Köndələnçay — Kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamaclarından (1780m) bulaqdan başlayır. Köndələnçayın uzunluğu 89 km, hövzəsinin sahəsi isə 594 km² təşkil edir. Formalaşma şəraitinə görə Azərbaycanda formalaşan çaylar qrupuna daxil edilir. Xocavənd və Füzuli rayonları ərazisindən axaraq Bala Bəhmənli kəndinin yaxınlığında Araza tökülür. Ködələnçay bir çox qollarla əhatələnmişdir və ən böyük qolu, çayın sol istiqamətindən axan Keçəlçay hesab edilir. Keçəlçayın uzunluğu 29 km-dir. Arazın mənsəbindən 133 km yuxarıda 90m yüksəklikdə ona tökülür. Hövzənin orta yüksəkliyi 708m, Qırmızı Bazara qədər isə 1030m-dır. Hözvəsində 49 km meşə örtüyü var. Çayın ümumi düşməsi 1690m, orta meyilliliyi 16,6%-dir. Hövzəsinin çay şəbəkəsini sıxlığı 0,63 km/km2.
Köndələnçay | |
---|---|
Ölkə | Azərbaycan |
Mənbəyi | Xocavənd rayonu |
Mənsəbi | Araz |
Uzunluğu | 89 km |
Hövzəsinin sahəsi | 594 km² |
Axımı əsasən yağış (59%) və yeraltı (29%), qismən də qar (12%) sularından əmələ gəlir. Hövzəsinin yüksəkliyi çox böyük olmadığından qar örtüyü tez əriyir və gursulu rejim fazasının başlanmasının orta tarixi isə 8 iyundur. Orta davamiyyəti 79 gündür. Köndələnçayda daşqın rejimi üstünlük təşkil edilir. Yağış daşqınları tez tez təkrar olunur. Daşqınların davamiyyəti 3–6 gündür. Müşahidə illərində ən böyük su sərfi 25 may 1975-ci ildə 90.0km3/san, ən kiçik su sərfi isə 9 iyul 1987-ci ildə 65 1/san olmuşdur. Qəza daşqın 2 iyun 1950 və 27 noyabr 1975-ci ildə baş vermişdir. Əsas qida mənbəyi yağış sularıdır (40–60%), yeraltı suları isə (25–35%) təşkil edir. Yazda (mart-may) yağış suları çayda daşqın əmələ gətirir. Bəzi illərdə payız yağışları da kiçik daşqınların yaranmasına səbəb olur. Qidalanmasına görə daimi axarlı çay hesab olunur. Daşqın dövrü illik axım həcminin 60–70%-ə qədərini özündə əhatə edir. Çayın orta illik su sərfi 0,61 m³/san-dir. Bunun da 45 % yaz, 22%-i yay, 17%-i payız, 16%-i isə qış fəslində axır. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik həcminin 3–5%-ni təşkil edir. Orta illik asılı gətirmələri 0,82 kq/san, orta lillənməsi isə 1210 q/m³-dir. Suyunun orta minerallaşması 300–500 mq/l olmaqla hidrokarbonatlı-kalsiumludur.
Köndələnçaydan suvarma işlərində səmərəli istifadə etmək məqsədilə Yağlıvənd, Dövlətyarlı və Mirzəcamallı kəndləri ərazisində 3 su anbarı tikilmişdir. Füzuli rayonu ərazisində çayın üzərində su tutumu 2 mln m³, Yağlıvənd kəndi yaxınlığında 4 mln m³ olan su anbarları yaradılmışdır.
Köndələnçay hidroloji gedişatını izləmək üçün üzərində bir çox məntəqələr yaradılmışdır. Bu məntəqələrdən biri olan Qırmızı Bazar məntəqəsində Köndələnçayın 1936-cı ildən başlayaraq 1988-ci ilədək su sərfi qiymətləri qeydə alınmışdır.
Köndələnçayda (Qırmızı Bazar) gətirmələrin orta çox illik sərfi 0,160kq/s, bulanlılıq dərəcəsi 430 q/m³-dir. Ən böyük bulanlılıq dərəcəsi 19 iyun 1977-ci ildə 13000q/m³ olmuşdur. İllik axım gətirmələr axımı 5100 tondur. Köndələnçayın suyunun yanvar ayında orta çoxillik temperaturu 8,40S –dir. Ən yüksək temperatur 17 avqust 1961-ci ildə müşahidə edilib və 32,10S olmuşdur. Qış dövründə sahil buzu əmələ gəlir və dekabr-fevral aylarında 10–40 gün davam edir. Sahil buzu isti qış olan illərdə müşahidə edilir. Minerallaşma dərəcəsi qıtsulu rejimdə 370–640 mq/l, gursulu rejimdə 210–320 mq/l çay suyunda hidrokarbonat (HCO3) və kalsium (C++) üstünlük təşkil edir, sulfat (SO4) ionu 3–6% ekv. İl ərzində çay suyu mülayim coddur. Çay üzərində Köndələnçay su anbarı tikilib. Su anbarının su səthinin sahəsi1 53 km2, suyunun həcmi 9,5 mln km3, bəndin hündürlüyü 25 m-dir. Çayın üzərində Köndələnçay 1 və 3 su anbarları da var. Köndələnçay 1 su anbarının həcmi 2,1 mln m³, faydalı həcmi 1,6 mln m³, su səthinin sahəsi 0,42 km2, bəndin hündürlüyü 14 m, orta dərinlik isə 5 m-dir. Köndələnçay 3 su anbarının isə ümumi su həcmi 3,9 mln m³, faydalı həcmi 3,6 mln m³, su səthinin sahəsi 0,52 km2, bəndin hündürlüyü 23,4 m, orta dərinlik 7,5 m-dir.