1. fiz. Havanın dövraşırı titrəyişindən ibarət olub onun yüksəklik dərəcəsini müəyyən edən səs. Yüksək ton. Aşağı ton.
// Müəyyən yüksəklikdə plan musiqi səsi.
2. tib. İşləyən ürəyin, onun qapaqlarının səsi; insan bədəninin içiboş üzvlərini tıqqıldadanda çıxan səs. Ürəyin tonu.
3. mus. İki yarımtondan ibarət olan və səsin yüksəkliyinə görə fərqini müəyyənləşdirmək üçün vahid kimi götürülən interval. Ariyanı iki ton aşağı salmaq.
4. mus. Tonallıq. Major ton. Minor ton.
// məc. Emosional əhvali-ruhiyyə. Şerin major tonu.
5. Musiqi alətinin və ya səsin səslənmə çaları, xüsusiyyəti. Təmiz ton. Fortepianonun tonu.
// İfaçının alətə və ya səsə verdiyi səslənmə xüsusiyyəti.
// Danışan adamın səsinin yüksəkliyi və ya gücü; səs. Səsinin tonunu qaldırmaq.
6. Nitqin səslənməsinin xarakteri, danışanın (və ya yazanın) hisslərini, onun haqqında danışdığı şeyə olan münasibətini, əhvaliruhiyyəsini və s.-ni ifadə edən tələffüz (və ya yazı) xüsusiyyəti, tərzi. Amiranə ton. Mülayim ton.
// Üslub, ifadə tərzi. Tənqidi məqalənin tonu.
7. Rəng, çalar, habelə hər hansı bir rəngin açıqlıq və ya tündlük dərəcəsi. Açıq tonlar. Tünd ton. – Rəng tonu yalnız xromatik rənglərə mənsub olub, rəngin qırmızıya, sarıya və s.
◊ Ton vermək – işin gedişini lazımi istiqamətə yönəltmək.