Qərbi azərbaycanlılar

Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar.

Ümumi sayı
500 min nəfərdən çox
Dili

Azərbaycan dili (İrəvan dialekti)

Dini

İslam (Şiəlik)

Mənşəyi
Oğuz (Türk)
Qohum xalqlar

Türk xalqları

Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır.[1] Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrı-seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar.[2][3]

1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 km² olmuşdur. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min km² olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.[4]

indiki Ermənistan ərazilərində 1886–1890-cı illərdə azərbaycanlıların yaşadığı ərazilər

Erməni-amerikalı tarixçi Corc Burnutyanun tədqiqatına əsasən, "XIX əsrin birinci rübündə İrəvan xanlığı Şərqi Ermənistanın əksərini, təqribən 7 min kvadrat mil ərazi əhatə etmişdir. Bu ərazi böyük dərəcədə dağlı və quraq idi; 100 min nəfərdən ibarət olan əhalisinin 80%-inə yaxın müsəlmanlar (farslar, azərbaycanlılar, kürdlər), 20%-ini isə məsihilər (ermənilər) təşkil edirdilər".[5]

Azərbaycanlılar 1860-cı ildə İrəvan şəhərində.

1828-ci ildə İrəvan xanlığının Rusiyanın tərkibinə əlavə olunmasından dərhal sonra xeyli müsəlman (azərbaycanlı, kürd, ləzgi və müxtəlif köçəri tayfalar) bu ərazini tərk etdi. Onların əvəzinə İrandan çar hökuməti tərəfindən bu yerlərə on minlərlə erməni köçürüldü. Məsihilərdə (xristianlarda) dayaq görən rus hökuməti ermənilərin Türkiyəİrandan Qafqaza köçməsini bilavasitə dəstəkləyirdi. Bu səbəbdən erməni mühacirəti XIX əsrin ərzində və XX əsrin əvvəlində burada kəsilmədən davam edirdi.[6] Nəticədə artıq 1832-ci ildə keçmiş İrəvan xanlığının ərazisində həm yerli, həm mühacir ermənilərin ümumi sayı müsəlmanların sayını ötmüşdür.[7] Brokhauz və Efronun ensiklopedik lüğətinə əsasən XX əsrin əvvəlində azərbaycanlıların (mənbədə "Azərbeycan tatarları" kimi göstərilmişdirlər) böyük qismi hələ də Rus Ermənistanında yaşayırdı. 300 minə yaxın sakindən ibarət olan azərbaycanlı icması İrəvan valiliyinin 37,5%-ini təşkil edirdi.[8] Əksəriyyəti kəndlərdə yaşayıb əkinçilik, maldarlıq və xalçaçılıq ilə məşqul idi. Valiliyin 7 qəzasından 4-ündə, o cümlədən valilik mərkəzi İrəvanda azərbaycanlılar çoxluq təşkil edirdilər.[9] Tarixçi Luici Villarinin məlumatına görə 1905-ci ildə (Erməni-müsəlman davasının astanasında) İrəvanda azərbaycanlılar iqdisadi baxımdan ermənilərdən daha dövlətli idilər.[10]

Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrı-seçkilik və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütləvi və çox dəfə zorakı sürgünlər dövrü idi.[11] Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik azlığını təşkil etməyə davam edirdilər. 1905–1907-ci illərdə İrəvan valiliyi ermənilər və azərbaycanlılar arasında baş verən qanlı döyüşün arenası oldu. Döyüş çar hökuməti tərəfindən doğurulub, cəmiyyətin diqqətini Birinci rus inqilabından yayındırmaq üçün, tarixdə o vaxta qədər bir biri ilə münaqişədə olmayan bu iki xalqın arasına fitnə vasitəsilə düşmançılıq salındı.[12]

AzərbaycanınErmənistanın 1918-ci ildə müstəqillik elan etməsi vəziyyəti daha da gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz tərkibində görmək istəyirdi. Ermənistan öz iddialarını əsaslandırmaq üçün bu ərazilərdə müsəlmanların tam məhvinə yönədilmiş siyasətə girişdi.[13][14][15][16][17][18] Qanlı və vəhşi talan azərbaycanlırın qismən qırılmasına, qismən Azərbaycana, Türkiyəyə və İrana qaçıb xilas olmağına səbəb oldu. Hətta Sovet İttifaqının formalaşmasıdan sonra çoxsu qayıtmadı; 1926-cı Ümumittifaq əhali qeydinə əsasən Ermənistanda yalnız 83.181[19] nəfər azərbaycanlı yaşayırdı.[20][21]

1948–1950-ci illərdə SSRİ Nazirlər Şurasının "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qətnamə qəbul etmişdir.[22] Ermənistanın ildən ilə böyüyən azərbaycanlı icmasının böyük qisminin guya könüllü surətdə mərkəzi Azərbaycana köçməsi əslində Orta ŞərqdənAvropadan "tarixi vətəninə qayıdan" ermənilər üçün yer boşaltmaq məqsədini güdürdü. O illərdə daha 100 min azərbaycanlı Ermənistanı tərk etdi.[mənbə göstərin]

1988–1991-ci illərdə Ermənistandan Azərbaycana son 200 min qaçqın qəbul olundu. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi.[23]

border=none Əsas məqalə: Azərbaycan mədəniyyəti
Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndindəki məzarı.

Fazil İrəvaninin (1782–1888) türk dilindəki "Qızılgül və bülbül" əsəri 1826-cı ildə Parisdə çap edilib. Onun digər bir xidməti Matedaranda saxlanılan 222 nömrəli Azərbaycan əlyazmasının üzünün köçürülməsidir. Burada Azərbaycan şairlərinin deyişmələri və şeirləri qeyd edilib.[24]

Məşhədi İsmayıl Hacı Kazımzadə Bəzmi (1846–1888) fars və türk dillərində əsərlər yazmışdır. Bəzminin Azərbaycan ədəbiyyatı toplusunda "Var", "Usanmasın", "Hər kimsənin ki, sən kimi bir nazlı yarı var, Dünyada eyşü-işrəti, xoş rüzgarı var", "Qanım tökən qaşındı, gözün gördü danmasın", "O tari-türrəni, ey nazənin, yavaş darə, Ki, bağlıdır neçə yüz min könül o bir tarə", "Salıb o gül üzünün şövqü gör nə halə məni, O qaşların ələmi döndərib hilalə məni" mətləsi ilə başlayan qəzəlləri və dörd bənddən ibarət müxəmməsi daxil edilmişdir.[25]

Əslən irəvanlı olan Mirzə Əlixan Şəmsül-Hükəma Ləlinin (1845–1907) Təbrizdə çap edilmiş divanına fars və Azərbaycan dillərində qəsidələr, qəzəllər, dübeytlər və vəfat edən vacib şəxslərə ithaf edilmiş hüznlü nəğmələrdən ibarət şeirlər daxildir.[26]

1882-ci ildə "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nda İrəvan gimnaziyasının müəllimi S. Zelinski əldə etdiyi materiallara, Azərbaycan atalar sözlərinə yer verilmişdir.[27] Məhəmmədvəli Qəmərlinin "Atalar sözü" kitabında (1899-cu il) isə 750-yə yaxın atalar sözü və məsəllər qeyd edilmişdir. Kitab İrəvan dialekti və danışıq tərzi ilə bağlı məsəllərin regional xüsusiyyətini göz qabağına gətirə bilmişdir.[28]

XIX–XX əsrlərdə Göyçə aşıq mühiti inkişaf etmişdir. Bu mühitin formalaşmasında həm Miskin Abdal məktəbindən çıxan dərviş-aşıqlar, həm də İran Azərbaycanından gələn missioner haqq aşıqları rol oynamışdır.[29]

Ağ Aşıq Göyçədə ilk el aşığı olaraq tanınmışdır.[29] Ağ Aşığın sənətinə Göyçədə həmişə hörmət edilmiş, digər aşıqlar onu sənət mayakı (yol göstərən) saymışdır. Onun şeirlərinə nəzirə yazılması Göyçədən başqa, Tovuz, Kəlbəcər və Borçalıda da məşhur idi.[30]

Digər vacib şəxslər isə el şairləri AlməmmədMəmmədhüseyn, ustad aşıqları Aşıq Alı, Aşıq Məhərrəm, Aşıq Musa, Molla Tağı oğlu Məhəmməd, Mərzə Bəylər, Şair Aydın, Aşıq Əziz, Şair Məhəmməd, Usta Abdulla, Aşıq Ələsgərdir. Məşhur saz havaları "Göyçə gözəlləməsi", "Köhnə Göyçə", "Göyçəgülü", "Göyçə Qaragözü", "Heydəri", "Nəcəfi", "Ağır Şərili", "Şahsevəni", "Məmmədsöyünü"dür.[29]

Şair Məmmədhüseyn (1800–1880) insanı keyfiyyətlərinin tərənnümünün təsviri üçün müxtəlif atalar sözlərinə və aforizmlərə yer vermişdir. Aşıq Alı (1801–1911) "Getdi", "Dolandırır", "Diyarında" rədifli qoşmalarının, "Bəstinamə" və "Aşıq Alının Türkiyə səfəri" dastanlarının, Şair Aydın (1825–1915) isə "Deyirlər", "Görünür", "Gözlərin", "Gəlsin", "Endi", "Bir gün kimi" rədifli şeirlərinin müəlifidir.[30]

