Tərcüməçilik fəaliyyətinin modeli

o, özündə dörd səviyyəni əks etdirir. Birinci səviyyəni mətninin ümumi strukturunda sözlərin ilkin mənasının başa düşülməsini və dərk edilməsini tərcümənin realizəsi kimi qeyd etmək olar. Daha sonra tərcümənin sxem səviyyəsində realizasiyasında mətnin ayrı-ayrı vahidlərinin (söz, söz birləşməsi, frazoloji vahidlər), həm də daha iri seqmentlərin (cümlə, cümlədən böyük vahidlərin, bütöv mətnin) mənasının daha dərindən və dəqiq müəyyən edilməsi amili özünü göstərir. Bu, tərcüməçi fəaliyyətinin ikinci səviyyəsidir. Burada tərcüməçinin fəaliyyət kompleksinin orijinalın məna və üslubi informasiyasının tərcümə dilinin köməyi ilə yaradılması göz qabağındadır. Bu kompleksi ümumi sxemdə üçüncü səviyyəyə aid etmək olar. Dördüncü səviyyə - bu, tərcüməçinin yekun - qiymətləndirici fəaliyyətidir. Onu tərcüməçinin «nəzarət özünüredaktəsi» də adlandırmaq olar. Nəzarət özünüredaktə xüsusən peşəkar tərcüməçi üçün vacibdir. Lakin bununla belə, «məşq tərcümələr»in ali məktəb tələbələri ilə təlimdə rolu danılmazdır. Bu model tərcüməçinin yaradıcılığı prosesində əsas dönüş nöqtəsini (yeni mərhələsini) açır.
Tərcüməçilər kollektivi
Tərcüməçilik həlli prosesi
OBASTAN VİKİ
Təsərrüfat fəaliyyətinin təhlili
Təsərrüfat fəaliyyətinin təhlili (TFT, ing. analysis of economic activity) — müəssisələrin təsərrüfat fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə onların hərtərəfli öyrənilməsi üçün iqtisadi informasiyanın emalı üsullarının məcmusu. Böyük Sovet Ensiklopediyasına görə təsərrüfat fəaliyyətinin təhlili müəssisələrin təsərrüfat fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə hərtərəfli öyrənilməsidir . BRE-də təsərrüfat fəaliyyətinin təhlili bir sıra metodlardan ibarət olan işinin və/və ya idarəetmə qərarlarının səmərəliliyini artırmaq məqsədilə müəssisələrin və fərdi sahibkarların istehsal-təsərrüfat fəaliyyətinin prosesinin və nəticələrinin hərtərəfli öyrənilməsi kimi iqtisadi məlumatların emalı üçün müəyyən edilir. Təsərrüfat fəaliyyətinin təhlili aşağıdakı təhlil növlərini əhatə edir: I. İdarəetmə təhlili: 1) biznes planlarının əsaslandırılmasında və monitorinqində təhlil: biznes planlaşdırılması; büdcə tərtibi (büdcə planlaşdırılması); büdcənin icrasının təhlili (təxminlər). 2) marketinq təhlili: marketinq təhlilinin standart üsulları: - evristik üsul; - trend metodu; - statistik faktor təhlili. marketinq təhlilinin xüsusi üsulları: - giriş və çıxışın təhlili; - test marketinqi; - endirimlərin təhlili; - SWOT analizi; - portfel təhlili; 3) təsərrüfat fəaliyyətinin səmərəliliyinin hərtərəfli iqtisadi təhlili: mikroiqtisadi təhlil; makroiqtisadi təhlil: - ətraf mühitin təhlili; - iqtisadi fəaliyyətin sosial sferasının təhlili; - müəssisənin xarici iqtisadi şəraitinin və əlaqələrinin təhlili. 4) istehsalın inkişafının texniki və təşkilati səviyyəsinin təhlili: istehsalın elmi-texniki səviyyəsinin təhlili: - istehsalın texniki səviyyəsinin təhlili; - istehsal texnologiyasının səviyyəsinin təhlili; - məhsulun keyfiyyətinin təhlili. istehsalın və əməyin təşkili səviyyəsinin təhlili: - istehsalın təşkilinin təhlili; - əməyin təşkilinin təhlili. müəssisə idarəetmə təşkilatının təhlili: - idarəetmənin səmərəliliyinin təhlili; - istehsal və idarəetmə işinin strukturunun təhlili; - iş növbələrinin təhlili; - iddia işlərinin təhlili; - planlaşdırmanın təhlili, məhdudlaşdırılması və normalaşdırılması.
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Tarix == BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. == Modelin fərziyyələri == Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır). Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. == Klassik Bertran modelində tarazlıq == MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti 1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2).
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Verilənlər modeli
Verilənlər modeli – verilənlər bazalarının idarəolunması sisteminin (DATABASE MANAGEMENT SYSTEM, DBMS) dəstəklədiyi, abstrak struktur əmələ gətirən bir-birilə qarşılıqlı əlaqədə olan obyekt tiplərinin, deyimləri və tamlığı təmin edən qaydaların sistemi. Konkret DBMS tərəfindən dəstəklənən verilənlər modelindən asılı olaraq, relyasiyalı DBMS, şəbəkə DBMS sistemi və s. olur. Məsələn, relyasiyalı modeldə aşağıdakı tip obyektlər olur: əlaqələr (cədvəllər), atributlar (sütunlar) və domenlər (atributların mümkün olan qiymətləri). Deyimlər relyasiya cəbri vasitəsilə təyin olunur; bunlar SELECT, PROJECT və JOIN deyimləridir, tamlığı təmin edən qaydalar isə (bir az sadələşdirilmiş şəkildə) belədir: ilkin açarın qiymətinin heç bir komponenti boş ola bilməz; ilkin açarın bütün qiymətləri unikal olmalıdır; xarici açarın boş olmayan istənilən qiyməti ilkin açarın mövcud olan hər hansı qiymətinə uyğun olmalıdır. Ümumi halda, DBMS yalnız bir verilənlər modelini dəstəkləyir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vestminster modeli
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır. İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir. Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İƏT Modeli
İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır. İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. · Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.
Ştakelberq modeli
Ştakelberq modeli — informasiya asimmetriyasının mövcudluğunda oliqopolist bazarın oyun nəzəri modeli. Adını ilk dəfə 1934-cü ildə nəşr olunan Marktform und Gleichgewicht (Bazar strukturu və tarazlığı) əsərində təsvir edən alman iqtisadçısı Henrix fon Ştakelberqin şərəfinə almışdır. Bu modeldə firmaların davranışı tam mükəmməl informasiyaya malik dinamik oyunla təsvir olunur ki, bu da onu Kurno modelindən fərqləndirir, burada firmaların davranışı mükəmməl informasiyaya malik statik oyundan istifadə etməklə modellənir. Oyunun əsas xüsusiyyəti ilk növbədə malların buraxılış həcmini təyin edən aparıcı firmanın olmasıdır, qalan firmalar isə hesablamalarında onu rəhbər tuturlar. Stackelberg duopoliyası oyunçuların iyerarxiyasını qəbul edir. I oyunçu qərarını ilk elan edir, ondan sonra II oyunçu strategiya seçir. Birinci oyunçu lider, ikinci oyunçu isə izləyici adlanır. Oyundakı Ştakelberq tarazlığı ( x ∗ , y ∗ ) {\displaystyle (x^{*},y^{*})} strategiyaları toplusudur, burada y ∗ = R ( x ∗ ) {\displaystyle y^{*}=R(x^{*})} ən yaxşı cavabdır II oyunçunun problemin həlli kimi tapılan x ∗ {\displaystyle x^{*}} strategiyasına H ( x ∗ , y ∗ ) = max x H ( x , R ( x ) ) {\displaystyle H(x^{*},y^{*})=\max \limits _{x}H(x,R(x))} . Sənaye homojen məhsul istehsal edir: müxtəlif firmaların məhsullarındakı fərqlər əhəmiyyətsizdir, bu o deməkdir ki, alıcı hansı firmadan alacağını seçərkən yalnız qiymətə diqqət yetirir. Firmalar istehsal olunan məhsulların miqdarını təyin edir, onun qiyməti isə tələbata əsasən müəyyən edilir.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq Test Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Dyupont modeli
Dyupont modeli (Dyupont tənliyi, Dyupont düsturu; ing. DuPont equation, DuPont Model, DuPont analysis) — istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları ilə ifadə olunan kapitalın gəlirliliyi; gəlirlilik dəyişikliyinin hansı amillərə görə baş verdiyini müəyyən edən dəyişdirilmiş amil təhlili. Adı 1920-ci illərdə bu düsturdan istifadə etməyə başlayan Dyupontdan gəlir. == Düsturu == Amerikalı professor Stiven Rossun tərifinə görə, DuPont tənliyi istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları vasitəsilə ifadə olunan kapitalın gəlirliliyinin göstəricisidir. Ağac strukturu şəklində amil modelinin əsasını kapitalın gəlirliliyi göstəricisi (ROE), atributları isə müəssisənin istehsal və maliyyə fəaliyyətini xarakterizə edən amillərdir. Sadə dillə desək, kapitalın gəlirliliyinə hansı amillərin daha çox və ya daha az dərəcədə təsir etdiyini öyrənmək üçün ROE-yə təsir edən amillər bölünür.
Kolb modeli
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
HSV (rəng modeli)
HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
IS-LM modeli
Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir. Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir. IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib. "IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir. Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür. Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir.
