Zalxa gölü

Zalxa — Laçın və Kəlbəcər rayonları ərazisində göl. Bazarçayın yuxarı hissəsində, 3062 m. yüksəklikdə yerləşir. Bazarçay Zalxa golündən başlanır. Şirin sulu, axarlı kiçik göldür. Yerli məlumata görə, guya gölün ətrafinda Zalxa adlı bir qadına məxsus yurd yeri olmuş və göl də onun adını daşıyır. Bəzi tədqiqatçılara görə, hidronim monqol dilindəki zulxe/zolxe (boyuk, iri) sözü ilə bağlıdır. Əslində heç də böyük olmayan bu gölün adı türk dillərindəki yalga/yalxa (monqol dilində bu söz zalxa kimi işlənir) sözundən olub, “uzanan, uzununa inkişaf edən” mənasındadır. Bu da gölün axarlı olması ilə bağlıdır.[1]

Zalxa
azərb. Zalxa
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3062 m
Yerləşməsi
39°51′56″ şm. e. 45°51′19″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayonlar
Zalxa xəritədə
Zalxa
Zalxa
Zalxa xəritədə
Zalxa
Zalxa
  1. Zalxa gölü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.