SSENARİST
STABİ́L
OBASTAN VİKİ
Qulaq (SSRİ)
QULAQ (rus. ГУЛАГ) — 1930-cu illərdən 1950-ci illərə qədər, Stalin dönəmində məcburi əmək düşərgələrini idarə edən dövlət qurumu. İlk dəfə belə düşərgələr, 1918-ci ildə yaradılmışdı və termin, geniş formada SSRİ-də hər hansı əmək düşərgəsini təsvir etmək üçün istifadə olunurdu. Kiçik cinayətkarlardan siyasi məhbuslara qədər çoxlu sayda dustaqların yerləşdirildiyi düşərgələr, sadələşdirilmiş üsullarla, eləcə də NKVD üçlükləri və mühakiməsiz edamın digər alətləri ilə idarə olunurdu. QULAQ, SSRİ-də siyasi repressiyaların əsas aləti kimi bilinir. Termin, bəzən düşərgələrin özünü, xüsusilə də Qərbdə təsvir etmək üçün istifadə olunur. QULAQ, Гла́вное управле́ние лагере́й (Baş Düşərgə İdarəsi) üçün akronim idi. Bu, Гла́вное управле́ние исправи́тельно-трудовы́х лагере́й и коло́ний (İslah Əmək Düşərgələri Baş İdarəsi) rəsmi adının qısa forması idi. İlk dövrlərdə Dövlət Siyasi Bürosu, sonralar NKVD və son illərdə isə Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu. İlk islah əmək düşərgələri, inqilabdan sonra 1918-ci ildə yaradılmışdı və 1919-cu ilin 15 aprelində məcburi əmək düşərgələrinin yaradılması haqqında olan dekretlə qanuniləşdirildi.
SSRİ DTK
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
SSRİ EA
SSRİ Elmlər Akademiyası ― SSRİ-nin aparıcı alimlərinin elmi fəaliyyətini əlaqələndirən, SSRİ Nazirlər Sovetinə tabe olan ali elmi müəssisə. 1925–1991-ci illərdə fəaliyyət göstərmişdir. Birbaşa varisi Rusiya Elmlər Akademiyasıdır. Ю. С. Осипов. Академия наук в истории Российского государства М.: Наука, 1999 Б. С. Каганович.
Elm (nəşriyyat, SSRİ)
"Elm" nəşriyyatı (Rusiya Elmlər Akademiyasının “Nauka” nəşriyyatının Akademik Tədqiqat və Nəşriyyat, İstehsal, Poliqrafiya və Kitab Yayımı Mərkəzi, qısaldılmış adı - FSUE Nəşriyyat Evi “Elm”») — Sovet və Rusiya akademik kitab və jurnal nəşriyyatı. SSRİ və dünyanın ən böyük elmi nəşriyyatı (1982-ci ildə) . “Nauka” nəşriyyatının loqosunda ilk süni Yer peyki və açıq kitab təsvir olunub. 2019-cu ildə iflas ərəfəsində idi. 2016-cı ildən etibarən "Akademkniga" şirkəti tərəfindən fizika, kimya, biologiya, geologiya üzrə Rusiya elmi jurnalları nəşr olunur. == Tarixi == Nəşriyyatın sələfi 1727-ci ildən akademik nəşrlərin çap olunduğu Elmlər Akademiyasının mətbəəsi idi. 1917-ci ildən sonra Rusiya Dövlət Akademik mətbəəsi çağırıldı. Rusiya Elmlər Akademiyasının nəşriyyatı SSRİ-də 1923-cü il aprelin 14-də yaradılmış və ilk olaraq Petroqradda yerləşirdi, nəşriyyatın ilk rəhbəri akademik Aleksandr Fersman, nəşriyyatın çap etdirdiyi ilk nəşr isə növbəti nəşr idi. 1924-cü ilin sonunda nəşr olunan Rusiya Elmlər Akademiyasının İzvestiya cildi. 1925-ci ilin avqust ayından Rusiya Elmlər Akademiyası (1917-1925) SSRİ Elmlər Akademiyası adlandırıldıqdan sonra nəşriyyat öz adını dəyişərək SSRİ Elmlər Akademiyası Nəşriyyatı (ANİ) adlandırdı.
Ordu generalı (SSRİ)
Ordu generalı — SSRİ-də Ali hərbi rütbə. SSRİ-də bu rütbəni ilk dəfə Georgi Jukov alıb. 1. Georgi Jukov 2. Kirill Meretskov 3. İvan Tyulenov 4. İosif Apanasenko 5. Dmitri Pavlov 6. Nikolay Vatutin 7. Rodion Malinovski 8.
SSRİ Arxitektorlar İttifaqı
SSRİ Arxitektorlar İttifaqı və ya Sovet Memarları İttifaqı — SSRİ arxitektorlarını birləşdirən ictimai təşkilat.
SSRİ Bəstəkarlar İttifaqı
SSRİ Bəstəkarlar İttifaqı (rus. Союз композиторов СССР)— SSRİ bəstəkarlarının və musiqişünaslarının vahid yaradıcılıq ittifaqı. 1957-ci ilədək SSRİ Sovet Bəstəkarları İttifaqı adlanırdı. ÜİK(b)P MK-sının 23 aprel 1932-ci il tarixli "Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında" qərarına əsasən yaradılımışdı. 1948-ci ilədək təşkilata Təşkilat Komitəsi rəhbərlik edirdi. Bəstəkarlar İttifaqının ilk qurultayı 19 aprel—25 aprel 1948-ci ildə Moskvada keçirilib. İlk sədri bəstəkar Boris Asafyev seçilmişdi.
SSRİ Dövlət Mükafatı
SSRİ Dövlət Mükafatı (1967—1991) — 1966-cı ildə Sov.İKP MK və SSRİ Nazirlər Soveti tərəfindən təsis edilmiş və hər il verilən dövlət mükafatı.
SSRİ
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
SSRİ Marşalları
Sovet İttifaqı Marşalı — Sovet İttifaqı ordusunda ali zabit rütbəsi. 22 sentyabr 1935-ci ildən tətbiq olunmuşdur. 26 iyun 1945-ci ildə Sovet İttifaqı Generalissimusu rütbəsi təsis edilənədək ən yüksək hərbi rütbə sayılmışdır. 1953-cü ildə yeganə Generalissimus İosif Stalinin vəfatından sonra yenidən de-fakto ən yüksək rütbəyə çevrilmişdir. Tətbiq edildiyi gündən cəmi 41 nəfər bu ali zabit rütbəsini daşımışdır.
SSRİ Prezidenti
SSRİ prezidenti (rus. Президент СССР) — 1990–1991-ci illərdə SSRİ-də dövlət başçısı vəzifəsi. Sovet İttifaqının Prezidenti vəzifəsi 15 mart 1990-cı ildə SSRİ Xalq Deputatlarının III fövqəladə qurultayı tərəfindən SSRİ Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi ilə təqdim edilmişdir. Bundan əvvəl SSRİ-də ən yüksək vəzifəli şəxs SSRİ Ali Sovetinin sədri idi. Bu vəzifəni tutan yeganə şəxs ən yüksək dövlət vəzifəsini partiya vəzifəsi ilə birləşdirən Mixail Qorbaçov olmuşdur. Mixail Sergeyeviç Qorbaçov (15 mart 1990 – 25 dekabr 1991) vakant (25 dekabr – 26 dekabr 1991) Конституция (Основной закон) Союза Советских Социалистических Республик (принята на внеочередной седьмой сессии Верховного Совета СССР девятого созыва 7 октября 1977 г.) (в редакции от 26 декабря 1990 г.).Arxivləşdirilib 2010-02-18 at the Wayback Machine Закон об учреждении поста Президента СССР.Arxivləşdirilib 2017-09-13 at the Wayback Machine. 14.03.1990. Проект Российского военно-исторического общества «100 главных документов российской истории».
SSRİ bayrağı
SSRİ bayrağı (rus. Госуда́рственный флаг Сою́за Сове́тских Социалисти́ческих Респу́блик, Gosudárstvenny flag Soyúza Sovétskikh Sotsialistícheskikh Respúblik) — SSRİ-nin 1922-ci ildən 1991-ci ilə qədər istifadə etdiyi dövlət bayrağı. Bayrağın dizaynı müxtəlif mənbələrdən götürülsə də, onun ilk forması Rusiya inqilabı zamanı yaranıb. Zamanla kommunist hərəkatının mülkiyyətinə çevrildi və bu gün müxtəlif ölkələrin kommunist partiyaları tərəfindən istifadə olunur. Bayrağın yuxarı sol hissəsində qızılı oraq və çəkic, bir az yuxarıda isə qırmızı ulduz var. Çəkic fəhlələri, oraq isə kəndliləri təmsil edir. İki simvolun birliyi həm də davamlı inqilabi ittifaqı təmsil edir. Bayrağın ilk variantı 1922-ci ilin dekabrında qəbul edilib. 1955-ci ildə bayrağın rəsmi ölçüləri əsasnamə ilə müəyyən edilmişdir. Bundan əlavə, bu tənzimləmə ilə oraq və çəkic kiçik dəyişikliklərə məruz qalıb.
