Hocazsuçay

Hocazsu, Hocazsuçay, Hoçaz çayıHəkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. Mənbəyini Qarabağ vulkanik yaylasından (3000 m) alır. Yuxarı axımında İldırımsu, aşağı axınında Qaranlıqçay adlanır. Çay öz başlanğıcını Hocaztəpə dağından alır.[2]

Hocazsu çayı
Ölkə
Keçdiyi ərazilər Azərbaycan Azərbaycan
Uzunluğu 63 km
Hövzəsinin sahəsi 414 km²

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 63 km, hövzəsinin. sahəsi 414 kvadrat km-dir. Axımı əsasən qar (35%), yeraltı (55%), qismən də yağış (20%) sularından əmələ gəlir. Çayın orta illik su sərfi 6,59 kub m/san.-dir. Bunun çox hissəsi yaz (35%), yay (30%), az hissəsi isə payız (20%) və qış (15%) fəsillərində keçir. İntensiv suvarma dövründə (iyul-avqust aylarında) illik axımının 15–17%-i axıdılır. Hocazsuçaydan suvarma işlərində istifadə edilir.

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Hocazsu // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]