1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. – Yoldaşı yoldaşdan soruşarlar. ( Ata. sözü ).
2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam.
□ Yoldaş olmaq – biri ilə birlikdə yola çıxmaq, yol getmək, yaxud yol gedən bir adama qoşulmaq.
3. Yoldaşım, yoldaşı şəklində dan. – arvadım (ərim), arvadı (əri). Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir.
□ Həyat yoldaşı – ər, arvad.
4. Sovet cəmiyyətində: vətəndaş, adam. Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı…
// Eyni mənada belə şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra. Yoldaş Əhmədov ezamiyyətdədir.
// Müraciət etdikdə. İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz.
□ “Yoldaş, al bunu” – xalq oyunlarından birinin adı. [Gülüqız:] Bu oyunun adı “Yoldaş, al bunu”dur. Bir dəstə adam oturur. Bir nəfər bilici seçilir.