SSRİ fəlsəfəsi
SSRİ-də fəlsəfə — XX əsr fəlsəfə tarixində demək olar ki, tədqiq olunmamış dövrlərdən biri də sovet dövrü fəlsəfəsidir. 70 il ərzində Sovet İttifaqı adlanan böyük bir ölkədə yayılan və inkişaf edən fəlsəfədən danışmamaq doğru olmazdı. Bu ölkədə nəinki müharibələr, dəhşətli sosial eksperimentlər aparılmış, həmçinin fəlsəfə ilə də məşğul olmuşlar. Sovet quruluşunun hazırkı tənqidçilərinin fikrincə, sovetlər birliyində 10 illərlə fəlsəfə olmamış, intellektual həyat məhv olmuş, ancaq mərkəzi paytaxt şəhərlərində qadağan olunmuş söhbətlər aparılmışdır. Əlbəttə bütün bunlar ağ yalandır. Əslində Sovetlər İttifaqında başdan– başa savadsızlığın ləğvi, əyintilərlə olsa da mədəni inqilabın həyata keçirilməsi mümkün olmuşdur. Bəzilərinin bəyənmədikləri alimlərin əksəriyyəti aristokrat ailələrindən deyil, sadə fəhlə və kəndli ailələrindən çıxmış adamlar olmuşdur. Əslində sovet dövrü bütövlükdə fəlsəfi təhlil baxımından mürəkkəb, maraqlı və həm də dramatik olmuşdur. XX əsrin 20–30-cu illərində bir sıra görkəmli alim–filosofların məcburi mühacirətə yollanması (onlar bolşeviklərin ideoloji doktrinaları ilə razılaşmırdılar) heç də fəlsəfi həyata son qoymadı. Sovetlər birliyində qalıb işləyən və eləcə də yetişməkdə olan yeni filosof nəsilləri çox çətin bir siyasi dövrdə yaşamalarına, bəzi fikirləri açıq şəkildə deyə bilmədiklərinə, hətta öz ideyalarına görə həyatlarını belə qurban verməklərinə baxmayaraq, fəlsəfə elmini inkişaf etdirmişlər.
SSRİ gerbi
SSRİ gerbi (rus. Герб СССР) — 1923-cü ildə təsis olunmuşdur. Sovet Sosialist Respublikaları İttifaqının gerbi fəhlə və kəndlini simvolizə edir. Gerbin üzərində Yer kürəsi, oraq və çəkic, beşguşəli qırmızı ulduz təsvir olunmuşdur. Gerbin aşağısında isə Bütün ölkələrin proletarları birləşin! şüarı yazılmışdır.
SSRİ himni
Sovet Sosialist Respublikaları İttifaqının dövlət himni (həmçinin, Sovet İttifaqı Dövlət Himni; azərb-kiril. Совет Иттифагы Дөвләт Һимни) — 1944-cü ildə qəbul olunmuşdur, həmçinin Rusiya Sovet Federativ Sosialist Respublikasının da dövlət himni idi. Himnin sözlərinin müəllifləri Sergey Mixalkov və Q. El-Registandır. Himnin musiqisini Aleksandr Aleksandrov yazıb. Himndə Stalinin adı olduğu üçün 1955-1977-ci illərdə sözsüz ifa olunurdu. Bu səbəbdən 1977-ci ildə Sergey Mixalkov himnin sözlərində müəyyən dəyişikliklər etdi. Himn bəzi dəyişikliklərlə 2000-ci ildən Rusiya Federasiyasının dövlət himnidir. Союз нерушимый республик свободных, Сплотила навеки Великая Русь. Да здравствует созданный волей народов, Единый, могучий Советский Союз! Славься, Отечество, наше свободное, Дружбы народов надёжный оплот!
