TALİB

ə. 1) istəyən, tələb edən; 2) müştəri, alıcı; 3) bir qızla evlənmək istəyən (oğlan); 4) şagird; tələbə.

TALEH
TAMAM
OBASTAN VİKİ
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79 Onun övladı yox idi. 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi. Onu bir daha görmədilər və cəsədi tapılmadı.
Qəzənfər Talib
Talib Gürcü
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Talib Məmmədov
Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004-2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib. Talib Məmmədov Qarabağ müharibəsində və Əfqanıstan müharibəsində iştirak etmişdir. 1992-1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı. 2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra vəzifəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü.
Talib Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Əbu Talib
Əbu Talib — Bəni Haşim qəbiləsinin başçısı, şiələrin ilk imamı və sünnilərin dördüncü xəlifəsi Əlinin atası. İslam peyğəmbəri Məhəmmədin atası Abdullahın ata-ana bir qardaşıdır. Abdullahın vəfatından sonra Məhəmməd Mustafanın qəyyumu olmuşdur. Əbu Talib 535-ci ildə Hicaz bölgəsinin Məkkə şəhərində anadan olmuşdur. O, Haşimilərin başçısı Əbdül-Müttəlibin oğlu və Məhəmməd peyğəmbərin doğumundan əvvəl ölən atası Abdullanın qardaşı idi. Gələcəkdə peyğəmbər olacaq Məhəmməd kiçik yaşlarından etibarən Əbu Talibin himayəsinə keçmişdir. Həmçinin İslamın ilk yayıldığı zamanlarda Əbu Talib Məhəmmədi Qureyş qəbiləsindən qorumuşdur. Əbu Talib təqribən 619-cu ildə 80 yaşında vəfat etmişdir. "Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib - Muhəmməd Cavad Xəlil". 313news.net (az.).
Talib Zeynalov
Talib Zeynalov (23 avqust 2004, Bakı) — Azərbaycanı təmsil edən pauerliftinqçi. 2023-cü il Dubayda keçirilən Dünya Çempionatında Avropa Rekordunu yeniləyib. Avropa çempionu, Dünya Kubokunun qalibi, dünya 2-cisi. Talib Zeynalov 23 avqust 2004-cü ildə Bakı şəhərində hərbçi ailəsində doğulub. III qrup əlildir. 2021-ci ildə Bakı Dövlət Universiteti Tarix fakültəsinin Regionşünaslıq ixtisasına qəbul olub. 2019-cu ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin tərkibində olan parapauerliftinq (ağırlıq qaldırma) idman növü ilə məşğul olur. Şəxsi məşqçisi İlqar İbişovdur. 14 noyabr 2019-cu ildə V Uşaq Paralimpiya İdman Oyunlarında 105 kq çəki qaldıraraq qızıl medal qazanıb. 24 dekabr 2021-ci ildə VI Uşaq Paralimpiya İdman Oyunlarında 138 kq çəki qaldıraraq qızıl medal və kubok qalibi olmuşdur.
Əbu Talib Təbrizi
Əbu Talib Təbrizi (Təbriz – 1606) — Qəzvin şəhərində böyük xəstəxanaya başçılıq edirdi. Təbrizdə, Qəzvində və İstanbulda işləyirdi.
Əhməd Talib Bosnavi
Əhməd Talib Bosnavi — boşnak əsilli Osmanlı məmuru və şairi. Bosniyada anadan olmuş, ilk təhsilini doğma regionunda davam etmişdir. O, sonra Konstantinopola (indiki İstanbul) köçmüş, burada təhsilini davam etdirmişdir. Osmanlı baş vəziri Köprülü Fazil Əhməd Paşanın (1661–1676) yanında xidmətə girərək padşah sarayında irəliləmiş və nəticədə rəisülküttab olmuşdur. Bosnavi ərəb, türk və fars dilində yazdığı şeirlərindən ibarət "Divan"ın müəllifidir. Onun farsca şeirləri beş qəzəl və altı kitadan ibarətdir. Bosnavi öz qəzəllərində mənəvi səylərini geniş şəkildə ifadə etmişdir. Onun farsca şeirləri nəfis və sadə üslubda yazılmışdır.