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) — kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. == Tarixi == 1916-cı ildə A. Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A. Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A. A. Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. == İzahı == Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Komponentlərin obyekt modeli
Komponentlərin obyekt modeli (ing. Component Object Model) – kom – Windows mühitində obyektlərin qurulması və qarşılıqlı əlaqəsi üçün texnoloji standart. == Haqqında == 1993-cü ildə Microsoft korporasiyası tərəfindən hazırlanmışdır. COM texnologiyası proqram təminatının qurulmasında hazır proqram komponentləri (hər biri eyni vaxtda bir çox proqramlarda istifadə edilə bilər) arasında qarşılıqlı əlaqələrin ümumiləşdirilmiş bir üsulla həyata keçirilməsi üçün yaradılmışdır; onun köməyi ilə proqram təminatının bir komponenti öz xidmətlərini digər hissəyə (komponentə) təqdim edir. Proqram təminatının istənilən komponenti COM obyektləri şəklində reallaşır. Hər bir obyekt bir və ya bir neçə interfeys təqdim edir, interfeys isə metodlardan (müəyyən əməliyyatı yerinə yetirən prosedur, yaxud funksiyalardan) ibarətdir.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Kübler-Ross modeli
Kübler-Ross modeli və ya qəmin beş mərhələsi, ölməktə olan insanların davranış ve düşünmə mərhələləri. == Mərhələlələr == İnkar – ilk reaksiya inkar olur. Bu mərhələdə fiziki diaqnoz səhv hesab oluna bilər, və saxtalıq reallığa üstünlük verilir. Qəhər – Şəxs inkarın davam etməsinin mümkün olmasının aşkar etməsi. Dövrəyə girməyən sorğuların dövrəyə girməsi ile başlayır, üst üstə gələn sorğular nəticəsində hirsli emosiyalar vücudu ələ keçirir. Bazarlıq – Üçüncü mərhələ şəxsin qəmin səbəb qarşısını almaq üçün ümid yaradır. Depressiya – "Mən qəmginəm, nəiləsə niyə məşqul olum?"; "Mən tezliklə öləcəm, nə xəyri?" Dördüncü mərhələdə şəxs ölümün tanınması ümidi ilə üzləşir. Həyatdan soyuqlaşma, heç bir şey etmək istəməmə, qeydsizlik halı kimi ifadələr qeyd olunur. Qəbul – "Hər şey yaxşı olacaq". Durumun başa düşülməsi ve həyatın normal axarına dönməsi durumu gerçəkləşir.
Mandell-Fleminq modeli
"Mandell-Fleminq" modeli (ing. Mundell–Fleming model) — açıq iqtisadiyyatda monetar və fiskal siyasətin həyata keçirilməsi zamanı istinad edilən hakim paradiqmadır. Bu modelin yaradıcısı Nobel mükafatı laureatı RRobert Mandelldir. "Mandell-Fleminq" modeli "IS-LM" modelinin inkişaf etdirilmiş formasıdır. Belə ki, hər iki model də pul və əmtəə bazarlarının arasındakı əlaqəyə əsaslanır və qiymətlərin sabit olduğu qısamüddətli dövrdə məcmu gəlirdəki dalğalanmalara nəyin səbəb olduğunu araşdırır. İki model arasındakı əsas fərq “IS-LM” modelinin qapalı iqtisadiyyatı, "Mandell-Fleminq" modelinin isə açıq iqtisadiyyatı tətqiq etməsidir. "Mandell-Fleminq" modeli kiçik açıq iqtisadiyyatı tətqiq edir ki, burada sözügedən iqtisadiyyat dünya maliyyə bazarlarında istədiyi qədər borc ala və istədiyi qədər borc verə bilər. Nəticə etibarı ilə iqtisadiyyatdakı faiz dərəcəsi dünya faiz dərəcəsi ilə eynidir. R. Mandell 1963-cü ildə yazdığı əsərində bu fərziyyəni niyə etdiyini göstərir: “Əldə etdiyim nəticələri mümkün olan ən sadə şəkildə əks etdirmək və siyasi məsələləri ən kəskin şəkildə önə çıxarmaq üçün, bir iqtisadiyyatın dünya səviyyəsində müəyyənləşən faiz dərəcəsindən fərqli fazi dərəcəsi təqdim edə bilmədiyi vəziyyətdəki tam kapital h’r’k’tliliyi fərziyyəsini irəli sürürəm. Bu fərziyənin vəziyyəti şişirtdiyi düşünülə bilər, amma bu beynəlxalq maliyyə əlaqələrinin təsirinin əhəmiyətini ən yaxşı şəkildə göstərir”.
Mini (avtomobil modeli)
Mini 1959–2000-ci illər arasında istehsal edilmiş mini sinif avtomobil modelidir. Avtomobilin orijinalı 1960-cı illərin Britaniya simvolu hesab olunur. Avtomobil Sir Alec Issigonis tərəfindən hazırlanmışdır. Mini əvvəlcə Austin və Morris markaları altında satıldı. Avtomobil üç əsas yeniləməyə malikdir və hetçbeklə birlikdə station wagon, sedan, pikap, furqon və Moke adlı maşın modellərində istehsal edilmişdir. Bundan əlavə, onun idman modelləri olan Mini Cooper və Cooper S 1964, 1965 və 1967-ci illərdə Monte Karlo rallilərində qalib gələrək uğurlu ralli avtomobilləri olmağı bacarmışdırlar. 1999-cu ildə aparılan sorğuya görə, Ford Model T-dən sonra XX əsrin ən təsirli avtomobili seçilmişdir. Avtomobilin istehsalı 2000-ci ildə dayandırılmışdır və 2001-ci ildə tamamilə yenilənmiş ikinci nəsil ilə əvəz olunmuşdur.