SSRİ medalları
SSRİ medalları (rus. Медали СССР) — kommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır. İlk sovet medalı "Böyük Oktyabr sosialist inqilabının 3 illiyi" medalıdır(1920). SSRİ medalları bir neçə qrupa bölünür: Xüsusi fərqlənmə nişanları ("Qızıl Ulduz" medalı, "Oraq və Çəkic" medalı); Əmək xidmətlərinə görə təltif etmək üçün ("Əmək igidliyinə görə" medalı, Əməkdə fərqlənməyə görə" medalı, "Əmək veteranı" medalı); SSRİ-nin müdafiəsində xidmətlərə və digər hərbi xidmətlərə görə təltif etmək üçün ("İgidliyə görə" medalı, Uşakov medalı, "Döyüş xidmətlərinə görə" medalı, Naximov medalı, I və II dərəcəli "Vətən müharibəsi partizanına" medalı və s.); SSRİ-nin müxtəlif xalq təsərrüfatı vəzifələrinin həyata keçirilməsində xidmətlərə görə təltif etmək üçün ("Cənub qara metallurgiya müəssisələrinin bərpa edilməsinə görə" medalı, "Donbass kömür şaxtalarının bərpa edilməsinə görə" medalı, "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı və s); Çoxuşaqlılığa və uşaqların tərbiyə etdiyinə görə anaları təltif etmək üçün (I və II dərəcəli Analıq medalı); Vətəndaşlıq və qulluq borcunu yerinə yetirərkən göstərilən xidmətlərə görə təltif etmək üçün ("İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı, "Yanğın zamanı igidliyə görə" medalı, "Suda boğulanları xilas etməyə görə" medalı); Böyük Vətən müharibəsi dövründə, şəhərlərin və ərazilərin müdafiəsində, alınmasında və azad edilməsində xidmətlərə və fərqlənməyə görə təltif etmək üçün ("Leninqradın müdafiəsinə görə" medalı, "Moskvanın müdafiəsinə görə" medalı, "Odessanın müdafiəsinə görə" medalı, "Stalinqradın müdafiəsinə görə" medalı, "Sevastopolun müdafiəsinə görə" medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "Yaponiya üzərində qələbəyə görə" medalı, "Berlinin alınmasına görə" medalı, "Varşavanın azad edilməsinə görə" medalı və s.); SSRİ xalqlarının tarixində mühüm yubileylərlə əlaqədar olaraq təltif etmək üçün ("1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı, "1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı, "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı və s.). Medallar sol döşə ordenlərdən sonra taxılır; "Qızıl Ulduz" medalı və "Oraq və Çəkic" medallarından və başqa medallardan yuxarı taxılır; I və II dərəcəli Analıq medalı ordenlərdən və digər medallardan sola, və yaxud onlardan aşağı taxılır. Medalların əvəzinə təsdiq olunmuş rəngdə lent taxmaq olar. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә].
SSRİ ordusu
Fəhlə-kəndli Qızıl Ordusu, həmçinin qısaca Qızıl Ordu və ya Qırmızı Ordu — RSFSR və SSRİ-nin 1918–1946-cı illərdə (sonradan Sovet Ordusu adlandırılmışdır) silahlı qüvvələrinin rəsmi adı. Tərkibinə aşağıdakı qoşun növləri daxil idi: quru qoşunlar, fəhlə-kəndli qızıl hava qoşunları, SSRİ Hərbi Dəniz Donanması, SSRİ XDİK qoşunları, Sərhəd qoşunları, respublika daxili mühafizə qoşunları, SSRİ Dövlət konvoy mühafizəsi . FKQO yaranma günü 23 fevral 1918-ci il hesab edilirdi. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Xalq Cümhuriyyətini devirib. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına "28 aprel" adı verilirdi. Bakının şimal girişində "11-ci Qırmızı Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılıb. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetiriblər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti N. Nərimanovu AXC-ni əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.
SSRİ rublu
SSRİ rublu — Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) 1923-cü ildən 26 dekabr 1991-ci ilədək pul vahidi. RSFSR-in birinci rublları 1919-cu ildə kredit biletləri kimi buraxılıb. SSRİ əskinazlarının çoxunun dizaynını rus qravyoru və rəssamı İvan Dubasov işləyib. SSRİ-də 1924-cü ildən 1991-ci ilədək 10 rubladək olan pul nişanları Dövlət xəzinə biletləri, 10 rubldan yuxarı nominallar isə — SSRİ Dövlət Bankı biletləri adlanırdı. 1991-ci ildən sonra isə bütün əskinazlar SSRİ Dövlət Bankı biletləri adlanmağa başladı. 1 yanvar 1961-ci ildə SSRİ-də pul islahatından sonra 1 rubl 0,987412 qram qızıla bərabər götürülürdü, ancaq bunu etmək mümkün deyildi. SSRİ-nin dağılmasından sonra rubl tədricən dövriyyədən çıxmağa başladı. SSRİ rublunu dövriyyədən çıxaran ən sonuncu ölkə Tacikistan oldu (10 may 1995-ci il). SSRİ sikkələrinin kataloq və qalereyasıArxivləşdirilib 2013-01-26 at the Wayback Machine SSRİ-nin birinci rublları (1923-cü il).
SSRİ tarixi
SSRİ tarixi (rus. История СССР) — 1922–1991-ci illərdə mövcud olmuş SSRİ dövlətinin tarixi. 11 mart 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Birinci katibi vəzifəsinə Mixail Qorbaçov təyin olunur 24 fevral 1985-ci il, M. Qorbaçov Rusiya Federasiyası Ali Sovetinə və yerli sovetlərə seçkilərdə səs verir. 2 həftədən sonra Sov.İKP Siyasi Bürosunun üzvü olan Qorbaçov Baş katib seçilir. 19 noyabr 1985-ci ildə İsveçrədə M. Qorbaçov Cenevrə sammitində ilk dəfə olaraq ABŞ prezidenti Ronald Reyqanla görüşür. Ardınca 25 fevral, 1986-cı ildə Kommunist Partiyasının 27-ci qurultayında Qorbaçov aşkarlıq siyasətini elan edir. 2 aprel, 1986-cı ildə Yakutskda yerli yakutlarla miqrant rusiyalılar arasında toqquşma baş verir. Bu münaqişə Qorbaçov hakimiyyətə gələndən sonra etnik zəmində ilk münaqişə sayılır. 26 aprel, 1986-cı ildə partlayış nəticəsində Çernobıl atom elektrik stansiyası tamamilə dağılır. 16 dekabr, 1986-cı ildə məşhur dissident Andrey Saxarov ev dustaqlığından azad olunur, onun Qorki sürgünündən Moskvaya qayıtmasına icazə verilir.