Əbu Talib xan Təbrizi
Əbu Talib xan Təbrizi — XVIII əsr Azərbaycan təzkirəçilərindəndir Azərbaycan təzkirəçilik tarixinin ən maraqlı simalarından biri də əslən Azərbaycan türkü olmuş, lakin Hindistanda doğulmuş və bütün həyatı boyu bu diyarda yaşamış Əbu Talib xan Təbrizidir. Onun atası Hacı Məhəmməd Bəy-xan bin Şəfi Təbrizi Nadir şah dövründə yaşadığı İsfahan şəhərindən Hindistana mühacirət edib və (h.q. 1165) miladi 1751-ci ildə bu diyarın Ləkhnay şəhərində oğlu Əbu Talib dünyaya gəlib: "Həmin şəhərdə də boya-başa çatmış və demək olar, müstəqil mütaliəsi sayəsində biliklərə yiyələnib yüksək savad almış Əbu Talib güclü hafizəyə malik, istedadlı bir şəxs olub. O, XVIII əsr Hindistan tarixinə hakim dairələrə yaxın olan ictimai-siyasi xadim, yazıçı-şair, ədəbiyyatşünas-təzkirəçi, tarixçi və səfərnamə müəllifi kimi daxil olub. XX əsr tədqiqatçılarından Məhəmmədəli Tərbiyət özünün məşhur "Danişməndani — Azərbaycan", Əziz Dövlətabadi böyük zəhmətin bəhrəsi olan "Soxənvərani-Azərbaycan" kitablarında, fars dilli təzkirəçilik tarixinin tədqiqində müstəsna xidmətləri olmuş Əhməd Gülçin Məani bu gün bütün təzkirə tədqiqatçılarının stolüstü kitabı və daim müraciət etdikləri mənbə olan "Tarixe-təzkirehaye-farsi" fundamental əsərində və həmçinin pakistanlı alim Doktor Seyyid Əli Rza Nəqəvinin 1964-cü ildə Tehranda nəşr etdirdiyi "Təzkirenevisiye-farsi dər Hendo Pakestan" adlı doktorluq işində əllərində olan tarixi mənbələrə, o cümlədən Əbu Talibin müasiri olmuş və onunla şəxsən görüşüb təmasda olmuş Əbdül-Lətif Şüştərinin "Töhfətül-Aləm" əsərinə, Tomas Vilyam Bill adlı müəllifin Ləkhnauda nəşr etdirdiyi "Miftah ət-təvarix" əsərlərinə istinadən bu müəllifin bioqrafiyası və əsərləri haqqında maraqlı faktlar təqdim edib elmi mülahizələr irəli sürürlər. Əbu Talıb xan Təbrizi haqqında "Azərbaycan təzkirəçilik tarixi" adlanan kitabda V.Musalı adlı tədqiqatçı da məlumat verməyə cəhd göstərib, lakin təəssüf ki, yarım səhifəlik həmin yazıda Məhəmmədəli Tərbiyətin "Danişməndani -Azərbaycan" əsərində verilən məlumatların 1987-ci il Bakı nəşrindəki primitiv və səhv tərcüməsinin daha da primitiv və səhv təkrarından irəli gedə bilməyib. Bütün bunlarla yanaşı Məhəmmədəli Tərbiyətin Əbu Talib xan Təbrizinin ölüm tarixi ilə bağlı verdiyi səhv rəqəm (h.q.1220-ci il əvəzinə h.q. 1221-ci il) burada da təkrar olunur. Məlumat üçün bildiririk ki, Əbu Talib xan Təbrizinin ölümü ilə bağlı "Miftah ət-təvarix" əsərində onun oğlu Mirzə Yusif Bağırın sifarişi ilə yazılmış iki maddeyi-tarix də qeyd olunub. Fars dilli klassik poeziyanın parlaq simalarından olan Ənvərinin adı 1987-ci il Bakı nəşrində mexaniki olaraq Ənvari kimi getdiyindən, hətta bu texniki səhv də eynilə təkrar olunub.
Əli bin Əbu Talib
Əli (tam adı: Əli ibn Əbu Talib ərəb. علي بن أﺑﻲ طالب‎; 17 mart 599, Məkkə, Hicaz, Ərəbistan yarımadası – 29 yanvar 661, Kufə, Rəşidi xilafəti) – Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi, ikinci şəxs. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum. Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb.
