TAM

sif. [ ər. ]
1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq.
// Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl. Tam qələbə.
[Çingiz:] Tam bir müvəffəqiyyət əldə etmək üçün bütün tələblərimiz işə cəlb olunmalıdır. Çəmənzəminli.

2. Vaxt bildirən saylardan əvvəl gələrək vaxtın bütövlüyünü, qalığı, kəsiri, əskiyi olmadığını bildirir; düz. Tam bir saat gözlədim.
– Məmmədbağır tam üç il olardı ki, Əsmərlə evlənmişdi. S.Hüseyn.

3. Bütöv, bitmiş, qurtarmış, tamamlanmış (natamam əksi) . Tam əsər.
// Heç bir şeylə məhdud edilməyən; qeyri-məhdud. Tam hakimiyyət. Tam azadlıq vermək. Tam (z.) sahib olmaq.
4. Müəyyən, lazımi ölçüdə, normada olan. Tam metr. Tam iş günü.
5. riyaz. Kəsri olmayan, kəsrlərdən ibarət olmayan. Tamı tama bölmək. Tamdan kəsri çıxmaq.
□ Tam ədəd riyaz. – kəsri olmayan, yalnız tam(lar)dan ibarət ədəd.
Say prosesi ancaq tam ədədləri verir. Z.Xəlilov.

◊ Tam mənasında (mənasilə) – tamamilə, bütünlüklə.
Dil tam mənasilə canlı bir orqanizmdir. M.İbrahimov.
Fərmanı sözün tam mənasında gülərüz və xoşsifət adlandırmaq olardı. Ə.Sadıq.

Tam məsuliyyətlə1) bütün məsuliyyəti, cavabdehliyi öz üzərinə götürərək. Tam məsuliyyətlə demək;
2) bütün bacarığı ilə, bütün qüvvəsini sərf edərək.
Gənc oğlan bu etimadı yüksək qiymətləndirdi və tam məsuliyyətlə işə girişdi. Ə.Sadıq.

Sözün tam mənasında – bax tam mənasında (mənasilə).

Sinonimlər (yaxın mənalı sözlər)

  • TAM qəti — əsla — qətiyyət
  • TAM bütöv — büsbütün — tamamilə
  • TAM dad
  • TAM tam bax dad I

Omonimlər

  • TAM TAM I is. [ ər. ] Dad. Bəs yeyəndə xörəyin dadından, tamından, ədasından heç hiss etmədiniz ki, bu bişmiş o bişmişlərdən deyil, ev bişmişidir (C

Antonimlər (əks mənalı sözlər)

  • TAM TAM – YARIMÇIQ Məsələ tam həll olundu. Hə, kapitan, sözüm yarımçıq qaldı (C.Əmirov)
TAM₂
TAMADA
OBASTAN VİKİ
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tam məxfi
Tam məxfi (serial, 2004)
Tam ədəd
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam ədədlər
Gündəlik həyatımızda istifadə etdiyimiz ədədlər natural ədədlər adlanır. Natural ədədlər, onların əksi və 0 ilə birlikdə tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər çoxluğu Z {\displaystyle \mathbb {Z} } kimi işarə olunur. Deməli, Z = { . . . − 2 , − 1 , 0 , 1 , 2 , . . . } {\displaystyle \mathbb {Z} =\left\{...-2,-1,0,1,2,...\right\}} .
Tam məşğulluq
Tam məşğulluq (ing. full employment) — friksion və struktur işsizliyin olduğu, lakin dövri işsizliyin olmadığı, iqtisadiyyatın əmtəə və xidmətlərin istehsalı üçün bütün mövcud və münasib resurslardan istifadə etdiyi məşğulluq səviyyəsi; real xalis milli məhsulun (XMM) potensial XMM-a bərabər olduğu vəziyyət. == Tərifi == Tam məşğulluq (makroiqtisadiyyat nöqteyi-nəzərindən) — ölkənin bütün iqtisadi resurslarının və ilk növbədə işçi qüvvəsinin tam istifadə olunduğu bir vəziyyətdir. Keynsdən bəri hökumətlər ümumiyyətlə tam məşğulluğu öz iqtisadi siyasətlərinin son məqsədi kimi görürlər. Belə bir vəziyyətin real həyatda, hətta əmək bazarında tələbin təklifdən əhəmiyyətli dərəcədə artıq olduğu şəraitdə də yarana biləcəyi ehtimalı kifayət qədər aşağıdır. Tam məşğulluq işsizliyin virtual yoxluğunu nəzərdə tutur. Tam məşğulluq şəraitində və bütün iqtisadi resurslardan tam istifadə edildikdə, eləcə də milli iqtisadiyyata təsir edən bütün mənfi amillər olmadıqda faktiki ÜDM potensial ÜDM-ə bərabər ola bilər.
Tam cəbri ifadələr
Ədəd və dəyişənlərin vasitəsilə toplama, çıxma, vurma, bölmə əməllərinin iştirakı ilə düzəlmiş ifadələrə cəbri ifadələr deyilir. Əgər cəbri ifadədə dəyişənə bölmə yoxdursa, ifadə tam ifadədir. Tam ifadə həm birhədli, həm də çoxhədli ola bilər. Əgər cəbri ifadədə dəyişənə bölmə varsa, ifadə kəsr – rasional ifadə adlanır. Birhədli – ədəd, dəyişən və ədədlə dəyişənlərin hasilindən (hasildə dəyişənlərin natural üstlü qüvvətləri, sıfır da daxil olmaqla, nəzərdə tutulur) ibarət ifadədir. Ümumi şəkildə k ⋅ x m ⋅ y n ⋅ z p {\displaystyle k\cdot x^{m}\cdot y^{n}\cdot z^{p}} standart şəklə gətirilmiş birhədlidirsə, k {\displaystyle k} – əmsal adlanır və k ∈ R , ( m + n + p ) {\displaystyle k\in R,(m+n+p)} – cəminə isə birhədlinin qüvvəti (dərəcəsi) deyilir və m , n , p ∈ N = {\displaystyle m,n,p\in N=} {0;1;2;3;4;5;6;7;8;9}. Çoxhədli – birhədlilərin cəbri cəminə deyilir. Çoxhədlinin dərəcəsi ondakı ən yüksək dərəcəli birhədlinin dərəcəsinə bərabərdir. Bir dərəcəli bir dəyişənli çoxhədlini P 1 ( x ) = a x + b {\displaystyle P_{1}(x)=ax+b} , iki dərəcəli bir dəyişənli çoxhədlini P 2 ( x ) = a x 2 + b x + c {\displaystyle P_{2}(x)=ax^{2}+bx+c} kimi yazırıq. Burada a , b , c {\displaystyle a,b,c} bu çoxhədlinin əmsallarıdır və c {\displaystyle c} - yə həm də sərbəst hədd deyilir.
Tam iqtisadi inteqrasiya
Tam İqtisadi İnteqrasiya (Tİİ) — iqtisadi inteqrasiyanın son mərhələsidir. Bu mərhələdən sonra üzvlər iqtisadi siyasəti tək başına müəyyən edə bilmir və ya çox cüzi miqyasda həyata keçirirlər. Tam iqtisadi inteqrasiya çoxmillətli təşkilatdan daha çox vahid dövlətə bənzəyir. Onun daxilində vahid iqtisadiyyat formalaşır. Bunun ən yaxşı nümunəsi ilk 13 koloniyanı özündə birləşdirən Amerika Birləşmiş Ştatlarıdır. ABŞ daxilindəki ştatlara yüksək inteqrasiya etmiş yarımuxtar dövlətlər kimi baxmaq olar. Bu misaldan görünür ki, iqtisadi inteqrasiyanın son nəticəsi federal səviyyədə idarə edilən siyasi ittifaqdır.
Tam məxfi (albom)
Tam məxfi / Совершенно секретно – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin beşinci studiya albomu. == Albom haqqında == Albom 14 fevral, 2004-cü il tarixində işıq üzü görmüşdür. Tərkibində 21 mahnı olan alboma Ələkbər Tağıyev, Xanım İsmayılqızı, Novruz Aslan, Fikrət Əmirov, Vüqar Camalzadə, Rəşad Haşımov, Eldar Mansurov, Natiq Qəzənfəroğlu, Andrey Babayev, Gövhər Həsənzadə, Polad Bülbüloğlunun bəstələri daxildir. Aranjimanların müəllifi Rafiq Hacıyev, Yaşar Baxış, Vüqar Camalzadə, Azər Cəfərov, Siyavuş Kərimi, Rəşad Haşımov, Rüstəm Rzayev və Aytən İsmixanovadır. Azərbaycan və rus dilində ifa olunan mahnılar müvafiq olaraq Tam məxfi və Совершенно секретно adlı disklərdə yer alır.
Tam rəqabət bazarı
Təkmil rəqabət (ing. perfect competition) — iqtisadi nəzəriyyədə eynicinsli məhsul istehsal edən və qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik çoxlu sayıda satıcı və alıcının olduğu bazar. == Eynicinsli məhsul == Təkmil rəqabət bazarındakı məhsullar tam əvəzedicidir. Başqa sözlə satıcıların təklif etdiyi məhsullar və xidmətlər istər keyfiyyət, istərsə xarakter baxımından bir-birindən fəqlənmir. Buna misal kimi 50 satıcı tərəfindən eyni çaydan əldə edilib satılan suyu göstərmək olar. == Qiymətlərə təsir göstərməyəcək qədər kiçik bazar payına malik == Bu bazarda heç bir satıcı istehsalı artıraraq və ya azaldaraq qiymətlərə təsir etmək imkanına malik deyil. Həmçinin heç bir alıcı da məhsul tədarükünü azaldıb qiymətlərin aşağı enməsinə səbəb ola bilmir. Məsələn, su satışı ilə məşğul olan 50 satıcının hər biri bazarda cəmi 2%-lik paya malikdir. Bu səbəbdən qiymətə təsir gücləri demək olar ki, yoxdur. == Çoxlu sayıda alıcının və satıcının olduğu bazar == Yuxarıdakı xüsusiyyət birbaşa bununla bağlıdır.
Tam ögey qohumluq
Tam ögey qohumluq — əvvəlki ailədən uşaqları olan valideynlərin ailə qurduqdan sonra uşaqlarının bir-biri ilə qohumluq münasibətləri. Tam ögey bacı-qardaşlar bir ailədə böyüsələr də, bir-birləri ilə bioloji qohumluqları yoxdur . Bir atadan ya anadan olan olan uşaqlar sadəcə ögey qardaş-bacı sayılırlar.
Tam ədədlər (kompüter)
Tam, tam ədəd (ing. integer ~ ru. целый, целочисленный ~ tr. tam sayı) – “bütöv ədəd”, məsələn, 350 və ya 764. Proqramlaşdırma dillərində tam ədədlərdən sayma və ya nömrələmə məqsədilə, məsələn, ildəki günlərin sayı (1–365), yaxud gündəki saatların sayı (0–23), verilən tipi kimi geniş istifadə edilir. Məsələn, C dilində dəyişənin adından öndə duran “int” açıqlayıcısı (deskriptoru) həmin dəyişənin tipinin tam olduğunu göstərir. Tam ədədlər istər müsbət, istərsə də mənfi ola bilər, tutduqları baytların sayından asılı olaraq uzun (long) və ya qısa (short) kimi açıqlana bilər. Qısa tam ədədlər (məsələn, –2147483648-dən 2147483647-dək) daha kiçik diapazonu əhatə edir. Tam ədədlərlə aparılan hesablamalar həmişə sürətlə yerinə yetirilir, çünki onları göstərmək üçün daha az sayda bit istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tam ətraflı axtarış
Tam ətraflı axtarış – 1. Verilənlər bazasının hər bir yazısında, yaxud axtarış ağacının bütün bəndləri üzrə axtarış. 2. Bütün variantları araşdırmaqla məsələnin həlli. Tam ətraflı axtarış alqoritmlərinin tətbiqinə variantların sayının kombinator partlayışı (COMBINATORIAL EXPLOSION) mane olur. Məsələn, şahmat lövhəsində mümkün vəziyyətlərin sayı 10 üstü 120 olur, yəni onların tam ətraflı axtarışı praktik olaraq mümkün deyil.
Tam buğda çörəyi
Tam buğda çörəyi — tam və ya demək olar ki, bütün buğda taxıllarından qismən və ya tamamilə üyüdülmüş undan istifadə edilən bir çörək növüdür. Bir növ qəhvəyi çörəkdir. ABŞ-ın bəzi bölgələri sadəcə olaraq çörəyi ağ çörəklə müqayisə edərək buğda çörəyi adlandırırlar. Bütün buğda çörəyinin bəzi növləri ənənəvi olaraq bütöv və ya çatlamış buğda dənələri ilə örtülmüşdür, baxmayaraq ki, bu, çörəyin özünün qida dəyəri ilə müqayisədə daha çox dekorativdir.
Tam məxfi (serial)
"Tam məxfi" — serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir. Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər. == Məzmun == Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.
Tam dərəbəylik (film, 2012)
Tam dərəbəylik — Takeşi Kitano filmi.
Tam məxfi (film, 2004)
"Tam məxfi" — serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir. Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər. == Məzmun == Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.
Tam məxfi (serial, 2004)
"Tam məxfi" — serialı 2004-cü ildə Planet Parni iz Baku studiyası tərəfindən çəkilmişdir. Serialda məşhur KVN-çilər Tahir İmanov, Cabir İmanov, Elçin Həmidov, 2000 ilin KVN çempionları Azər Axundov, Böyükağa Əliyev, Atilay Mirzoyev, yumoristlər Rafael İsgəndərov, Coşqun Rəhimov, müğənni Aygün Kazımova, Elariz Məmmədoğlu, Cavan Zeynallı, Eyyub Yaqubov, İradə İbrahimova və s. iştirak etmişlər. == Məzmun == Maddi vəziyyətləri fərqli olan iki gəncin saf məhəbbəti haqqındadır. Filmdə həmçinin, Bakıda özlərini kübar sayaraq yalnız rus dilində danışan və əksinə rusdilli olmasına baxmayaraq bacarmasa da azərbaycanca danışmağa səy göstərənlər əks etdirilir. Serial 21 seriadan ibarətdir. İlk plana görə 79 seriya olmalı idi. Lakin "Məhəllə 2: Moskvada" filminin çəkilişləri üçün Planet Parni iz Baku serialı 21 ci seriada qurtarmaq qərarına gəldilər. Filmin ilk 16 seriyasındaki hadisələr, yavaş-yavaş, tələsmədən baş verir. Lakin artıq 17-ci seriyada böyük bir sıçrayışla hadisələr bir neçə ay sonraya ötürülür.
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası
Tam ədəd ardıcıllıqlarının ensiklopediyası (ing. On-Line Encyclopedia of Integer Sequences, OEIS) — tam saylı ardıcıllıqları özündə saxlayan internet-ensiklopediyadır. Müəllif və başqa hüquqları — Sloan Neyliyə aiddir. 2012-ci ilin yanvar ayında 200 mindən çox ardıcıllığı özündə saxlayırdı.
İşığın tam daxili qayıtması
İşığın tam daxili qayıtması — işıq optik sıx mühitdən optik seyrək mühitə keçdikdə düşmə bucağının müəyyən αlim<90° qiymətində sınma bucağını β≥90° olması və tamamilə düşdüyü mühitə qayıtması hadisəsidir. Limit bucağı sınma bucağının 90°-nə uyğun gələn düşmə bucağına deyilir. İşığın sınma qanunu — düşmə bucağı sinusunun sınma bucağı sinusuna nisbəti ikinci mühitin birinci mühitə nisbətən sındırma əmsalına bərabərdir: sinα/sinβ=n2/n1. Onda sinαlim/sin90°=1/n1. Yəni, bu üsulla mühitin havaya(təqribən vakuuma)nisbətən sındırma əmsalını hesablamaq olar. Mütləq sındırma əmsalı — vakuuma nisbətən sındırma əmsalıdır və işıq sürətinin mühitdə vakuuma nisbətən neçə dəfə azaldığını göstərir: n=c/v. Sındırma əmsalının (n) vahidi yoxdur. Optik sıx mühit — sındırma əmsalı böyük olan mühitdir. Məsələn, işıq sudan havaya, şüşədən havaya keçdikdə tam daxili qayıtma baş verir. Nisbi sındırma əmsalı mütləq sındırma əmsallarının nisbətinə bərabərdir və sındırma əmsalı böyük olan mühitdə işığın sürəti kiçikdir.
Bank əməliyyatlarının tam rezervasiyası
Bank əməliyyatlarının tam rezervasiyası (ing. Full Reserve Banking, 100% reserve banking, or sovereign money system) — bankların bütün depozitlərin 100%-lik ehtiyatla təmin edilməsini tələb edən bir bankçılıq sistemidir. Bu sistemdə, bankların müştərilərdən qəbul etdiyi depozitləri borc kimi verməsinə və ya investisiya etməsinə icazə verilmir. Bunun əvəzinə, depozitlər tam şəkildə ehtiyatda saxlanılır və lazım olduqda müştərilərə geri qaytarılır. == Xüsusiyyətləri == Banklar müştəri depozitlərinin hər manatını (və ya digər valyutanı) ehtiyat olaraq saxlamalıdır. Yəni, müştəri öz pulunu istədiyi zaman tam məbləği geri ala bilər. Banklar yalnız depozitlərdən deyil, öz kapitalından və ya xüsusi maliyyə vasitələri ilə kreditlər verə bilər. Müştəri depozitləri bu prosesdən ayrıdır. Bu sistem bankların "likvidlik böhranı" ilə üzləşməsinin qarşısını alır, çünki bütün depozitlər müştərilərin tələblərinə uyğun olaraq ehtiyatda saxlanılır. == Məqsədi == Ənənəvi bankçılıqda banklar depozitlərin yalnız kiçik bir hissəsini ehtiyatda saxlayır (bu, qismən rezervasiyalı bankçılıq adlanır).
Əkinçi 1875-1877 (tam mətn)
Kükü kənd tam orta məktəbi
Tam çevrilmə ilə inkişaf edən cücülər
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar
Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota və ya lat. Holometabola) — yeniqanadlılar (lat. Neoptera) infrasinfinə aid heyvan dəstəüstü.
Nəsimi rayon 5 saylı tam orta məktəb
Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. == Tarixi == GTT özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu. 1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin "Fırtına" tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun "Beş nəfər" adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları ilə yaranmışdır.
Harald Tammer
Harald Tammer (9 yanvar 1899, Revel – 6 iyun 1942, Unjlaq[d], Nijeqorod vilayəti) — Estoniyalı ağır atlet. Alfred Şmidt 1924-cü ildə Paris şəhərində baş tutan V Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır. Harald Tammer həmçinin 1922-ci ildə Tallində baş tutan Dünya Çempionatının qızıl medalçısıdır. == Həyatı == Harald Tammer 9 yanvar 1899-cu ildə Estoniyanın Tallin şəhərində anadan olmuşdur. == Karyerası == Harald Tammer birinci uğurunu 1922-ci ildə qazandı. Harald Tammer Tallin şəhərində baş tutan Dünya Çempionatında qızıl medal qazandı. Harald Tammer bu uğurdan 2 il sonra Yay Olimpiya Oyunlarında uğur qazandı. Harald Tammer 1924-cü ildə Fransanın Paris şəhərində baş tutan VI Yay Olimpiya Oyunlarının ağır atletika yarışlarında iştirak etdi. Harald Tammer 497.5 kq. nəticə ilə VI Yay Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Hicran (teatr tamaşası, 1983)
