without1
adv 1. bayırdan, xaricdən, eşikdən; I heard footsteps without Mən bayırdan ayaq səsləri eşitdim; 2. zahirən, xaricən, üzdən; He was at ease without Zahirən o, sakit idi;
◊ Fair without and foul within Üstü bəzək, altı təzək
without2
prep 1. Bir şeyin olmamasını bildirir və Azərbaycan dilində -sız, -siz, -suz, -süz şəkilçilərinə müvafiq gəlir: ~ money pulsuz; ~ house evsiz; ~ water susuz; ~ fear qorxusuz; ~ ceremony təmtəraqsız; They were received without ceremony Onlar təmtəraqsız qəbul edildilər; 2. Bir şeydən xaricdə, kənarda olmanı bildirir: things ~ us xarici aləm, bizdən kənar aləm; just ~ the trees düz ağacların arxasında / dalında; 3. Hərəkətin icra olunmamasını bildirir və Azərbaycan dilində -dan, -dən şəkilçilərinə müvafiq gəlir: ~ making mistakes səhv etmədən; ~ taking leave vidalaşmadan; He left without saying goodbye O, sağollaşmamış çıxıb getdi