SSRİ Elmlər Akademiyası
SSRİ Elmlər Akademiyası ― SSRİ-nin aparıcı alimlərinin elmi fəaliyyətini əlaqələndirən, SSRİ Nazirlər Sovetinə tabe olan ali elmi müəssisə. 1925–1991-ci illərdə fəaliyyət göstərmişdir. Birbaşa varisi Rusiya Elmlər Akademiyasıdır. Ю. С. Осипов. Академия наук в истории Российского государства М.: Наука, 1999 Б. С. Каганович.
SSRİ Jurnalistlər İttifaqı
SSRİ Jurnalistlər İttifaqı — SSRİ-də kütləvi informasiya vasitələrində çalışanların ictimai təşkilatı. 1959-cu ildə Aleksey Acubeyin təşəbbüsü ilə yaradılıb.
SSRİ Kinematoqrafçılar İttifaqı
SSRİ Kinematoqrafçılar İttifaqı — SSRİ kinematoqrafçılarını birləşdirən ictimai təşkilat. 1965-ci ilin noyabrında təsis qurultayında yaradılıb, təşkilat komitəsi 1957-ci ildə yaradılımışdı.
SSRİ Müdafiə Naziri
SSRİ hərbi nazirliklərinin rəhbərləri — Sovet Rusiyası və SSRİ hərbi nazirliklərinin rəhbərləri (1917–1991). Baş Komandan: Nikolay Krılenko — (20 noyabr 1917–13 mart 1918) İoakim Vasetis — (6 sentyabr 1918–8 iyul 1919) Sergey Kamenev — (8 iyul 1919–1 aprel 1924) Modest İvanov — (1917–1918) Pavel Dıbenko — (1918–1918) Vasili Altfater — (1918–1919) SSRİ-nin birinci hökuməti formalaşana qədər RSFSR Komissarlığı Xalq Komissarları: Nikolay Podvoyski — (8 noyabr 1917–13 mart 1918) Lev Trotski — (29 avqust 1918–26 yanvar 1925) Mixail Frunze — (26 yanvar — 31 oktyabr 1925) Kliment Voroşilov — (6 noyabr 1925–20 iyun 1934) Xalq komissarları: Kliment Voroşilov — (20 iyun 1934–7 may 1940) Semyon Timoşenko — (7 may 1940–19 iyul 1941) İosif Stalin — (19 iyul 1941–25 fevral 1946) 1937-ci ildə SSRİ Müdafiə Xalq Komissarlığından ayrılıb, 1946-cı ildə Siahlı Qüvvələr Xalq Komissarlığı ilə birləşdirilib. Xalq Komissarları: Pyotr Smirnov — (30 dekabr 1937–30 iyun 1938) Mixail Frinovski — (8 sentyabr 1938–20 mart 1939) Nikolay Kuznetsov — (28 aprel 1939–25 fevral 1946) Müdafiə və Hərbi Dəniz Donanması Xalq Komissarlıqlarının birləşməsi nəticəsində yaranıb. Xalq Komissarları (15.3.1946-cı il tarixindən nazirlər): İosif Stalin — (25 fevral 1946–3 mart 1947) Nikolay Bulqanin — (3 mart 1947–24 mart 1949) Aleksandr Vasilevski — (24 mart 1949–25 fevral 1950) SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Nazir : Aleksandr Vasilevski — (25 fevral 1950–15 mart 1953) SSRİ Siahlı Qüvvələr Nazilirliyinin Hərbi və Hərbi Dəniz Nazirliklərinə bölünməsi nəticəsində yaranıb. Hərbi Dəniz Naziri: İvan Yumaşev — (25 fevral 1950–20 iyul 1951) Nikolay Kuznetsov — (20 iyul 1951–15 mart 1953) Hərbi və Hərbi Dəniz nazirliyinin birləşməsi nəricəsində yaranıb.