Hicran — 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tamaşası.
Hindistan tamarindası
Hindistan tamarindası (lat. Tamarindus indica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin tamarinda cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Tamarindus officinalis Hook. Tamarindus umbrosa Salisb. === Heterotipik sinonimləri === Cavaraea elegans Speg. Tamarindus erythraeus Mattei Tamarindus indica var. emarginata Chiov. Tamarindus occidentalis Gaertn.
Hüseyn Rıfqı Tamani
Hüseyn Rıfqı Tamani (1750, Krım xanlığı – 1817, Mədinə, Həbəşistan əyaləti) — Baş Xoca (rektor), mühəndis, yazıçı. 19-cu əsrin əvvəllərində Osmanlı imperiyası müasir riyaziyyat tədqiqatlarında fəal adlardan biri idi. Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu təhsil heyətində iştirak etmiş və 1806-1816-cı illər arasında baş müəllim vəzifəsini öz üzərinə götürmüşdür. Çağdaş mexanikanın Osmanlıya köçürülməsi üçün çalışdı; Tərcümə və çap etdirdiyi əsərlərlə müasir Qərb elminin Türkiyəyə gətirilməsinə öncülük edən bir elm adamıdır. Riyaziyyat sahəsində yazdığı əsərlər həm Mühəndislikxana, həm də Hərbi Akademiyada tədris olunurdu. == Həyatı == 1750-ci illərdə Krımın Taman bölgəsində anadan olmuşdur. İstanbula nə vaxt gəldiyi məlum deyil. Yaxşı bir təhsil almış Tamani, İmperiyada ilk təhsil verən Bərr-i-Hümayunun Mühəndislikxanasının qurucu müəllim heyətini meydana gətirmək üçün 1794-cü ildə Müdərris Əbdürrəhman Əfəndi və birinci xəlifə İbrahim Kami Əfəndidən sonra ikinci xəlifəliyə təyin edildi. 1801-ci ildə professorluq dərəcəsinə yüksəldi. Həm də imperatorluğun müxtəlif bölgələrində mühəndis vəzifəsində çalışıb.
II Yusif Tamğaç xan
Yusif bin Məhəmməd xan Qaraxani - Şərqi Qaraxanilər dövlətinin xaqanı. 1180. ildə atası III Məhəmməd Buğra xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
Kama Tamaqı rayonu
Kama Tamaqı rayonu (tatar. Кама Тамагы районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın qərbində, Volqanın sağ sahilində yerləşir. Təteş, Apas, Yuxarı Oslan rayonları ilə, Kuybışev su anbarı boyunca Layış və Spas rayonları ilə həmsərhəddir. İnzibati mərkəzi Kama Tamaqı şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Rayonun relyefi orta hündürlüyü 170–190 m olan yüksək bir düzənlikdir. Volqa sahillərindəki yüksəkliklər ənənəvi olaraq "dağlar" adlanır: Yuryev dağları, Boqorodski dağları, Syukey dağları, Təteş dağları. Rayon ərazisindəki Lobaç dağı, Yuryevskaya mağarası da var. 1958-ci ilə qədər Syukeyevski mağaraları mövcud idi ki, oda su anbarının inşası nəticəsində su tərəfindən yuyulmuşdur. Əsasən boz və tünd boz meşə torpaqları geniş yayılmışdır.
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Klayd Tambo
Klayd Uilyam Tambo (4 fevral 1906[…] – 17 yanvar 1997[…]) — Amerikan astronomu.O Pluton planetini kəşf etməyi ilə məşhurdu.
Meksika tamanduası
