1. Arxasını və ya bədənin bir yerini bir şeyə dayayaraq dayanmaq; durmaq, istinad etmək.
Bir daşa söykənib, tüfəngimi [pələngə] tərəf yönəltdim.
[Fərhad] əvvəlcə sağ əlinə söykənib güclə qalxdı.
Gecə keçmiş, ulduzlar ağ, göy, qara; Söykənmişəm qocaman bir çinara.
2. məc. Arxalanmaq, güvənmək, etibar etmək. Atasına söykənmək.
– Mollayev tək-tük nüfuzlu dostlarına arxalandığı halda, Aslanov saysız-hesabsız sıravi, sadə adamların gücünə söykənirdi.
// məc. Əsaslanmaq, istinad etmək. Qabaqcıl nəzəriyyəyə söykənmək. Faktlara söykənmək.
3. Bir-birinə sıx qoyulmaq, durmaq. Çuval çuvala söykənib.
– Dalda kisələr bir-birinə söykənmişdi.