SUSAMAQ

f.
1. Su içməyə şiddətli ehtiyac hiss etmək, özündə yanğı hiss etmək. Bərk susamaq. Yayda adam tez-tez susayır.
– Qəlbi sınmış, gözü dolmuş, pozulmuş; İstidən susamış, acmış, yorulmuş. A.Səhhət.
Susamışdı atlılar; Hamı axtarırdı su. M.Seyidzadə.

2. məc. Bir şeyin həsrətində, arzusunda olmaq.
Mənim namərd əmim onun nəyinə susadı? Ə.Haqverdiyev.
Həqiqətə susayan tərlan könlündən üzr istəmişdi ki, “bu qəfəsdən mən səni əlbəttə azad eyləyərəm…” Mir Cəlal.

Etimologiya

  • SUSAMAQ -sa şəkilçisi adlardan deziderativ (latınca: arzu, meyil) mənalı feillər yaradır və -si4, -sa2, və s
SUSAMA
SUSAMURU

Digər lüğətlərdə