Meksika tamanduası (lat. Tamandua mexicana) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin tamandua cinsinə aid heyvan növü. == Görünüşü == Meksika tamanduasının başı və gövdəsi 77 sm, quyruğu 40 ilə 67 sm arasındadır. Ağzı uzun və əyridir. Ağız boşluğu 40 sm uzunluğu olan dilə sahibdir və kiçik bir diametrə malikdir. Heyvanlar arxa tərəfində tünd zolaqlara sahibdirlər. Çiyinlər və bədən nahiyyəsi tünd rəngdədir. Bədənin qalan hissəsi daha açıqdır. Demək olar ki, ağdan qəhvəyi rəngə qədər çalarlar vardır. Meksika tamanduası anal vəzinin ifraz etdiyi güclü bir qoxu ilə seçilir və bu səbəbdən "meşə iylənmişi" ləqəbini almışlar.
Mequmu Tamura
Mequmu Tamura (d. 10 yanvar 1927) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Meri Tamm
Meri Tamm (ing. Mary Tamm; 22 mart 1950, Bredford – 26 iyul 2012, London) - eston əsilli Böyük Britaniya aktrisasıdır. Meri Tamm xərçəng xəstəliyindən 18 ay mübarizə apardıqdan sonra 26 iyul 2012-ci ildə vəfat etmişdir. Onun dəfnindən sonra həyat yoldaşı Markus Rinqrouz ürək tutmasından vəfat edir.
Mikania tambillensis
Mikania tambillensis (lat. Mikania tambillensis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Mənim ömür nəğmələrim... (televiziya film-tamaşası, 2003)
== Məzmun == Altı nəfər gənc gözəl bir məkana istirahətə gəlirlər. Və burada onlar öz istək və arzularını poetik şəkildə dilə gətirirlər. == Film haqqında == Film-tamaşa İftixar Piriyevin şeirləri əsasında çəkilmişdir.
Məzrayı-i Tamarçin (Piranşəhr)
Məzrayı-i Tamarçin (fars. مزرعه تمرچين‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (9 ailə).
Nelumbium tamara
Fındıqcalı şanagüllə (lat. Nelumbo nucifera) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin şanagülləkimilər fəsiləsinin şanagüllə cinsinə aid bitki növü.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Nəbi Tamayev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
Nəbi Tamoyev
Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyat və əmək fəaliyyəti == Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.
On’a tamamlama
On’a tamamlama – ten’s complement ~ дополнение до десяти ~ on'a tümler ~ on’a tamamlama – onluq say sistemində başqa bir ədədin dəqiq tamamlayıcısı olan ədəd. Tamamlayıcı ədəd ya verilmiş ədədin hər bir rəqəmini say sisteminin əsasından 1 vahid az olan ədəddən çıxmaq və nəticəyə 1 əlavə etməklə, ya da verilmiş ədədi say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır. Məsələn, 25 ədədinin on’a tamamlaması 75-dir və bu ədəd ya 25-in hər bir rəqəmini 9-dan (ədədin olduğu say sisteminin əsasından 1 vahid az olan ədəddən) çıxmaq (9 – 2 = 7, 9 – 5 = 4) və nəticəyə 1 əlavə etməklə alınır (74 + 1 = 75), ya da 25 ədədini say sisteminin əsasının növbəti qüvvətindən çıxmaqla alınır (100 – 25 = 75). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Orta məktəb tamaşası (film, 2006)
Orta məktəb tamaşası (ing. High School Musical) — 2006-cı ildə çəkilmiş "Disney Channel" orijinal filmi. Baş rollarda Zak Efron və Korbin Blyu çıxış edir. Film ilk dəfə 20 yanvar 2006-cı ildə nümayiş etdirilmişdir.
Orta məktəb tamaşası 2 (film, 2007)
Orta məktəb tamaşası 2 (ing. High School Musical 2) — 2007-ci ildə çəkilmiş "Disney Channel" orijinal filmi. Baş rollarda Zak Efron və Korbin Blyu çıxış edir. Film ilk dəfə 14 avqust 2007-ci ildə nümayiş etdirilmişdir.

Digər lüğətlərdə