SƏMİMİ

sif. [ ər. ] Ürəkdən gələn; dəruni, həqiqi, xalis, ciddi, riyasız. Səmimi söz. Səmimi dostluq.
– O, çox mehriban, səmimi bir təbəssümlə gülümsündü. M.Rzaquluzadə.

// Həqiqi, doğru, ən yaxın, qəlbən bağlı. Səmimi dost. Səmimi adam.
– Xədicə ilə yalnız barışmaqla qalmayıb səmimi bir arqadaş olduq. S.Hüseyn.
Bu dəqiqə [Xasay] bayaqdan bəri daldığı şirin düşüncələrdən, səmimi cəbhə yoldaşlarından aralanmaq istəmirdi. Ə.Vəliyev.

// Zərf mənasında. Təmiz ürəklə, candan, qəlbən. Səmimi qarşılamaq. Səmimi danışmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏMİMİ mehriban — istiqanlı — ürəyiaçıq — safdil — sədaqətli

Antonimlər (əks mənalı sözlər)

  • SƏMİMİ SƏMİMİ – RİYAKAR Deyirlər ki, səmimi eşqin ürəyi geniş olur (C.Cabbarlı); Riyakar, ar olsun sənə! (C
SƏMƏRƏSİZLİK
SƏMİMİ-QƏLBDƏN

Digər lüğətlərdə