sif. [
ər. ]
1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük.
[Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq.
Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov.
// məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən.
// İs. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər.
Həmin xainlər tapılıb, cəzasına çatmalıdırlar. H.Nəzərli.
□ Xain baxmaq –
1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq.
[Güləndam:] Yoldaş Qaradağlı, oğlumun sevgilisinə xain baxan o evli kişini tapın və cəzalandırın. B.Bayramov;
2) bax
xain çıxmaq.
Sancılsın tikanlar xain gözünə; Xain baxdın çün dostlara, danışma! Aşıq Hüseyn.
Xain çıxmaq – vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək.
[İblis İbn Yəminə:] …Çəkəcəkdir başımız dürlü bəla; Çünki var başqa günahın da sənin; Orduya, dövlətə çıxdın xain. H.Cavid.
Xain çıxsa əgər bir qız, bir oğlan; Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.
2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır.