SÜRGÜQOLU

is.
1. tex. Maşında, mexanizmdə pistonu (porşeni) mühərrikin valı ilə birləşdirən və işləyəndə hərəkəti ötürən detal, hissə. Pistonun aşağıya hərəkəti sürgüqolu vasitəsilə dirsəkli vala keçərək onu fırlanmağa məcbur edir. “Traktorçuya kömək”.
2. xüs. Bəzi odlu silahlarda atəş açmaq üçün müxtəlif şəkildə qurulmuş mexanizm.
[Kəyan] pulemyotun dalına atılıb, sürgüqolunu iki dəfə dala verdi. Ə.Əbülhəsən.

SÜRGÜ
SÜRGÜN

Digər lüğətlərdə