Əli ibn Əbu Talib

Əqil ibn Əbu Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Abdulla ibn Əli ibn Əbu Talib
Abdullah ibn Əli ibn Əbu Talib (ərəb. عَبْد ٱللَّٰه ٱبْن عَلِيّ ٱبْن أَبِي طَالِب‎; 647, Mədinə – 10 oktyabr 680, Kərbəla) — 680-ci ildə Əlinin Kərbəlada öldürülən oğullarından biri idi və o, Kərbəla döyüşünün şəhidlərindən sayılır. Abdullah da Həzəmin qızı Ümmül-Banunun dörd oğlu arasındadır. == Kərbəla döyüşü == Tarixçilər Abdullah ibn Əli ibn Əbi Talib haqqında yazırlar ki, Aşura günü Hüseyn ibn Əlinin səhabələri və ailəsinin bir çoxu öldürüldükdə, Abbas ibn Əli qardaşlarını yaşlarına görə çağırıb onlara döyüş meydanında hücuma keçməyi əmr etdi. Abdullah ibn Əli Ömər ibn Sədin ordusu ilə döyüşmək üçün çağırılan ilk şəxs idi. Abbas ona dedi: "Ey qardaşım, sən əvvəlcə döyüş meydanına get, çünki övladın yoxdur (uşaq(lar)a üzülmək üçün). Sənin Allah yolunda şəhid olmağını, şəhadətində səbirli olmağını istəyirəm". Abdullah döyüş meydanına getdi və dastan(lar) oxudu. Sonra qılıncını vuraraq döyüş meydanına çıxdı. Nəhayət, Hani ibn Sabit ona hücum etdi və Abdullahın başına vuraraq onu öldürdü.
Həsən ibn Əli ibn əbu Talib
Həsən ibn Əli (ərəb. الْحَسَنُ بْنُ عَلِيٍّ‎; 1 mart 625, Mədinə, Hicaz – 669[…], Mədinə, Hicaz, Əməvilər xilafəti) — İslam Xilafətinin 5-ci Raşidi xəlifəsi; Taiyabi və Mustaali İsmaili şiələrinin 1-ci imamı, xəlifəsi və 4-cü məsumu; Dörd, Yeddi və On iki imam şiələrinin 2-ci imamı, xəlifəsi və 4-cü məsumu, Əhli-Beytin nümayəndəsi, səhabə. İmam Həsən adı, Müctəba ləqəbi ilə məşhurdur. 37 yaşında ikən İmam və xəlifə olub. Hicrətin 41-ci ilində I Muaviyə ilə sülh etmişdir. Hökumət dövrü altı ay üç gün olmuşdur. Sülh sazişindən sonra Mədinəyə getmiş və orada on illik yaşayışından sonra öldürülmüşdür. Mədinədə Bəqi qəbiristanlığında dəfn edilmişdir. Həsən İmamət və Xilafət kimi iki vəzifəni və Müsəlmanlar arasında birliyin təmin olunması və ayrılıqlara mane olma məsələsində mühüm rol oynamış və sonunda Muaviyə ilə sülh etmək məcburiyyətində qalmışdır. Xilafət dövrü və Muaviyə ilə sülh müqaviləsi həyatındakı və sədri-İslamdakı ən mühüm inkişaf hesab olunur.
Cəfər bin Əbu Talib
Cəfər bin Əbu Talib (ər:جعفر بن أبي طالب; 589, Məkkə, Hicaz – 629, Muta[d]) və ya Cəfər Təyyar(جعفر الطيار) atası Əbu Talib anası isə Fatimə bint Əsəd, Hz.Əlinin qardaşı, islam peyğəmbərinin səhabələrindən biriydi. 20-il besətdən öncə Məkkədə dünyaya gəlmiş İslamdan əvvəl şərafətli və pak yaşamışdır. besətdən sonra aclıq düşmüşdü, Əbu Talib öz ailəsini çətinliklə keçindirirdi. Bu zaman ona yardım üçün Əlini İslam Peyğəmbəri, Cəfəri isə əmisi Abbas yanlarına götürüb onları saxlamışlar və yaşayışlarının bir dönəmini bunlarla keçirmişlər. ömrünün gənc çağı cahiliyyət dönəmində keçmiş amma O, pak qalıb ailəvi şərafətlərin qoruyub, yalan, şərab içmək, bütpərəstlik və əxlaqsız işlərə qarışmayıbdır, bunun üçün də bir hədisə görə Allah ondan təqdir etmişdir. == İslama gəlməsi == Cəfər gənclik çağında İslama gəlmişdir və Hz.Əlidən sonra ikinci kişidir ki islamı qəbul etmişdir. Bir gün atası Əbu Taliblə yoldan keçərkən İslam peyğəmbəri, Əli və Xədicəni Məscidül-Həramda namaz qılarkən görürlər, atası Cəfərə: "Get, onlarla namaz qıl" əmrini verir və o da atasının sözünə əməl edərək, onlarla sıraya dayanıb, namaza başladı ki, bu, onun müsəlman olmasının başlanqıcı olur. Atası isə bu işindən sevinib ona görə şeirlər deyir. == Ləyaqəti == Cəfər islamın öncülərindən idi və İslam peyğəmbəri onu çox sevərdi. Belə ki, Peyğəmbər onun haqqında çoxlu övgülər demişdir.
Cəfər ibn Əbu Talib

Cəfər ibnn Əbu Talib

Əqil bin Əbi Talib
Əqil bin Əbi Talib (ərəb. عقيل بن أبي طالب‎‎; 590, Məkkə – 670, Mədinə) — Əbu Talib ibn Əbdül-Mütəllib və Fatimə binti Əsədin oğlu və Əli bin Əbu Talibin qardaşı. Əqil bin Əbi Talib Ənsab elmini gözəl bilirdi. Öz dövründə bu elmi bilən üç şəxsdən biri idi.
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Pakistan Talibanı
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Tacikistan Talibanı
Təhrik-i-Taliban Tacikistan (tac. муаллифики Toliboni Tajikistan, fars. تحریک طالبان تاجیکستان‎; mənası –Tacikistan Taliban Hərəkatı, TTT) — Tacikistan islamçı silahlı qrupu. Əfqanıstan–Tacikistan sərhədində fəaliyyət göstərir. 2022-ci ildə Əfqanıstanın Bədəxşan şəhərində Məhəmməd Şaripov tərəfindən yaradılmışdır. "Təhrik-i-Taliban Tacikistan" Bədəxşanda Tacikistan vətəndaşı və keçmiş "Camaat Ənsarullah" döyüşçüsü, əsl adı Məhəmməd Şaripov olan Mehdi Arslan tərəfindən yaradılmışdır. Məqsədi Əfqanıstanda olduğu kimi Tacikistanda da islam əmirliyi yaratmatdır. Şaripov Tacikistanda terrorçular siyahısındadır. TTT əsasən Əfqanıstandan olan və əvvəllər əsas "Taliban"ın tərkibində olan taciklərdən ibarətdir. Hal-hazırda onun 250-yə yaxın üzvü var.
Taliban
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Taliban hücumu (2021)
Əfqanıstanın süqutu olaraq da bilinən 2021 Taliban hücumu — Taliban və Əl-Qaidə də daxil olmaqla müttəfiq silahlı qruplar tərəfindən Əfqanıstan hökümətinə və müttəfiqlərinə qarşı davam edən hərbi hücumdur. ABŞ və müttəfiq qoşunlarının əksəriyyətinin Əfqanıstandan çıxarılması ilə birlikdə 1 may 2021-ci ildə başladı. Hücumun ilk üç ayında Taliban, nəzarət etdiyi rayonların sayını 73 -dən 223 -ə çatdıraraq kənd yerlərində əhəmiyyətli irəliləyişlər etdi, şəhər mərkəzlərini tədricən təcrid etdi. 6 Avqustdan başlayaraq, Taliban Əfqanıstanın otuz dörd əyalət paytaxtından otuzunu ələ keçirdi və 10 Avqusta qədər Taliban ölkənin ərazisinin 65% -nə nəzarət etdi. Hücum, Taliban'ın sürətli ərazi qazancları, habelə daxili və beynəlxalq təsirləri ilə qeyd olunur. 10 avqustda ABŞ səlahiyyətliləri Əfqanıstanın paytaxtı Kabilin 30–90 gün ərzində Talibanın əlinə keçəcəyini təxmin etdilər. 15 Avqustda Associated Press, Talibanın Kabilə çatdığını və hakimiyyətin "ötürülməsini" gözlədiklərini bildirdi.
Talibanın 2021-ci il hücumları

Taliblər
Taliban (puşt. طالبان "Taliblər") — 1994-cü ildə yaranan və 1996–2001-ci illərdə Əfqanıstanın əksər ərazisini idarə etmiş hərəkatdır. Hal-hazırda Əfqanıstanı idarə edir. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Bəzi mənbələrə görə[mənbə göstərin] təşkilat Pakistan xüsusi xidmət orqanları tərəfindən Türkmənistan ilə ticarət yolunun müdafiəsi üçün yaradılmışdır. Talibanları digərlərindən zahirən fərqləndirən xüsusiyyət onların qara çalma və ağ paltar geymələridir. Məhəmməd Nəcibulla rejiminin yıxılmasından sonra dayanmayan vətəndaş müharibəsi zamanı talibanlar, əfqan ictimaiyyətini İslam bayrağı altında birləşməyə çağırırdı. Məhəmməd Nəcibulla rejimini qorumaq və ölkədə sovet ideologiyasının dağılmasına imkan verməmək üçün ölkəyə yeridilən SSRİ qoşunlarına qarşı müqavimət göstərən təşkilat, Pakistanın xüsusi xidmət orqanı – ISI tərəfindən dəstəklənirdi. Taliblər hakimiyyətə gəldikdikləri dövrdə ölkənin rəsmi adlandırılması Əfqanıstan İslam Əmirliyinə dəyişdirildi. Taliban hakimiyyəti yalnız 4 ölkə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınmışdır.
Əli ibn Əbu Talibin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261 İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Təhrik-i-Taliban-i-Pakistan
Pakistan Talibanı və ya formal olaraq Təhrik-i-Taliban-i-Pakistan — Pakistan-Əfqanıstan sərhədində fəaliyyət göstərən terrorçu təşkilat.2007-ci ildən fəalliyyət göstərən qruplaşmanın lideri (şeyx) Bayatullah Məshud həmçinin İran-Əfqanıstan sərhəddində də öz aktivliyini qoruyub saxlamaqdadır.
Talibanlaşdırma
Talibanlaşdırma — Əfqanıstanda "Taliban" hərəkatının yüksəlişindən sonra ortaya çıxan, digər dini qruplar və ya hərəkatlar tərəfindən "Taliban"ın sərt təcrübələrinin təkrar və ya təqlid edilməsi ilə xarakterizə olunan islamçı təcrübə növü üçün istifadə edilən termin. Qəzzə zolağında islam qruplarının təsiri 1980-ci illərdən bəri artmışdır. Buna səbəblərdən biri də 2000-ci ildə İsraillə döyüşlər başlayandan bəri yoxsulluğun artmasıdır. İslam qanunlarını və ənənələrini tətbiq etmək səyləri "HƏMAS" 2007-ci ilin iyununda əraziyə nəzarəti zorla ələ keçirəndə və dünyəvi prezident Mahmud Abbasa sadiq təhlükəsizlik qüvvələrini köçürdükdə davam etmişdir. "HƏMAS" vətəndaş müharibəsi başa çatdıqdan sonra "Qəzzə zolağında sekulyarizm və bidətin sonu" olduğunu elan etmişdir. Ömər Bəşiri hakimiyyətə gətirən 1989-cu ildə Sudan çevrilişindən sonra ilk dəfə olaraq "Müsəlman Qardaşlar" qrupu əhəmiyyətli bir coğrafi ərazini idarə etmiş olmuşdu. Qəzzədə fəaliyyət göstərən insan haqları qrupları "HƏMAS"-ı bu cəhdlər zamanı bir çox azadlıqları məhdudlaşdırmaqda ittiham etmişdir. 2007-ci ilin iyununda Qəzzə zolağının ələ keçirilməsindən sonra "HƏMAS" qadınlara islama uyğun geyim kodunu və ya hicab taxmağı tətbiq etməklə Qəzzə zolağında, əsasən məktəblərdə, müəssisələrdə və məhkəmələrdə islam qanunlarını tətbiq etməyə cəhd göstərmişdir. İsmayıl Haniyənin "HƏMAS"-ın islam dövləti qurmaq niyyətini rəsmən inkar etməsinə baxmayaraq, 2007-ci il çevrilişindən sonrakı on dörd il ərzində Qəzzə zolağı talibanlaşmanın xüsusiyyətlərini nümayiş etdirmişdir. "HƏMAS" hakimiyyəti dövründə qadınlara sərt qaydalar tətbiq etmiş, ümumiyyətlə Qərb və ya xristian mədəniyyəti ilə əlaqəli fəaliyyətləri dayandırmış, qeyri-müsəlman azlıqları sıxışdırmış, şəriət qanunlarını tətbiq etmiş və bu qanunları həyata keçirmək üçün dini polislər yerləşdirmişdir.

Digər lüğətlərdə