Təhsil xronologiyası
1832-ci il. İrəvan qəza məktəbinin açılması

1881-ci il. İrəvan Müəllimlər SeminariyasınınUluxanlı məktəbinin açılması
1902-ci il. İrəvanda ilk rus-müsəlman qız məktəbinin açılması

1924-cü il. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun açılması
İrəvan Müəllimlər Seminariyasının XVIII buraxılışı (1901–1902)

1830-cu illərdən başlayaraq digər Qafqaz qəzalarında olduğu kimi İrəvanda da rusdilli məktəblər açıldı. Tiflisdə Mirzə Şəfi Vazehdən azərbaycan dili dərsləri alan və 1843-cü ildə İrəvan qəza məktəbinin müfəttişi təyin edilən Xaçatur Abovyan Zaqafqaziya maarif orqanlarına ana dilinin azərbaycanlı uşaqları üçün vacib olduğunu bildirmişdir. O, birinci sinifdə yerli dillərin (Azərbaycan və erməni dilləri) öyrədilməməsinin və türk uşaqlarına rus dilində dua oxudulmasının lazımsızlığını qeyd edirdi.[31]

"Mışak" qəzeti (13 fevral, 1875) azərbaycanlıların əsas təhsil yerinin məscid olduğunu qeyd edirdi. Qəzetin 13 dekabr 1888-ci ildəki "Türklərin təhsili haqqında bir neçə söz" yazısında ancaq varlı azərbaycanlıların dövlət məktəblərində oxuya bildiyi, yoxsul və orta təbəqənin buna gücünün çatmadığı bildirilir. Çarə olaraq azərbaycanlıların öz məktəblərinin qurulması və buna da Azərbaycan ziyalılarının kömək etməsinin vacibliyi qeyd edilir.[32]

Mirzə Ələkbər Elxanovun "Vətən dili" dərsliyi XIX yüzilliyin 80-ci illərində Rusiya Xalq Maarif Nazirliyi tərəfindən müzakirə edilmiş və çapa verilməsi tövsiyə edilmişdir. XIX əsrin sonlarında İrəvanda yeni məktəblər açılırdı. Bu dövrdə ortaya çıxmış məşhur şəxslər İrəvanda yeni üsulla ana dili məktəbinin banisi Məşədi Molla İsmayıl Hacı Kazımov, məktəb müdiri Haşım bəy Nərimanbəyov, İrəvan gimnaziyasının müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov, Mirzə Məmmədvəli Qəmərlinski, Axund Məmmədbağır Tağızadədir. Firidun bəy Köçərli isə səs üsulu ilə Azərbaycan dilinin tədrisi proqramını hazırlamışdır.[33]

"Qafqaz təqvimi"nin 1889-cu il buraxılışlarında İrəvan quberniyasında (Naxçıvan MR-i çıxmaq şərti ilə) bu yerlərdə məktəblər qeyd edilirdi: İrəvan, Qəmərli, Uluxanlı, Gözəldərə, Güllücə, Yelenovka, Yengicə, Böyük Vedi, Məzrə, İmanşalı.[34] 1905-ci ildə İrəvanın azərbaycanlı xalq müəllimləri Rusiya hökumətinə müraciət edərək Azərbaycan dilində məktəblərin təşkil edilməsini, qızlar və oğlanlar üçün ümumi ibtidai təhsilin həyata keçirilməsini tələb edirdilər. 1914–1915-ci illərə qədər Ermənistanda İbadulla bəy, Mirzə Cabbar, Mirzə Rza, Mirzə Qafar, Mirzə Əli və digərləri 500-dək şagirdi əhatə edən 30 ibtidai məktəb açmışdı. Bu məktəblərlə yanaşı ərəb və fars dillərinin öyrədildiyi, Quranın mənası izah edilmədən əzbərlədildiyi məscid məktəbləri (mollaxanalar) da fəaliyyət göstərirdi.[35]

"Rusiya Pedaqoji Ensiklopediyası"nda (I cild) Ermənistanda 1922–1923-cü illərdə 36 azərbaycanlı məktəbinin olduğu (1500 şagird) bildirilir.[36]

  1. Second Report Submitted by Armenia Pursuant to Article 25, Paragraph 1 of the Framework Convention for the Protection of National Minorities Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. 24 noyabr 2004-də qəbul olunub
  2. International Protection Considerations Regarding Armenian Asylum-Seekers and Refugees Arxivləşdirilib 2014-04-16 at the Wayback Machine. United Nations High Commissioner for Refugees. Geneva: September 2003
  3. Country Reports on Human Rights Practices – 2003: Armenia Arxivləşdirilib 2009-08-30 at the Wayback Machine U. S. Department of State. 25 fevral 2004-də açıqlanıb
  4. "Erməni separatizmi və milli şovinizminin ideya-təşkilat əsasları". 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-03-03.
  5. George A. Bournoutian. Eastern Armenia in the Last Decades of Persian Rule, 1807 – 1828 (Malibu: Undena Publications, 1982), pp. xxii + 165
  6. Conflict in Nagorno-Karabakh, Abkhazia and South Ossetia: A Legal Appraisal Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine by Tim Potier. Martinus Nijhoff Publishers. 2001. p.2 ISBN 90-411-1477-7
  7. Small Nations and Great Powers: A Study of Ethnopolitical Conflict in the Caucasus Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine by Svante Cornell. Routledge. 2001. p.67 ISBN 0-7007-1162-7
  8. "Brockhaus and Efron Encyclopedic Dictionary: Erivan Governorate". 2006-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-07-09.
  9. "Brockhaus and Efron Encyclopedic Dictionary: Erivan". 2006-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-02-25.
  10. Fire and Sword in the Caucasus Arxivləşdirilib 2009-04-21 at the Wayback Machine by Luigi Villari. London, T. F. Unwin, 1906: p. 267
  11. Black Garden: Armenia and Azerbaijan Through Peace and War by Thomas de Waal ISBN 0-8147-1945-7
  12. Memories of the Revolution in Transcaucasia Arxivləşdirilib 2009-01-23 at the Wayback Machine by Boris Baykov
  13. de Waal. Black Garden. p. 127–8.
  14. Modern Hatreds: The Symbolic Politics of Ethnic War Arxivləşdirilib 2014-01-02 at the Wayback Machine by Stuart J. Kaufman. Cornell University Press. 2001. p.58 ISBN 0-8014-8736-6
  15. "Turkish-Armenian War of 1920". 2007-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-03-19.
  16. Turkish-Armenian War: Sep.24 – Dec.2, 1920 Arxivləşdirilib 2017-10-31 at the Wayback Machine by Andrew Andersen
  17. Ethnic Conflicts in the USSR: 1917–1991 Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine. State Archives of the Russian Federation, fund 1318, list 1, folder 413, document 21
  18. Garegin Njdeh and the KGB: Report of Interrogation of Ohannes Hakopovich Devedjian Arxivləşdirilib 2007-10-30 at the Wayback Machine 28 avqust 1947.
  19. 1926-cı il siyahıyaalınmasında Ermənistan SSR-da 76870 nəfər türk, 6311 nəfər qarapapaq qeydə alınmışdır.
  20. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР :Закавказская СФСР/Армянская ССР Arxivləşdirilib 2012-02-10 at the Wayback Machine---Источник: Всесоюзная перепись населения 1926 года. М.: Издание ЦСУ Союза ССР, 1928–29. Том 10–16. Таблица VI. Население по полу, народности.---А также Excel файл Arxivləşdirilib 2019-11-27 at the Wayback Machine
  21. The Alteration of Place Names and Construction of National Identity in Soviet Armenia Arxivləşdirilib 2009-09-27 at the Wayback Machine by Arseny Sarapov
  22. Armenia: Political and Ethnic Boundaries 1878–1948 Arxivləşdirilib 2007-09-26 at the Wayback Machine by Anita L. P. Burdett (ed.) ISBN 1-85207-955-X
  23. "UNHCR U.S. Department of Homeland Security, Citizenship and Immigration Services Country Reports Azerbaijan. The Status of Armenians, Russians, Jews and Other Minorities". 2007-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-19.
  24. Məhərrəmov, 2010. səh. 101-102
  25. Məhərrəmov, 2010. səh. 105-106
  26. Məhərrəmov, 2010. səh. 111-112
  27. Məhərrəmov, 2010. səh. 33
  28. Məhərrəmov, 2010. səh. 70
  29. 1 2 3 Məhərrəmov, 2010. səh. 125-127
  30. 1 2 Məhərrəmov, 2010. səh. 131-133
  31. Məhərrəmov, 2010. səh. 57-58
  32. Məhərrəmov, 2010. səh. 61-62
  33. Məhərrəmov, 2010. səh. 31-32
  34. Məhərrəmov, 2010. səh. 55
  35. Məhərrəmov, 2010. səh. 63
  36. Məhərrəmov, 2010. səh. 92
  • Məhərrəmov, Ziyəddin. İRƏVANDA MƏKTƏBDARLIQ VƏ MAARİFÇİLİK (1800-1920-ci illərdə ədəbi-mədəni mühit) (az.). Qrifli nəşr. 2010.
  • Azərbaycan Folkloru Antologiyası, XII kitab. Zəngəzur folkloru (az.). "Səda" nəşriyyatı. 2005.
  • Azərbaycan Folkloru Antologiyası, III kitab. Göyçə folkloru (az.). "Səda" nəşriyyatı. 1999.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]