Human Rights Watch
Human Rights Watch — (azərb. İnsan Hüquqları Müşahidəçisi) dünya səviyyəsində insan haqlarını müdafiə edən və bu mövzuda araşdırmalar edib, yayınlayan beynəlxalq qeyri-hökumət təşkilatı.
Təşkilat, qlobal çapda insan hüquqları pozuntularını müşahidə etməklə, bu sahədə öz təsiri və təhlili ilə tanınır. İcmalar, beynəlxalq təşkilatlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edərək, dünya üzrə insan hüquqları pozuntularını açıqlayır və bu məsələlərdə dəyişikliklər tələb edir. İlk dəfə Human Rights Watch 1978-ci ildə Amerika Birləşmiş Ştatlarında təsis edilib.
== Tarixi ==
Human Rights Watch 1978-ci ildə hökumətin 1975-ci il Helsinki Sazişlərinə riayət etməsinə nəzarət etmək üçün Sovet blokunun hər yerində formalaşmış vətəndaş qruplarını dəstəkləmək üçün nəzərdə tutulmuş Helsinki Watch təşkilatının yaradılması ilə başlayıb. Sovet İttifaqı və Şərqi Avropada insan hüquqlarının pozulmasına beynəlxalq diqqəti cəlb etməklə Helsinki Watch 1980-ci illərin sonlarında baş verən demokratik dəyişikliklərə töhfə verib. Americas Watch 1981-ci ildə Mərkəzi Amerikanı qanlı vətəndaş müharibələri bürüyərkən yaradılıb. Geniş faktların araşdırılmasına əsaslanaraq, Americas Watch hökumət qüvvələri tərəfindən sui-istifadə hallarına, həm də üsyançı qrupların müharibə cinayətlərini araşdırmaq və ifşa etmək üçün beynəlxalq humanitar hüququ tətbiq etdib. 1980-ci illərdə sürətlə ardıcıl olaraq Asia Watch (1985), Africa Watch (1988) və Middle East Watch (1989) o zamanlar "The Watch Committees" kimi tanınan sistemə əlavə edildi.