Luiza Qlük (ing. Louise Glück; 22 aprel 1943[1], Nyu-York, Nyu-York ştatı[5] – 13 oktyabr 2023[2][3], Kembric, Massaçusets) — amerikalı şairə və esseist. 2020-ci ildə "sadə gözəlliklə individual mövcudluğu universallaşdıran qüsursuz poetik səsinə görə" Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub.[7]
Luiza Qlük | |
---|---|
ing. Louise Elisabeth Glück | |
Doğum tarixi | 22 aprel 1943[1] |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2023[2][3] (80 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[6] |
Uşağı | təq. 1 |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, şair, esseist |
Fəaliyyət illəri | 1968–2023 |
Əsərlərinin dili | ingilis dili, alman dili |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Amerikalı şairə Luiza Qlük 1943-cü il aprelin 22-də ABŞ-nin Nyu-York ştatında Avstriya-Macarıstan əsilli yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvü olub.[8] 1971-ci ildə Vermontdakı Goddard Kollecində poeziya professoru oldu. O, kollec həmkarı J. Dranow ilə görüşməyə başladı, 1973-cü ildə bir oğlu oldu. 1984-cü ildə Massaçusetsdəki Williams Kollecində ingilis dili kafedrasında baş müəllim oldu. Daha sonra o, Stanford, Boston və Ayova universitetlərində qonaq professor olub.