SSRİ Müdafiə Nazirliyi
SSRİ Müdafiə Nazirliyi — Sovet İttifaqında dövlət nazirliyi. Nazirliyin başında SSRİ Müdafiə Naziri dururdu, o, Sov.İKP MK Siyasi Bürosunun üzvü ola bilərdi. 1934-cü ilə qədər silahlı qüvvələri idarə edən idarəetmə orqanı SSRİ Hərbi və Dəniz işləri üzrə Xalq Komissarlığı adlanırdı; 1934-cü ilin mart ayından SSRİ Xalq Müdafiə Komissarlığı; 25 fevral 1946-cı ildə Xalq Müdafiə Komissarlığı və Hərbi Dəniz Qüvvələri Komissarlığı SSRİ Silahlı Qüvvələrinin Xalq Komissarlığına birləşdirildi və 1946-cı ilin mart ayında SSRİ Silahlı Qüvvələri Nazirliyinə çevrildi. 1950-ci ilin fevral ayında o, iki yerə, SSRİ Hərbi Nazirliyi və SSRİ Hərbi Dəniz Nazirliyinə bölündü, 1953-cü ilin mart ayında isə onlar SSRİ Müdafiə Nazirliyinə birləşdirildi.. 1953-cü ilin mart ayından SSRİ Müdafiə Nazirliyi SSRİ dağılandan sonra nazirlik ləğv edildi, respublikalarda müdafiə nazirlikləri yenidən təşkil olundular və hər bir respublikanın hökumətlərinə tabe olundular: Baltikyanı ölkələr, Ukrayna, Moldova və Gürcüstan istisna olmaqla, MDB ölkələrinin silahlı qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil oldular. 1992-ci ilin yanvar ayının sonlarında SSRİ Müdafiə Nazirliyi özünü MDB Silahlı Qüvvələrinin əsas komandanı adlandırmağa başladı. Ancaq 20 Mart 1992-ci ildə MDB Dövlət Başçıları Şurasının qərarı ilə SSRİ Müdafiə Nazirliyinin bazası əsasında MDB Silahlı Qüvvələrinin Ali Komandanlığı rəsmi olaraq yaradıldı.
Futbol üzrə SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
Futbol üzrə SSRİ Superkuboku
SSRİ Futbol Superkuboku SSRİ çempionatının qalibi və kubokun qalibi arasında baş tutan bir və ya iki matçdan ibarət futbol turniridir. == Tarix == Kiçik turnir ilk dəfə Komsomolskaya pravda qəzetinin redaktor rəhbərlərinin təşəbbüsü ilə təşkil edilmişdir. Turnir qeyri-rəsmi xarakter daşıyırdı və heç vaxt SSRİ Futbol Federasiyasının bir hissəsi olmamışdır. Turnir SSRİ futbolunun son 15 ilində, cəmi 7 dəfə təşkil olunmuşdur. 1983-cü ilədək turnir davamlı olaraq keçirilmirdi. Adətən turnir müvsümün ortalarında baş tuturdu. 1987-ci ildə SSRİ çempionatının qalibi olmuş "Spartak Moskva" və kubokun qalibi olmuş "Dinamo Kiyev" arasında keçirilməsi planlaşdırılan oyun Moldovanın paytaxtı sayılan Kişinyov şəhərində baş tutmalı idi. Lakin Kişinyovda yetərli olmayan qeyri-kafi obyektlər səbəbindən matç heç bir zaman keçirilmədi. Sonuncu futbol üzrə SSRİ Superkuboku Rusiyanın Soçi şəhərində baş tutdu ki, burada da oyunu 1500 azarkeş izləmişdir. == İllər üzrə final görüşləri == 1977 SSRİ Superkuboku 1981 SSRİ Superkuboku 1984 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur Şaxtyor yekunda 3-2 hesabı ilə qalib oldu 1985 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur Zenit yekunda 3-1 hesabı ilə qalib oldu == İllər üzrə qaliblər == == Klublar üzrə göstəricilər == == Respublikalar üzrə göstəricilər == == Xarici keçidlər == USSR (Soviet Union) - List of Super Cup Finals, rsssf.com.
Futbol üzrə SSRİ yüksək liqası
Futbol üzrə SSRİ çempionatı — Sovet İttifaqının ən yaxşı futbol komandaları arasında hər il keçirilən çempionat. 54 çempionat ərzində Qırğızıstan və Türkmənistan istisna olmaqla SSRİ-nin bütün respublikalarının komandaları Güclülər dəstəsində oynamışdır. Amma yalnız beş respublikanın (Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Ermənistan) səkkiz şəhərini təmsil edən cəmi 11 klub SSRİ çempionu olmuşdur.
Futbol üzrə SSRİ çempionatı
Futbol üzrə SSRİ çempionatı — Sovet İttifaqının ən yaxşı futbol komandaları arasında hər il keçirilən çempionat. 54 çempionat ərzində Qırğızıstan və Türkmənistan istisna olmaqla SSRİ-nin bütün respublikalarının komandaları Güclülər dəstəsində oynamışdır. Amma yalnız beş respublikanın (Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Ermənistan) səkkiz şəhərini təmsil edən cəmi 11 klub SSRİ çempionu olmuşdur.
Kişilər arasında rus daması üzrə SSRİ çempionatı 1988
Kişilər arasında rus daması üzrə 48-ci SSRİ çempionatı 1988-ci ilin oktyabrında, Bakı şəhərinin mərkəzi sayılan Beş Mərtəbə adlanan yerin yaxınlığında, yenicə açılan respublika şahmat mərkəzində keçirilmişdir. Yarışma iki mərhələdə aparılırdı. Birinci mərhələ 10–20 oktyabr aralığında 32 damaçının iştirakı ilə keçirilmişdir. İsveçrə sistemi üzrə 9- yur keşirilmişdir. İkinci mərhələ 21–30 oktyabr aralığında dairəvi sistem üzrə keçirilmişdir. Bu mərhələdə 10 qrosmeyster və 2 master iştirak edirdi. Birinci və ikinci yerləri moskvalı Nikolay Abasıyev və kiyevli Mixayil Raxunov, bürünc medalı isə mariyampoleli Arunas Norvayşas tutmuşdur. == Yarış cədvəli == == Ədəbiyyat == Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Klassik güləş üzrə SSRİ çempionatı 1938
IX Klassik güləş üzrə SSRİ çempionatı 1938-ci ilin 24 — 26 noyabr aralığında Sevastopolda, 1 — 3 dekabr aralığında Bakıda, 6 — 8 dekabr aralığında Leninqrad baş tutmuş yarışma. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Klassik güləş üzrə SSRİ çempionatı 1941
XII Klassik güləş üzrə SSRİ çempionatı 1941-ci ilin 10 — 12 may aralığında Bakıda (yarım yüngül) və Leninqradda (yarım ağır), 17 — 19 may aralığında Kiyevdə, 26 — 29 may aralığında Lvovda (ən yüngül), 7 — 9 iyun aralığında Nijni Novqorodda (yüngül), 15 — 17 iyun aralığında Kazanda (yarım orta) baş tutmuş yarışma. 5–7 iyul tarixlərində isə Böyük Vətən müharibəsi ilə əlaqədar keçirilməmişdir. == Medalçılar == == Ədəbiyyat == Всё о спорте: Справочник Т. 1, 2-е издание / Сост. А. А. Добров. — М.: Физкультура и спорт, 1978; Спортивная борьба: Справочник / Сост. Б. М. Чесноков — М.: Физкультура и спорт, 1954.
Molodoy kommunist (jurnal, SSRİ)
Molodoy kommunist (rus. Молодой коммунист; mənası – gənc kommunist), əvvəllər Yunı kommunist və Molodoy bolşevik — Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aylıq ictimai-siyasi və nəzəri jurnalı. 1918-ci ilin dekabrından Moskvada ayda bir dəfə nəşr olunmuşdur. Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı olan qəzet 1918–1938-ci illərdə "Yunı kommunist", 1939–1953-cü illərdə "Molodoy bolşevik" adları altında çıxmışdır. Qəzet marksist-leninist nəzəriyyənin problemlərini, komsomol siyasi maarifi məsələlərini, gənc nəslin həyatını işıqlandırır, xarici ölkələrdə gənclərin həyatı haqqında məlumat vermişdir. Jurnal ədəbiyyata, incəsənətə, idmana dair məqalələr də dərc etmişdir. 1982-ci ildə tirajı 1 milyon nüsxəyə yaxın olmuşdur. Molodoy kommunist // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Naxçıvan MSSR-in SSRİ-dən çıxması
Naxçıvan MSSR-in SSRİ-dən çıxması — 19 yanvar 1990-cı il Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında, muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq (SSRİ-nin Azərbaycanın və Naxçıvanın suverenliyinin və ərazi bütövlüyünün müdafiə etmək öhdəliklərinə əməl etməməsi və 1921-ci il çoxtərəfli Qars müqaviləsinin şərtləri pozması səbəblərindən) SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib. Bununla da Naxçıvan MSSR Sovet Sosialist Respublikaları İttifaqından ilk çıxan respublika olub. Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi. Bu hadisələr 1988-ci ildə başlanır. 1989-cu il dekabrın sonlarında vəziyyət daha da gərginləşir. Kəndin üç yerində post qurulsa və hər postda 15 nəfər könüllü olsa da, bununla yanaşı, muxtar respublikanın digər rayonlarından bura kömək gəlsə də, bu, yaşayış məntəqəsini düşməndən qorumağa kifayət etmirdi. Çünki dörd bir tərəfi düşmənlə əhatə olunan kəndi qoruyan könüllülərin silahı da az idi. Daha sonra kəndin könüllülərə kəndin Sovet əsgərlərinin qoruyacağı deyilir. Könüllülər kəndi Sovet əsgərlərinə təhvil verdikdən sonra onlar da öz növbələrində kəndi ermənilərə verirlər.
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı 1963
Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı —1963-cü ildə keçirilən Qadınlar arasında şahmat üzrə SSRİ çempionatı SSRİ-nin qadınlar arasında şahmat üzrə yeddinci çempionatıdır. Noyabrın 15-dən dekabrın 15-dək Bakıda keçirildi. Çempionat eyni vaxtda FİDE bölgə turnirində keçirildi. Turnirdə iştirak etmək hüququ Ranniku, Zatulovskaya və Kuşnir qazandı.
Qırmızı Əmək Bayrağı ordeni (SSRİ)
"Qırmızı əmək bayrağı" ordeni — SSRİ ordeni.
Rus daması üzrə SSRİ çempionatı 1968
Kişilər arasında rus daması üzrə 28-ci SSRİ çempionatı 1968-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Nikolay Abasiyev, ikici yeri Vitali Qabrilyan, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
Rus daması üzrə SSRİ çempionatı 1979
Kişilər arasında rus daması üzrə 39-cu SSRİ çempionatı 1979-cu ildə Bakı şəhərində dairəvi sistem üzrə keçirilmişdir. Ölkə birinciliyini Viktor Litvinoviç, ikici yeri Mixayil Raxunov, üçüncü yeri isə Aleksey Ustinov tutmmuşdur (1 — qələbə, = — heç-heçə, 0 — məğlubiyyət) Архив журналов "Шашки" 1980 №3 Методическое пособие СЛШИ. "От Медкова до Иванова". Авторы Ю.А. Арустамов, В.М. Высоцкий, С.Н. Горбачёв. 1990.
SSRİ Daxili İşlər Xalq Komissarlığı
SSRİ Xalq Daxili İşlər Komissarlığı və ya qısaca XDİK (rus. Наро́дный комиссариа́т вну́тренних дел СССР, və ya qısaca НКВД) — Keçmiş SSRİ-də DTK-dan əvvəlki təhlükəsizlik orqanlarından biri. Bu orqanın əli ilə minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalq Daxili İşlər Komissarlığı 1934–1946-cı illərdə fəaliyyət göstərmiş, sonradan SSRİ Dövlət Təhlükəsizlik Nazirliyi (1946–1953), SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (1954–1991) ilə əvəz edilmişdir.
SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası
SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası — və ya SSRİ Mərkəzi Televiziyası, SSRİ Dövlət Teleradio Komitəsi tərkibində mövcud olmuş və ümumittifaq, qismən də regional televiziya yayımına cavabdeh olan sovet dövlət təşkilatı. Respublika və yerli (vilayət, şəhər) televiziya ilə birgə 1951-ci ildən 1991-ci ilə qədər mövcud olmuşdur.
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi
SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (rus. Комитет государственной безопасности CCCP, qısaca rus. КГБ CCCP) — SSRİ-də 1954–1991-ci illərdə dövlət təhlükəsizliyini təmin etmək üçün fəaliyyət göstərmiş ümumittifaq dövlət orqanı. SSRİ DİN-dən müvafiq qurumların ayrılması nəticəsində SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi adı ilə yaradılmışdı. Fəaliyyət istiqamətləri Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti tərəfindən 9 aprel 1959-cu ildə təsdiqlənmiş əsas nizamlayıcı sənəddə belə göstərilmişdir: "…siyasi orqan olub, partiyanın Mərkəzi Komitəsinin və Hökumətin Sosialist dövlətin qorunması üçün daxili və xarici düşmənlərin qəsdlərinə qarşı mübarizə tədbirlərini, həmçinin SSRİ dövlət sərhədlərinin qorunmasını həyata keçirir. Onlar sovet ölkəsinin düşmənlərinin gizli fitnələrini diqqətlə izləməli, niyyətlərini aşkarlamalı, Sovet dövlətinə qarşı imperialist kəşfiyyatların cinayətkar əməllərinin qarşısını almalıdırlar…" 1978-ci ildə o zamankı rəhbəri Yuri Andropovun səyi nəticəsində DTK SSRİ Nazirlər Sovetinin nəzdindən çıxarıldı. 1991-ci il 20 mart-da isə ölkədə baş verən proseslərlə əlaqədar, SSRİ dövlət idarəçiliyinin mərkəzi orqanı statusunu almışdır. 1991-ci il 3 dekabrda fəaliyyəti dayandırılmışdır. Əsas varisləri Rusiya Federal Təhlükəsizlik Xidməti və Dövlət Kəşfiyyat İdarəsi hesab olunur. Müasir dövrdə "KQB (DTK) " ifadəsi ilə keçmiş Sovet dövlət təhlükəsizlik orqanları nəzərdə tutulur.
SSRİ Dövlət mükafatı laureatlarının siyahısı
Andrey Samoyloviç Malışko — 1969

Digər lüğətlərdə