TIP-AND-RUN

n ildırım sürətli hücum və sonra geri çəkilmə; vurub qayıtma

TIP
TIP-OFF
OBASTAN VİKİ
Run əlifbası
Run əlifbası kəhanət məqsədləri üçün istifadə olunan simvollardan ibarət, təxminən e.ə. 200-cü ildə yaradılmış qədim Skandinaviya əlifbasıdır. Qədim skandinav mifinə görə tanrı Odin doqquz gün yaralı şəkildə İqqdrasil ağacından (dünya ağacı) başı-aşağı asılaraq Run əlifbasını aşkar etmişdi. Üç məlum Run əlifbası var: "böyük" və "kiçik" Futark (Futark bu əlifbanın ilk altı hərfinin transliterasiyasıdır), Anqlo-Sakson futorku və Danimarka skript əlifbası. "Rune" pıçıltı, sirr, gizli hikmət deməkdir. Böyük Futark ən qədim əlifbadır və 24 hərfdən ibarətdir. Müxtəlif dövrlərdə ən az on altı, ən çox isə otuz üç run simvolu mövcud olmuşdur. Run əlifbası əvvəllər dini məqsədlər üçün istifadə edilmişdir və bəzi alimlər inanırlar ki, qədimdə sadəcə run əlifbasının oxunması ilə məşğul olan xüsusi sinif kahinlər mövcud olmuşdur. Uzun illər ərzində bir çox permutasiya və dəyişikliklər "böyük" və "kiçik" Futark və Danimarka "qısa çubuq" şrifti daxil olmaqla bir neçə variantın yaranmasına səbəb olmuşdur. Nəhayət, on altı simvoldan ibarət əlifbadan daha geniş miqyasda istifadə olunmağa başlanmışdır.
Temple Run
Temple Run (azərb. Məbəd qaçışı‎) — mobil qurğular üçün kompüter oyunudur. Oyun Imangi Studios studiyası tərəfindən "sonsuz ranner" janrında hazırlanmışdır. == Ssenari == Oyunun ssenarisi - iblisanə meymunlar tərəfindən qorunan məbəddən bütün əşyaları oğurlamağa çalışan tədqiqatçılardan bəhs edir. Oyunçu sensor ekranda, sadə jestlərin köməyi ilə tədqiqatçılara nəzarət edir. Oyunun hədəfi — mümkün qədər tez qaçmaq və özünüiblisanə meymunlardan qorumaqdan ibarətdir. Oyunda səviyyələr (etaplar) mövcud deyil və oyunun sonu yoxdur; oyunda əsas hərəkət qaçmaq, maneələrdən tullanmaq (barmağın yuxarı hərəkəti), sürüşməkdən (barmağın aşağı hərəkəti) ibarətdir. Oyunda məbəddən başlayaraq gedilmiş yol qeydə alınır. Oyunçunun qaçışı gedişatında həmişə meymunlar təqib edirlər. Oyun zamanı oyunçu sola və ya sağa istiqamət ilə hərəkət edərək qənimətləri toplaya bilər.
Tip (biologiya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. == Məna və tərif == Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
Albrext fon Run
Albrext fon Run (alm. Albrecht Theodor Emil Graf von Roon‎; 30 aprel 1803 – 23 fevral 1879, Berlin) — qraf (19 yanvar 1871-ci il), alman hərbi və siyasi xadimi, Prussiya general-feldmarşalı (1 yanvar 1873-cü il). 2 sentyabr 1859-cu ildən Prussiyanın hərbi naziri, bu vəzifədə 1873-cü ilədək qaldı. Bir sıra əhəmiyyətli hərbi islahatlar keçirdi, hərbi qulluq üç illik oldu, ordunu daha çevik vəziyyətə gətirdi. Prussiyanın 1864-cü ildə Danimarka ilə , 1866-cı ildə Avstriya ilə , 1870–1871-ci ildə Fransa ilə muharibələrində qələbə çalmasında böyük rol oynadı. I Vilhelm ilə hərbidən dost idi və ona Otto fon Bismarkı kansler təyin etməyi məsləhət bilmişdi. == Ədəbiyyat == Roon W. von: Denkwürdigkeiten aus dem Leben des General-Feldmarschalls Kriegministers Grafen von Roon, Bd.1–2, Breslau 1892. == İstinadlar == Vikianbarda Albrext fon Run ilə əlaqəli mediafayllar var.
Tip (taksonomik kateqoriya)
Tip: zoologiyada (lat. phylum), botanikada (lat. divisio) bioloji təsnifatın ən yüksək pilləsi. Botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir. Məsələn örtülütoxumlular və ya çiçəkli bitkilər tipi (Angiospermae) birləpəlilər və ikiləpəlilər sinfini birləşdirir. Buğumayaqlılar tipi (Arthropoda) xərçənglər, hörümçəkkimilər, çoxayaqlılar və cücülər sinfini birləşdirir və s.
Tip və Top
"Tip və Top" (alm. Tip und Top‎) — 1974-cü ildə Almaniyada keçirilən FİFA Dünya Kubokunun rəsmi talismanları. == Tarixi == Almaniyalı təşkilatçılar talisman kimi iki yeniyetmə əkizə üstünlük verdilər. Tip və Top düz 10.000 digər namizəd arasından seçilmişdi. biri sarışın və dıgəri qarışın olan qardaşların yanaqlarının hər ikisi də qırmızı idi. Onların üzərlərində yazılan "WM" qısaltması isə almanca "Weltmeisterschaft" sözü demək idi və tərcüməsi Dünya Çempionatı idi. Maraqlıdır ki, almanlar bu talisman üçün 7,5 milyon marka xərcləmişdilər.
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. == Simvollar == AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. == Tətbiqləri == AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. == Alternativlər == Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
And (dəqiqləşdirmə)
And — türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. And (film, 2002) — rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmiş film. And (qəzet) — ictimai-siyasi qəzet. And (kənd) — Vedibasarda kənd.
And böhranı
And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma. Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi. Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi.
And dağları
And dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar) — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina. Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri. Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar. And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir.
And kondoru
And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindən olub, Cənubi Amerika quşudur və növün tək üzvü Vulturdur.
And mədəniyyəti
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət. == Tarixi == And mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. «İnka» -terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200-1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi.
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
And qızılqazı
And ölkələri
And ölkələri - Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr. == Haqqında == And ölkələri Cənubi Amerikada xüsusi xalqlar qrupunu təşkil edir, ümumi coğrafiyanı, İnklərə qədərki və sonrakı dövrdə mövcud olan mədəni dəyərləri, o cümlədən də keçua dili və And mətbəxi kimi dəyərləri paylaşan ölkələr qrupunu təşkil edir. Siyasi baxımdan Argentina və Çili doğma andlı irsindən məhrum olduğuna görə Andlı ölkələrə daxil edilmir. Çünki bu iki ölkə mədəni baxımdan Avropa ölkələri tərəfindən daha çox təsirə məruz qalıb. Bu səbəbdən də bu iki ölkə Andlı Millətlər Birliyinin tərkibinə də daxil edilmir. And ölkələrinə Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr daxil edilir: Venesuela Kolumbiya Ekvador Peru Boliviya Argentina Çili Onların birlikdə sahəsi 5482,5 kv km-dir. Burada çoxlu təbii sərvətlər, meşə və su ehtiyatları, sahillərində zəngin balıq ehityatı vardır. And ölkələrində hasilat sənayesi, əlvan metallurgiya, tropik bitkilərin becərilməsi əsas təsrrüfat sahələridir. Regionda əhali əsasən liman şəhərlərində və 100-2500 m-dən yüksək olan ərazilərdə yaşayır. Regionun nisbətən inkişaf etmiş ölkələrindən biri Venesueladır.
Hərbi And
Run with the Lions
Run with the Lions (azərb. Şirlərlə qaç‎) — Litvanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Yuriyus Veklenko "Run with the Lions" mahnısı ilə Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Eşli Hiklin, Erik Lumyere və Pele Loriano tərəfindən bəstələnmişdir.
Tip 63 yüngül tankı
Type 63 yüngül tankı — Norinco Type 63 Çin istehsalı olan suda-quruda hərəkət edən tankdır. 1963-cü ildə istehsalına başlanılıb. SSRİ istahsalı olan PT-76-nin surətidir. WZ211 olaraq da tanınır.
And (film, 2002)
And qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycan əsgəri haqqındadır. == Məzmun == Film Azərbaycan əsgəri haqqındadır.
And dillər qrupu
Amerind dilləri — Kolumböncəsinə qədər Amerika qitəsində danışılan yerli dillər - başda qədim astek, maya, keçua dillərini ehtiva edən böyük dil ailəsi. Amerind dilləri hipotezi ilk dəfə amerikalı linqvist Cozef Qrinberq tərəfindən elm dünyasında təklif olunmuşdur. Hipotezin təsdiqlənmiş və çözülmüş iddiaları mövcuddur.
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Bağışlamaq haqqında And
Bağışlamaq haqqında And — xeyriyyəçilik məqsədilə multimilyarderlərin anlaşması Amerikalı multimilyarderlər Bil Geyts və Uorren Baffetin təşəbbüsü ilə hazırlanmış "Bağışlamaq haqqında And"ı imzalayan milyarder sərvətinin böyuk qismini xeyriyyə işlərinə sərf etməyə boyun olur. Sənədi 2010-cu ilin dekabrına kimi artıq 50 milyarder imzalayıb.
Blood and Sand
Cənub And maralı
Cənub And maralı (lat. Hippocamelus bisulcus) — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı. Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar.