Vaqif Hümbət oğlu Məmmədov) — “Əməkdar mədəniyyət işçisi”, ssenarist, redaktor. Vaqif Məmmədov 7 avqust 1939-cu ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb. Vaqif Məmmədov 15 sentyabr 2015-ci ildə vəfat edib. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olmuşdur. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir.

Digər lüğətlərdə