Qozlukörpü (əvvəlki adı: Qetavan və ya Kotavan) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qozlukörpü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kotavan kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Hetavan kəndi Qozlukörpü kəndi adlandırılmışdır.[2] Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsindən sonra kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində kənd Azərbaycan nəzarətinə qayıtmışdır.
Qozlukörpü | |
---|---|
40°07′49″ şm. e. 46°27′23″ ş. u. | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin 20-ci illərində çar Rusiyasının İrandan və Türkiyədən ermənilərin Azərbaycan ərazisinə köçürülməsi zamanı erməni ailələri Qozlukörpü kəndində məskunlaşdırılmış və ermənilər kəndin adını dəyişərək bir müddət Hetavan adlandırmışlar. Oykonim "Qozlu kəndinin körpüsü" mənasındadır.[3]
Qozlukörpü kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Hetavan kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli qərarı ilə "Qetavan" adı ləğv edilərmiş və kəndin tarixi adı bərpa olunaraq Qozlukörpü adlandırılmışdır.[4] 2021-ci ildə Qarabağdakı erməni separatçı qüvvələrin başçısı kənd ərazisində 17,6 MVt gücündə SES tikilməsi planlaşdırıldığını bildirib.
2023-cü il in sentyabr ayının 20-də keçirilən lokal anti-terror əməliyyatı nəticəsində kənd Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.
Kəlbəcər rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |