SƏYRİMƏK

f. Hirsdən, acıqdan və s. hisslərdən əsmək, titrəmək (üz əzələləri). Ağzı səyrimək. Burun pərəkləri səyrimək.
– İsmayılzadənin dodaqları xəfif bir tərzdə səyridi. M.Hüseyn.
Hərdən Mirzə Cəlilin yanaqlarının əti səyriyir, dodaqları tərpənirdi. Ə.Vəliyev.

SƏYRİMƏ
SƏYRİŞMƏ

Digər lüğətlərdə