1. Cəhət, tərəf, yön. Günəş səmtinə baxmaq. Dəniz səmtinə tərəf getmək. – Ağac səmtinə yıxılar. ( Ata. sözü ).
Axirüləmr [Məhəmmədhəsən əmi] gəldi, tövləsini ortadan yarı böldü və küçəyə səmt bir qapı açdı.
2. İstiqamət. Su səmtini tutmaq. Küləyin səmtilə getmək.
3. məc. Yaxın adam, qohum-əqrəba mənasında. Öz səmtindən qız almaq.
– Aşkardı ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlamayacaq.
◊ Səmt düşmək – yaxınlaşmaq, yaxın düşə bilmək, yaxına getmək.
Xosrovdan başqa heç kəs bu havalı ata səmt düşə bilmirdi.