Ağqala (Göyçə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
kənd
Ağqala
40°26′40″ şm. e. 45°06′02″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Kəvər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.939 ± 0 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 296 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Ağqala xəritədə
Ağqala
Ağqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağqala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.[2]

Tarixi

Rayon mərkəzindən 12 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3]. Toponim rəng bildirən «ağ» sözü ilə «qala» sözünün birləşməsindən əmələ gəlmişdir. Kənd adını kəndin ərazisindəki albanlara məxsus ağ rəngli qaladan götürmüşdür. Mürəkkəb quruluşlu toponimdir.

Ermənistanın prezidentinin 19.IV.1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Berdkunk (Qala yeri) qoyulmuşdur.

Əhalisi

Kənddə 1831-ci ildə 39 nəfər, 1873 - cü ildə 192, 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 331, 1904 - cü ildə 424, 1914 - cü ildə 507, 1916-cı ildə 520 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918-ci ildə azərbaycanlılar, ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Azərbaycanlılar kənddən qovulandan sonra buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdür.

Burada 1922-ci ildə 3 nəfər azərbaycanlı, 31 erməni, 1926-cı ildə 76 nəfər azərbaycanlı, 105 erməni, 1931-ci ildə 202 nəfər azərbaycanlı, 111 erməni, 55 kürd[5], 1939 - cu ildə 442, 1959 - cu ildə 287, 1970-ci ildə 2200 nəfər[6] azərbaycanlı və erməni əhalisi yaşamışdır.

Sonralar azərbaycanlıları sıxışdırıb çıxarmaq məqsədilə Ağqala kəndi ilə Əyrivəng kəndi birləşdirilmişdir. Kənddə yaşayan azərbaycanlılar da 1988-ci ildə Ermənistan dövləti tərəfindən qovulmuş, deportasiya edilmişdir.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. (Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.5
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. 68-69, 144-145
  5. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 69, 145)
  6. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.179