STARŞİNÁ

[ rus. ]
1. Sovet Ordusunun kiçik komanda heyətində ən yüksək rütbə. Rota starşinası.
– Kəyan bölüyə tamaşa etməklə elə məşğuldu ki, starşinanın yaxınlaşıb batalyon komandiri ilə danışdığını eşitmədi. Ə.Əbülhəsən.

2. Hərbi donanmanın kiçik komanda heyətində serjanta bərabər rütbə.
3. köhn. Kətxuda, yüzbaşı.
…Belə bir məsələ üçün kətxuda [starşina] hər iki məhəllədən adam çağırardı, vəkillər dəvət edərdi. N.Nərimanov.

STAPEL
START
OBASTAN VİKİ
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Birinci dərəcəli starşina
Birinci dərəcəli starşina — donanmada ikinci dərəcəli starşinadan daha yüksək, baş starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Bəxtiyar Quliyev (starşina)
Üçüncü dərəcəli starşina
Üçüncü dərəcəli starşina — Donanmada baş dənizçidən daha yüksək, ikinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
İkinci dərəcəli starşina
İkinci dərəcəli starşina — Donanmada baş matrosdan daha yüksək, birinci dərəcəli starşinadan isə daha aşağı tutulan hərbi rütbə. Starşina heyətinin ən kiçik rütbəsi. 2 noyabr 1940-cı ildən etibarən hərbi dəniz rütbələri sırasına daxildir.
Baş gəmi starşinası
Baş gəmi starşinası — Rusiya HDM-də və Federal Sərhəd Xidmətinin dəniz hissələrində baş starşinadan daha yüksək, miçmandan isə daha aşağı tutulan hərbi rütbə.

Digər lüğətlərdə