Tütünçəkmə
Tütünçəkmə — tütün yarpaqlarının tüstüsü ilə siqaret, qəlyan və b. şəklində istifadə edərək nəfəs alma, dünyada qarşısı alına bilinən əsas ölüm
səbəblərindən biri.
== Əsas mahiyyəti ==
Böyüklər arasında o, hər on nəfərdən birinin
ölümünün səbəbidir. XX əsrdə tütün 100 milyon insanın ölümünə
səbəb olmuşdur. Təkcə 2005-ci ildə tütünün törətdiyi xəstəliklər
nəticəsində 5,4 milyon insan tələf olmuşdur. Tütün, ondan
mütəmadi şəkildə istifadə edənlərin, demək olar ki, yarısının ölümünə səbəb olur. Orta hesabla dünya əhalisinin 29%-i siqaret
çəkənlərdir. Siqaretçəkmə qadınlara nisbətən (10,3%) kişilər
arasında (47,5%) daha çox yayılmışdır.
İndiki tendensiyanın qalacağı halda 2030-cu ilədək
tütünçəkmədən ölənlərin sayının ildə 8 milyona çatacağı və XXI
əsrdə tütündən ümumilikdə 1 milyard insanın tələf olacağı
gözlənilir.
Dünyada 1 milyard siqaret çəkənin 80%-i gəlirləri aşağı və
orta səviyyədə olan ölkələrdə yaşayır.