Şəfəq (Göyçə)

Kərkibaş, ŞəfəqGöyçə mahalının Basarkeçər rayonuda kənd.

Kərkibaş
40°12′ şm. e. 45°41′ ş. u.
Ölkə  Ermənistan
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.952 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 367 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kərkibaş xəritədə
Kərkibaş
Kərkibaş

İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı.[2] XIX əsrin əvvəllərində yaşamış Kərkibaş tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kənd rayon mərkəzi Basarkeçərdən (Vardenis) 13 km məsafədə yerləşir. 25 may 1967-ci ildə kəndin adı Şəfəq, 19 aprel 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur.

Kərkibaş — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir.

Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında[3] əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19. IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur.

Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914-cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır[4]. 1918–1919-cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur[5]. 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər azərbaycanlı yaşamışdır[6]. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ağ Aşıq — ustad aşıq
  • Elbrus Cəfərov — İstanbul Texniki Universitetinin Aero-Kosmik fakültəsinin kafedra müdiri (1996 – indi), professor (1987). "Ən yaxşı ixtiraçı" (1981), Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü (1988),
İl Sayı
1873 183 [7]
1897 301 [7]
1926 174 [7]
İl Sayı
1939 315 [7]
1959 431 [7]
1970 635 [7]
İl Sayı
1979 725 [7]
1989 357 [7]
2001 349 [7]
İl Sayı
2011 367 [1]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əkinçilik və heyvandalıq

  1. 1 2 Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кәркибашг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  3. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.535
  4. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113.
  5. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.249
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.26–27, 112–113
  7. 1 2 3 4 5 6 7 8 9 Հայաստանի Հանրապետության բնակավայրերի բառարան (erm.). Երևան: 2008. S. 187. 184 s.