XANA

is.
1. Xırda dördbucaqlara bölünmüş bir şeyin qisimlərindən hər biri; dama, kvadrat, göz, bölgü. Şahmat taxtasının xanaları.
[Davud] dəftər qoyub cızıqladı, xanalar ayırdı: “Sıra, nömrə, familiyası, aldığı şey, neçə dənə, imza”. Mir Cəlal.

2. bax hana 1
Qadınlardan kimisi yun darayır, ip əyirir, kimisi xana qurub kilim toxuyurdu. A.Şaiq.
[Xeyrənisə] istirahət və yuxusunu özünə haram edib lampa işığında yun darayır, ip əyirir, xana toxuyurdu. S.Hüseyn.

3. Başqa isimlərə qoşularaq mürəkkəb isimlər əmələ gətirir; məs.: kitabxana, qiraətxana, hamamxana, camaşırxana, duşxana və s.
XAN
XANA-XANA
OBASTAN VİKİ
Xana Kubadi
Xana Kubadi (kürd. خانای قوبادی ) (1700, Cavanrud, Kirmanşah ostanı – 1759) — kürd şairi. O, gorani dilində yazmış və Caf elindən idi. O, Ərdalan xanlığında Həvrami şeir məktəbinə mənsub idi və Dərnədə yaşamışdır. Kubadi Quranı gorani bilinə tərcümə etdiyi üçün qonşu Babana qaçmışdır. Əsas nəşr olunan əsəri 1740-cı ildə yazılmış "Şirin və Xosrov"dur. Fars dilinə və ədəbiyyatına bələd olmasına baxmayaraq, şeirlərinin birində qeyd edildiyi kimi kürd dilindən istifadənin tərəfdarı olmuşdur.
Xana-i Xosrov (Kəleybər)
Xana-i Xosrov (fars. خانه خسرو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 99 nəfər yaşayır (23 ailə).
Böyük Xana
Böyük Xana — 1728-ci ildə İrəvan əyalətinin Maku nahiyəsində kənd adı
Çapar Xana
Çapar Xana (Farsca: چاپارخانه, kuryer evi) Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi. Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. Çapar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi.
İmran Xana sui-qəsd cəhdi
Altmış dörd xananın sirri (film, 2015)
Müqəddəs Georgi monastırı (Xanabad)
Müqəddəs Georgi monastırı — Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır. Monastırın başkilsəsi üçnefli bazilika formasına malikdir. Altar yer səviyyəsindən 1,5 metr hündürdə yerləşir. Kilsənin qərb fasadında dağılmış binanın – ehtimal ki, narteksin qalıqları vardır. Monastır yeməkxanası kompleksin cənub tərəfində yerləşir. Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır. Bəzi tədqiqatçılar tikilinin ərazidəki sovməələrdən birində məzar daşı olan və kilsənin tavanında adı qeyd edilmiş arximandrit Hovannes tərəfindən inşa edildiyini düşünürlər. Digərləri isə arximandrit Hovannesin monastırı yalnız bərpa etdirdiyini düşünürlər.
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (Pərsabad)
Qışlaq-i Hacıəliqulucəlal və Xanağa (fars. قشلاق حاج علي قلي جلال وخان اقا‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 32 nəfər yaşayır (7 ailə).
Sevak Xanaqyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Sevak Xanağyan
Sevak Xanağyan (erm. Սևակ Խանաղյան; 28 iyul 1987, Şahnəzər, Kalinino rayonu) — Ermənistan müğənnisi və bəstəkarı. O, 2015-ci ildə Rusiyanın Golos səs yarışmasında iştirakı ilə şöhrət qazanmış və növbəti ildə isə Ukraynanın X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmışdır. 2017-ci ildən etibarən Ermənistanın The Voice səs yarışmasında münsiflər heyətinin üzvü olaraq fəaliyyət göstərir. Xanağyan "Qami" mahnısı ilə Ermənistanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Sevak Xanağyan 28 iyul 1987-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının Loru mərzində yerləşən Şahnəzər kəndində anadan olmuşdur. 7-ci sinifdə oxuyarkən Ermənistandakı ağır vəziyyət səbəbindən ailəsi ilə birlikdə Rusiyanın Kursk şəhərinə köçmüşdür. O daha sonra Moskvada musiqi təhsili almış və 2014-cü ildə təhsilini dərəcə ilə bitirmişdir.
Xanabad
Xanabad (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Xanabad (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Xanabad (yüksəklik) — Şəki rayonunda, Xanabad kəndindən cənubda yüksəklik. Xanabad (Özbəkistan) — Özbəkistanda şəhər.
Xanabad (Xocalı)
Xanabad — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Dağətəyi ərazidədir. XX əsrin əvvəllərində kən ərazisində erməni yaraqlıları ilə Azərbaycan Xalq Cumhuriyyətinin Silahlı Qüvvələri arasında toqquşmalar olub. 1980-ci illərdə kənd ərazisində süni sututar qurulub. 1990-cı ildə kooperativ zavodun tikintisi zamanı kənd əörazisində (Xanabad-Pirlər yolu üzərində) inşaatçılar tərəfindən qədim qəbir aşkar edilmişdir. Həmin qəbirə Xankəndi dövlət muzayinin əməkdaşları tərəfindən baxış keirilərkən, qəbirdə insan cəsədindən əlavə xəncəl, nizə ucları, şarabənzər saxsı küp, suda üzəbilən quş təsvirli qab, əqiq daşından düzəldilmiş muncuqlu boyunbağ, habelə üstübəzəkli qab aşkar edilmişdir. Tapıntılar M.Ö. XII—XI əsrlərə aid edilmişdir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub, ermənilər tərəfindən Xnapat adlandırılmışdı. 2005-ci ildə Dağlıq Qarabağda qondarma rejim tərəfindən keçirilən əhalinin siyahıyaalmasına əsasən Xanabad kəndinin əhalisinin faktiki sayı 826 nəfər, qeydiyyatdakı əhalinin sayı 827 nəfər kimi göstərilmişdir. İşğal dövründə bu ərazidə nüvə terrorizmi üzrə qruplar fəaliyyət göstərirdi.
Xanabad (Yevlax)
Xanabad — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yevlax rayonunun Aşağı Bucaq inzibati ərazi vahidində kənd. Düzənlikdədir. XIX əsrdə Şəki əyalətinə məxsus olmuşdur. Yaşayış məntəqələri vaxtilə Qarabağ xanlarına məxsus olduğundan belə adlandırılmışdır. Oykonim "xana məxsus kənd" mənasındadır. 1978-ci ildə inşa olunmuş Yevlax rayonunun Xanabad kəndindəki tam orta məktəb artıq köhnəldiyindən istifadəyə yararsız vəziyyətdə idi. 2023-cü ildə Heydər Əliyev Fondu yeni tədris ilinə Xanabad kəndi üçün 360 şagird yerlik yeni məktəb inşa edərək istifadəyə verib. Üç mərtəbəli 4 korpusdan ibarət olan yeni təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Xanabad (Özbəkistan)
Xanabad (Sovetabad (1972—1991)) — Özbəkistanın Əndican vilayətinə aid şəhər.
Xanabad bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Xanabert qalası
Xanabert qalası və ya Xoxanabert — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırının cənub tərəfində yerləşən tarix-memarlıq abidəsi. Qala, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi dövlət qeydiyyatına alınmışdır. XIII əsrdə Həsən Cəlal Gəncəsər monastırının inşa edildiyi təpənin qarşısında yerləşən təpənin zirvəsini qala divarları ilə əhatə edərək güclü müdafiə sistemi yaratmışdır. Keçaris monastırının bərpa edilməsi münasibətilə XIII əsrdə yazılmış kitabədə Həsən Cəlal özünü "Xoxanabert qalasının hakimi" adlandırır. Xanabert qalasının hakimləri eyni zamanda ətraf ərazilərdəki Qaxaç, Çiləbörd və digər qalalara da sahib olurdular. Xoxanabert qalası hökmdar iqamətgahı hesab edildiyindən Xaçın knyazları da özlərini "Xoxanabert hakimi" adlandırırdılar. Gəncəsər monastırı ətrafında inşa edilmiş bu qalalar, monastır və ətraf ərazilər üçün təhlükə yarandığı halda güclü müdafiə qalxanı yaradırdılar. Kirakos Qandzaketsi məlumat verir ki, "… monqolların birinci yürüşü zamanı Həsən Cəlal bütün Xaçın əhalisini fars dilində Xoxanaberd adlandırılmış qalada gizlətmişdi. Monqollar onu mühasirəyə almaq üçün gəldikdə gördülər ki, bu qalaları almaq mümkün deyil, buna görə də dostluq müqaviləsi bağlamağı təklif etdilər." Yerli əhali qalanı Tarxan qalası adlandırır. Rəvayətə görə, qala Həsən Cəlalın qızı Ruzan xatunun yay iqamətgahı olmuşdur.
Xanadam (Salmas)
Xanədam (fars. خانه دام‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (68 ailə).
Xanagah
Xanagah — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Xanagah kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd rayon mərkəzinə 5 km məsafədə, Böyük Qafqaz dağlarının qoynunda, İsmayıllı və Qəbələ rayonları arasında yerləşir. Kənd 3 tərəfdən dağlar olmaqla tamamən meşə örtüyü ilə əhatə olunub. Qəbələ, Şəki, Qazax istiqamətinə uzanan magistral yol bu kəndin içindən keçir. Ax-Ox çay öz mənbəyini bu kəndin dağlarından alaraq kəndin kənarından axır. İsmayıllı Dövlət Qoruğunun ərazisi bu kəndin dağlarından başlayır. Kənddən yuxarda (şimalda) yaşayış yoxdur. Şərqdən Culyan, qərbdən Qurbanəfəndi, cənubdan isə Qalıncaq kəndləri ilə qonşudur. Kəndin meşələrində çox sayda qaban, çöl donuzu, ayı, canavar, cüyür, maral, tülkü, çaqqal, dovşan, yenot, çöl pişiyi və s.
Xanagahyolu
Xanagah yolu — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Xanagah yolu oyk., mür. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Cağacıq çayı sahilindədir. Oykonim Xanəgah (kənd adı) və yol komponentlərindən düzəlib, "Xanəgah kəndinə gedən yol" mənasındadır. Kənd XX əsrin əvvəllərində Xanəgah kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 97 nəfər əhali yaşayır.
Xanallar
Xanalılar — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Xanalılar kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin cənub qərbində Xanalı dərəsi də var. Oykonim xanalılar nəslinin adından yaranmışdır. Etnotoponimdir.. Kənd dağətəyi ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xanalı (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalılar
Xanalılar (Laçın) — Laçın rayonunda kənd. Xanalılar (Şuşa) — Şuşa rayonunda kənd.
Xanalılar (Laçın)
Xanalılar — Azərbaycan Respublikasının Laçın rayonu Səfiyan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetindən Xanalılar kəndi Səfiyan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin cənub qərbində Xanalı dərəsi də var. Oykonim xanalılar nəslinin adından yaranmışdır. Etnotoponimdir.. Kənd dağətəyi ərazidə yerləşir. 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 150 nəfər olmuşdur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Xanalılar (Şuşa)
Xanalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Xanalı kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kəndin əsl adı Xanalılar olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Araz çayı sahilində yerləşən Xələfli kəndindən köçüb gəlmiş xanalılar nəslinə mənsub ailələr salmışlar. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Xanalıyan
Xanalıyan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Xanalıyan kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrin əvvəllərində Bədəlan kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1870-ci ildə kənddə cəmi 3 ailə yaşamışdır. Bu kəndin əsasını Xanəli adlı şəxsin qoyduğu söylənilir. Oykonim Xanəli şəxs adından və talış dilində cəmlik bildirən -on şəkilçisindən düzəlib, "xanəlilər" mənasındadır. Kənd Lənkəran ovalığında yerləşir. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Bədəlan kənd cəmiyyətinə daxil olan Bədəlan kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Kolatan və Xanalıyan kəndlərində toplam 201 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 1.358 nəfər (966 nəfəri kişilər, 392 nəfəri isə qadınlar) əhali yaşayırdı. İndiki kənd əhalisi 2451 nəfərdir.
Xanaq şəlaləsi
Xanaq və ya Xuçnin Dağıstan Respublikası ərazisində şəlalə. Şəlalə təbiət abidəsidir. Şəlalə Dağıstanın Tabasaran rayonunda, Xanaqçay üzərində yerləşir. Dəniz səviyyəsindən 650 metr yüksəklikdədir. Şəlalə rayon mərkəzi Xunçidən 2 km şimal-qərbdədir. Ərazinin ən soyuq ayı – yanvar ( orta aylıq temperatur -1,3°С). Ən yüksək temperatur isə iyulda olur və orta aylıq ən yüksək göstərici +22,5°С-dir. Mütləq minimum -26°С, mütləq maksimum – +38°С-dir. Şəlalənin hündürlüyü təxminən 30 metrdir. İki kaskaddan ibarətdir.
Xanakin
Hənakin (ərəb. خانقين‎, kürd. خانەقین) — İraqın Diyalə mühafəzəsində şəhər.
Xanadu Evləri
Xanadu Evləri — Bunlar ABŞ-da tikilmiş, gələcəyin evləri adlanan şüşə üzlü eksperimental evlərdir, içərisində kompüterlər və avtomatlaşdırma sistemləri var. Xanadu evlərinin tikintisinə 1979-cu ildə başlanılmışdı və 1980-ci illərin ilk aylarına qədər artıq ABŞ-ın müxtəlif şəhərlərində üç Xanadu Evi tikilmişdi. Evlərin tikintisində betona üstünlük verilmişdir. Evlər erqonomik dizayna malikdir, yəni ev avtomatlaşdırma sistemi ilə özlərini idarə etmək imkanına malikdirlər. Kissimme şəhərində yerləşən Xanadu evi memar Roy Meyson tərəfindən layihələndirilib, bu ev dizaynı və xüsusiyyətləri ilə böyük populyarlıq qazanıb. Hər gün təxminən 1000 ziyarətçisi olur. 1990-cı illərin əvvəllərində Viskonsin Dels və Qatlinburq şəhərlərindəki evlər bağlandı və sonradan söküldü. Kissimme Xanadu Evi 1996-cı ildə bağlanıb və 2005-ci ilin oktyabrında sökülüb. Xanadu Evləri ideyası ilə çıxış edən Bob Masters, evlərin yaradılmasında ilkin qabaqcıllardan biri idi. Xanadu evi yaradılmazdan əvvəl Masters evin tikintisində istifadə olunmaq üçün şişirdilmiş şarları dizayn edib yaratmışdı.

Digər lüğətlərdə